Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
SİYASƏT
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
SİYASƏT
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
SİYASƏT
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu

Azərbaycanda boşanmalar artır, doğuşlar azalır - Niyə çoxuşaqlılıqdan uzaqlaşırıq?

2026-02-04 11:46:03 4573 baxış
Xəbər şəkil

 

Azərbaycanda boşanmaların sayı ildən-ilə artır, bununla bərabər uşaq doğumlarının, eləcə də çoxuşaqlılığın sayı azalır. Təkcə 11 ayın statistikasına əsasən ölkədə 44996 nikah və 18832 boşanma olub. Eləcə də, 96062 uşaq doğumu qeydə alınıb. Qeyd edək ki, 2024-cü ildə doğulan uşaqların sayı 102961 idi.

 

Bəs görəsən, müasir, gənc ailələrdə çoxuşaqlılığa marağın olmamasının, həmçinin doğum saylarının ildən-ilə azalmasının səbəbi nədir? Çoxuşaqlılığın təşviqi üçün hansı addımlar atılmalıdır?

Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, Ana Vətən Partiyasının sədri  Günay Ağamalı Lent.az-a açıqlamasında bildirib ki, çoxuşaqlılıq cəmiyyət üçün dəyərli, hörmətli və nümunəvi həyat tərzi kimi təqdim edilməlidir:

“Ailə Azərbaycan cəmiyyətinin əsas dayağıdır. Dövlət siyasətinin mərkəzində məhz sağlam, güclü ailə modelinin formalaşdırılması dayanır. Son illər bu istiqamətdə bir neçə mühüm proqram və mexanizm həyata keçirilir. Gənc ailələrin mənzil təminatı, sosial ipoteka layihələri, doğum və uşağa qulluq müavinətləri, aztəminatlı ailələrə ünvanlı sosial yardım proqramları, qadınların məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi ailə institutunun möhkəmlənməsinə xidmət edən əsas addımlardır. Eyni zamanda ailə dəyərlərinin qorunması, valideyn məsuliyyətinin gücləndirilməsi və uşaqların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə proqramları da xüsusi əhəmiyyət daşıyır.

Gənc ailələrdə çoxuşaqlılığa marağın azalması və doğum səviyyəsinin aşağı düşməsi yalnız Azərbaycanda deyil, bir çox dövlətlərdə, xüsusilə qonşu Rusiya və Avropa məkanında müşahidə olunan tendensiyadır. Gənclərin karyera qurmaq istəyi, həyat tərzinin dəyişməsi, məsuliyyət yükünün artması kimi amillər ailə planlamasına təsir edir. Bundan əlavə, informasiya mühitində ailə və valideynlik anlayışının bəzən arxa plana keçirilməsi də bu prosesdə rol oynayır.

Hesab edirəm ki, bu məsələ kompleks yanaşma ilə həll olunmalıdır. Çoxuşaqlılıq cəmiyyət üçün dəyərli, hörmətli və nümunəvi həyat tərzi kimi təqdim edilməlidir. Bu, mental yanaşma səviyyəsində öz əksini tapmalıdır.

Dəstək mexanizmlərinə gəldikdə isə, ilk növbədə çoxuşaqlı ailələr üçün diferensial sosial paketlərin tətbiqi vacibdir. İşləyən analar üçün çevik iş qrafikləri və uşaq bağçalarına çıxışın genişləndirilməsi mühüm stimul ola bilər.

Eyni zamanda işəgötürənlər üçün çoxuşaqlı ailələrin valideynlərini işlə təmin etməyə təşviq mexanizmlərinin yaradılması, regionlarda uşaq infrastrukturlarının, uşaq bağçalarının  artırılması ailə yükünü əhəmiyyətli dərəcədə azalda bilər.

Digər mühüm məqam ailə dəyərlərinin təbliğidir. Ailə modeli cəmiyyətə güc mənbəyi kimi təqdim olunmalıdır. Uşaqlı ailə uğurlu gələcəyin, demoqrafik təhlükəsizliyin və milli davamlılığın əsas təminatıdır.

Məqsədimiz ailəni strateji dəyər kimi qorumaqdır. Güclü ailə güclü dövlət deməkdir. Çoxuşaqlılığın təşviqi sağlam, mənəvi cəhətdən dayanıqlı və gələcəyə inamla baxan cəmiyyət qurmaq üçün zəruri addımdır”.

Bəs görəsən, doğum səviyyəsində müşahidə olunan dəyişikliklər Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən necə qiymətləndirilir?

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Lent.az-a açıqlamasında qeyd edib ki, komitə tərəfindən ölkədəki doğum səviyyəsində müşahidə olunan dinamika mütəmadi olaraq təhlil edilir:

Erkən nikahlar qızların təhsil imkanlarını əlindən alır – Dövlət Komitəsindən ciddi xəbərdarlıq

“Son illərdə doğum göstəricilərindəki dəyişikliklər həm də qlobal demoqrafik trendlərlə bağlıdır. Xüsusilə, ailə planlamasına yanaşmanın dəyişməsi, gənclərin fərdi karyera hədəflərinə üstünlük verməsi və nikah yaşının yüksəlməsi doğum sayına təsir edən əsas amillər kimi qiymətləndirilir.

