Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
06 noyabr 2026 cı il tarixində Salyan Rayon Mərkəzi Xəstəxanasında Salyan rayon İcra Hakimiyyəti, YAP Salyan rayon təşkilatı və Salyan rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Zəfər Gününün altıncı ildönümü münasibətilə təntənəli tədbir təşkil olunub. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Emin Ağayev, xəstəxananın direktor vəzifəsini icra edən Təranə Axundova, YAP Salyan Rayon Təşkilatının məsləhətçisi və müharibə iştirakçısı Yalçın Abdullazadə, SHXÇDX-nin rayon şöbəsinin zabiti Seyidhüseyn Məcidov, eləcə də xəstəxananın həkimləri Tünzalə Əsədova və Ağabala Ağayev şanlı qələbəmizdən, xalq-ordu birliyindən və Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətindən söz açıblar.








