Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.
SİYASƏT
Salyan səhiyyə işçiləri sağlamlığın qorunması naminə qripə qarşı peyvənd olundular
SİYASƏT
Azərbaycan-Böyük Britaniya əlaqələrində təhsil və innovasiya əməkdaşlığının yeni üfüqləri
SİYASƏT
Azərbaycan və Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
SİYASƏT
Azərbaycan-Böyük Britaniya iqtisadi tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradır
SİYASƏT
Tələbələr üçün ictimai nəqliyyatda güzəştlər təklif olunur
SİYASƏT
Azərbaycan-Böyük Britaniya münasibətləri: qarşılıqlı maraqların inteqrasiyası
SİYASƏT
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
SİYASƏT
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə: İkitərəfli əlaqələrin yeni zirvəsi
SİYASƏT
Azərbaycan-Böyük Britaniya əlaqələri yeni müstəvidə
SİYASƏT
Gunay Agamali : Prezident Ilham Aliyevin Dublin sammitində iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi

20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

2026-11-19 12:15:16 42 baxış
Xəbər şəkil

 

Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük mənəvi dəyərlərə malik olan şəhərlərindən biri də Ağdamdır. Qarabağın dilbər guşəsində yerləşən bu şəhər tarix boyu özünün gözəl təbiəti, qədim yaşayış məskənləri, mədəniyyət abidələri və zəhmətkeş insanları ilə tanınıb. Ağdam Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutur. Bu gün 20 Noyabr - Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar tarix xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamın gələcəyi ilə bağlı çıxışlarının birində demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Bu fikirlər dövlətimizin Ağdamın yenidən qurulmasına və əvvəlki şöhrətinin qaytarılmasına verdiyi böyük önəmi ifadə edir.
Ağdam adının mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Qədim türk dilində “Ağdam” sözünün “kiçik qala” mənasını ifadə etdiyi bildirilir. Digər izaha görə, XVIII əsrin birinci yarısında Qarabağ xanlığının banisi Pənahəli xan burada ağ daşdan imarət tikdirməyi əmr etmişdir. Həmin imarət ətraf kəndlərin sakinləri üçün mühüm istiqamət göstəricisinə çevrilmişdir. Bu baxımdan “Ağdam” adı işıqlı, ağ ev mənası ilə də əlaqələndirilir.
Ağdam rayonu 1930-cu ildə yaradılmışdır. 1094 kvadratkilometr əraziyə malik olan rayon Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Rayonun təbiəti, əlverişli coğrafi mövqeyi və münbit torpaqları tarixən burada əkinçilik və maldarlığın inkişafına şərait yaratmışdır.
Ağdamın tarixi minilliklərin dərinliklərinə gedib çıxır. XX əsrin 50-ci illərindən başlayaraq rayon ərazisində aparılan arxeoloji tədqiqatlar burada qədim insanların yaşadığını sübut etmişdir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bu ərazidə insanlar hələ Eneolit dövründə məskunlaşmış, əkinçilik və maldarlıqla məşğul olmuşlar. Üzərriktəpədə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri Ağdamın qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olduğunu təsdiqləyir. Bu ərazi Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən biri hesab olunur.
Lakin Ağdamın zəngin tarixi və mədəni irsi uzun illər işğal təhlükəsi ilə üzləşmişdir. 1993-cü il iyulun 23-də 42 gün davam edən ağır döyüşlərdən sonra rayon ərazisinin 73 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Rayonun 1094 kvadratkilometr ərazisinin 882 kvadratkilometri, rayon mərkəzi və 90 kəndi işğal altında qalmışdır. Nəticədə 128 minə yaxın insan doğma yurdunu tərk edərək məcburi köçkün həyatına məhkum olmuşdur.
İşğal nəticəsində Ağdamın iqtisadiyyatına, tarixi-mədəni irsinə və sosial infrastrukturuna ağır zərbə vurulmuşdur. Rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarəsi və 99 klubu dağıdılmış və talan edilmişdir. Dünyada yeganə olan Ağdam Çörək Muzeyi də məhv edilmiş mədəniyyət ocaqları sırasında idi. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmışdır. Şəhər və kəndlər dağıdılmış, bir vaxtlar həyatın qaynadığı küçələr xarabalığa çevrilmişdir.
1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edərək işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Lakin bu qətnamənin tələbləri uzun illər yerinə yetirilməmişdir. İşğal dövründə Ağdamın tarixi və dini abidələrinə qarşı vandalizm aktları törədilmiş, yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları dağıdılmış, ərazilər talan edilmişdir. Bu səbəbdən #Ağdam uzun müddət “#QafqazınXirosiması” adlandırılmışdır.
Azərbaycan xalqı doğma torpaqlarının azad olunacağına olan inamını heç vaxt itirməmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın birliyi, ordumuzun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə nəticələnmişdir. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarılmışdır. Beləliklə, uzun illər davam edən işğala son qoyulmuş, Ağdam öz doğma dövlətinin nəzarətinə keçmişdir. Bu tarixi hadisə xalqımızın yaddaşında xüsusi yer tutmuşdur.
Ağdamın azad edilməsində iştirak edən hərbi qulluqçuların qəhrəmanlığının və fədakarlığının qiymətləndirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilmişdir. Dövlət başçısının sərəncamları ilə 5 790 hərbi qulluqçu bu medalla təltif olunmuşdur. Bu medal Ağdamın azadlığı uğrunda göstərilən igidliyin və Vətənə sədaqətin rəmzidir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü kimi müəyyən edilmişdir. Bu gün yalnız bir şəhərin azad olunmasını deyil, həm də xalqımızın tarixi ədalətin bərpasına nail olmasını ifadə edir.
Ağdamın azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin yenidən qurulması, əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi olmuşdur. Dövlət tərəfindən genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. 2022-ci il avqustun 16-da Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiq edilmişdir. Bu plan işğaldan azad edilmiş ərazilər arasında ilk təsdiqlənən şəhərsalma sənədlərindən biri olmuşdur. Baş Plana əsasən, Ağdamın müasir memarlıq üslubunda qurulması, yaşayış məhəllələrinin, sosial obyektlərin, parkların və ictimai məkanların yaradılması nəzərdə tutulur. Gələcəkdə şəhərdə 100 min nəfərin yaşaması planlaşdırılır.
Hazırda Ağdamda geniş tikinti-quruculuq işləri həyata keçirilir. Şəhərdə beş yaşayış məhəlləsinin salınması nəzərdə tutulmuş, onların bir hissəsində işlər başa çatdırılmışdır. Rayonun Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində tikinti işlərinin birinci mərhələləri tamamlanaraq sakinlərin köçü təmin edilmişdir. Bununla yanaşı, digər kəndlərdə də yeni yaşayış evlərinin, məktəblərin və sosial obyektlərin inşası davam etdirilir. Bütün bu layihələr #BöyükQayıdış proqramının uğurla həyata keçirilməsinə xidmət edir.