Eyni zamanda müşahidə olunan azalma tendensiyası ailə qurma yaşının yüksəlməsi, iqtisadi gözləntilər, miqrasiya prosesləri, urbanizasiya, həmçinin gənc ailələrin sosial məsuliyyətlərə yanaşmasındakı dəyişikliklərlə əlaqələndirilir.

Komitə bu sahədə müvafiq dövlət qurumları ilə birgə ailənin möhkəmləndirilməsi, valideyn məsuliyyətinin təşviqi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə tədbirlərinin gücləndirilməsini prioritet hesab edir və bu istiqamətdə işlər aparılır.

Qeyd edim ki, ailələrin rifahının yüksəldilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Dövlət tərəfindən ailələr daim diqqətdə saxlanılır, sosial rifahın yüksəldilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və həssas ailə qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən tədbirlər ailə institutunun möhkəmləndirilməsinə, sağlam sosial mühitin formalaşmasına və dayanıqlı demoqrafik inkişafın təmin olunmasına xidmət edir”.

Boşanma hallarının artmasında psixoloji amillər nə dərəcədə rol oynayır? Əvvəlki dövrlərlə müqayisədə indi boşanmaların sayı niyə artır?

Peşəkar psixoloq Nizami Orucov Lent.az-a açıqlamasında qeyd edib ki, müasir ailələrdə ən çox rast gəlinən psixoloji problemlərin başında ünsiyyət çatışmazlığı dayanır:

Bizdə kişilərə çox sərbəstlik verilir" - Nizami Orucov | sfera.az

“Tərəflər bir-birini eşitməkdə və hisslərini açıq ifadə etməkdə çətinlik çəkir. Emosional uzaqlaşma, qarşılıqlı gözləntilərin uyğun gəlməməsi, məsuliyyət bölgüsündə balansın pozulması və etimad problemləri də tez-tez müşahidə olunur. Bundan əlavə, stress, maddi çətinliklər və sosial şəbəkələrin münasibətlərə təsiri ailə daxilində gərginliyi daha da artırır”.

N.Orucov onu da qeyd edib ki, boşanma hallarının artmasında psixoloji amillər çox mühüm rol oynayır:

“Emosional yetkinliyin gec formalaşması, konfliktləri sağlam şəkildə həll edə bilməmək, keçmiş münasibət travmaları və ailədən gətirilən yanlış münasibət modelləri evlilikdə davamlı problemlərə səbəb olur. Bir çox hallarda insanlar evliliyə psixoloji hazırlıqsız daxil olur və ilk ciddi çətinlikdə münasibətdən çıxış yolu kimi ayrılığı görür.

Əvvəlki dövrlərlə müqayisədə boşanmaların artmasının bir neçə səbəbi var. Bu, təkcə insanların bir-birinə dözümünün azalması ilə bağlı deyil. Müasir dövrdə fərdi azadlıq, özünüreallaşdırma və psixoloji rifah daha çox ön plana çıxıb. Keçmişdə insanlar sosial qınaq, iqtisadi asılılıq və “ailə naminə səbr” düşüncəsi ilə problemlərə dözürdülər. İndi isə insanlar xoşbəxt olmadıqları münasibətdə qalmaq istəmirlər. Yəni boşanmaların artması bəzən dözümsüzlükdən yox, sağlam olmayan münasibətləri davam etdirməmək istəyi və azadlıq hissinin güclənməsi ilə əlaqəlidir”.

Evlilik və uşaq doğumu ilə bağlı ailə dəyərlərinə münasibət dəyişibmi?

Sosioloq Naib Niftəliyev Lent.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda ailə dəyərlərinə münasibət dəyişib:

“Ailə dəyərlərinə münasibət dəyişib. Lakin onun zəiflədiyini itdiyini deyə bilmərik. Dəyərlər çox zaman sabit və dəyişməz olaraq qalır. Sosial şərait, mühit, insanların davranışı, eləcə də maddi əsaslar, iqtisadi motivlər dəyişdikdə, ailəyə olan münasibətin forması, strukturu dəyişir. Təbii ki, müəyyən geriləmə var, sadəcə buna dəyərlərin zəifləməsi kimi baxmamalıyıq. Bu, insanların dəyərlərə münasibətdə stereotiplərdən kənar davranaraq, öz dəyərini sərbəst şəkildə müəyyənləşdirməsi ilə bağlıdır. Fərdiyyətçilik artdığı üçün ailə insanların şəxsi iddialarının, ambisayalarının, eləcə də şəxsi azadlığın fonunda qalır.

Çoxuşaqlılıq isə şəxsi seçim məsələsidir. Ailə planlaması olan yerdə müəyyən mənada çoxuşaqlılıqdan söhbət gedə bilməz. Digər tərəfdən isə uşaq pulunun verilməməsi, maddi imkanların məhdudluğu, iş stressi də bu məsələdə rol oynayır. Demoqrafik azalma qlobal tendensiyanın təzahürünün nəticəsidir. Ölkədə təkcə uşaq doğumlarının sayı azalmır, bəzi hallarda ölümlərin sayının artması da müşahidə olunur. Boşanmaların sayında baş verən artım məsələni bir qədər mürəkkəbləşdirir və ailə irsinin gələcəyini müəyyən risklər altına alır".

 





Oxşar xəbərlər


Xəbər lenti
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
2026-10-12
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
2026-10-12
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
2026-10-12
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
2026-10-12
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
2026-10-12
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-12
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-12
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02