Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.
SİYASƏT
Salyan səhiyyə işçiləri sağlamlığın qorunması naminə qripə qarşı peyvənd olundular
SİYASƏT
Azərbaycan-Böyük Britaniya əlaqələrində təhsil və innovasiya əməkdaşlığının yeni üfüqləri
SİYASƏT
Azərbaycan və Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
SİYASƏT
Azərbaycan-Böyük Britaniya iqtisadi tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradır
SİYASƏT
Tələbələr üçün ictimai nəqliyyatda güzəştlər təklif olunur
SİYASƏT
Azərbaycan-Böyük Britaniya münasibətləri: qarşılıqlı maraqların inteqrasiyası
SİYASƏT
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
SİYASƏT
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə: İkitərəfli əlaqələrin yeni zirvəsi
SİYASƏT
Azərbaycan-Böyük Britaniya əlaqələri yeni müstəvidə
SİYASƏT
Gunay Agamali : Prezident Ilham Aliyevin Dublin sammitində iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi

Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər

2026-11-22 09:16:03 57 baxış
Xəbər şəkil

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri ərəfəsində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı müsahibəsində Azərbaycan-Vyetnam əlaqələrinin tarixinə, siyasi dialoqun inkişafına, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və humanitar münasibətlərin möhkəmləndirilməsinə toxunub.
Azərbaycanla Vyetnam arasında münasibətlər hələ sabiq SSRİ dönəmindən başlayıb. Bu münasibətlər siyasi baxımdan Azərbaycanla deyil, Azərbaycan vasitəsilə SSRİ arasında münasibətlər idi. İkitərəfli münasibətlər Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra yarandı və inkişaf etdirildi.
Dövlət başçımız müsahibədə bu iki dövlət arasında əlaqələrin 1959-cu ildən, Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə başladığını, 1983-cü ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyətinin Vyetnama səfər etdiyini, böyük tarixi şəxiyyət Heydər Əliyevin təşəbbüsü ilə bu səfərin müddətinin səkkiz gün uzadıldığını, rəsmi səfərin ölkənin əsas regionlarını əhatələdiyini, Azərbaycan Respublikasının Prezidentinin 2014-cü ildə  Vyetnama ilk dövlət səfərini, 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana cavab səfərini xatırladaraq dedi: “Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin - Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi.
Dövlət başçılarının siyasi təmasları ilə paralel olaraq, hökumətlərarası komissiyaların, müvafiq idarələrin, həmçinin parlamentlərarası dostluq qruplarının xətti ilə səmərəli dialoq aparılır. Bundan əlavə, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Sözsüz ki, bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir”
Dövlət başçısı iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Energetika, neft-qaz sənayesi, kənd təsərrüfatı, investisiya və nəqliyyat-logistika sahələri perspektivli istiqamətlər kimi qeyd olunub. Azərbaycanın əlverişli coğrafi mövqeyi və Orta Dəhlizdəki rolu Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması baxımından da yeni imkanlar yaradır.
Müsahibədə humanitar və mədəni əlaqələrin əhəmiyyəti də vurğulanıb. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təhsil və xeyriyyə layihələri, həmçinin sovet dövründə minlərlə Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında mövcud olan tarixi dostluğun bariz nümunələridir.
Prezident İlham Əliyev Vyetnamın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi də minnətdarlıqla xatırladıb. Eyni zamanda, Azərbaycanın Vyetnamda təbii fəlakətlərdən zərər çəkmiş əhaliyə göstərdiyi humanitar yardım iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və həmrəyliyə əsaslandığını nümayiş etdirir.
Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin zəngin tarixi ənənələrə söykəndiyini və gələcək üçün geniş əməkdaşlıq imkanlarına malik olduğunu bir daha nümayiş etdirir. Siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin maraqlarına xidmət edir. Vyetnama rəsmi səfər də bu dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Samir Məmədov
Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində mühəndis-hidrotexnik

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.
2026-11-19
Salyan səhiyyə işçiləri sağlamlığın qorunması naminə qripə qarşı peyvənd olundular
2026-11-18
Azərbaycan-Böyük Britaniya əlaqələrində təhsil və innovasiya əməkdaşlığının yeni üfüqləri
2026-11-17
Azərbaycan və Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
2026-11-17
Azərbaycan-Böyük Britaniya iqtisadi tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradır
2026-11-17
Hacıqabul Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi.
2026-11-17
Tələbələr üçün ictimai nəqliyyatda güzəştlər təklif olunur
2026-11-17
Azərbaycan-Böyük Britaniya münasibətləri: qarşılıqlı maraqların inteqrasiyası
2026-11-16

2026-11-15