Uşaqların sosial təminatı gücləndirilir – yeni qanun layihəsi nə vəd edir?
Bir uşağın gündəlik ehtiyacları nə qədərdir və dövlət bu ehtiyaclara harada qədər cavabdehdir? İndiyə qədər bu sual daha çox niyyət səviyyəsində qalırdı. İndi isə məsələ qanun müstəvisinə daşınır. Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsi uşaqların sosial təminatı ilə bağlı yanaşmanı kökündən dəyişə biləcək mühüm yenilikləri gündəmə gətirir.
Bəs yeni qanun layihəsi uşaqların sosial təminatında nəyi dəyişəcək?
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib ki, yeni qanun layihəsinin əsas məqsədi uşaqların sosial təminatının daha da gücləndirilməsi və onlara göstərilən dövlət dəstəyinin sistemli, ehtiyaca əsaslanan mexanizmlər üzərində qurulmasıdır.