Ağdamın iqtisadi potensialının bərpasında Ağdam Sənaye Parkı mühüm əhəmiyyət daşıyır. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Burada müxtəlif istehsal müəssisələri fəaliyyət göstərir, yeni zavodların tikintisi həyata keçirilir. Sənaye Parkının əsas məqsədi Qarabağın iqtisadi potensialını inkişaf etdirmək, yerli istehsalı genişləndirmək, sahibkarlığı dəstəkləmək və yeni iş yerləri yaratmaqdır. Parkda həyata keçirilən layihələr Ağdamın gələcəkdə mühüm sənaye və iqtisadi mərkəzlərindən birinə çevriləcəyini göstərir.
Şəhərin nəqliyyat infrastrukturunun inkişafı istiqamətində də mühüm addımlar atılmışdır. 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verilmişdir. Müasir tələblərə uyğun inşa edilən kompleks sərnişinlərin rahat və təhlükəsiz daşınmasına xidmət edir. Burada gözləmə zalları, bilet kassaları, mağazalar, restoranlar, istirahət guşələri və digər zəruri xidmət sahələri yaradılmışdır. Kompleks Ağdamın ölkənin digər bölgələri ilə nəqliyyat əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır.
Ağdamın mədəni həyatının dirçəldilməsi də xüsusi diqqət mərkəzindədir. Qarabağ muğamın, musiqinin və incəsənətin qədim beşiklərindən biridir. Bu ənənələrin yaşadılması məqsədilə 2025-ci il mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışı olmuşdur. Mərkəzdə konsert zalı, dərs otaqları, sərgi salonu və digər zəruri məkanlar yaradılmışdır. Burada muğam konsertlərinin, müxtəlif mədəni tədbirlərin keçirilməsi, gənc nəslə milli musiqi irsinin aşılanması üçün geniş imkanlar mövcuddur.
Ağdamın tarixi-mədəni abidələrinin bərpası istiqamətində də mühüm işlər görülür. Ağdam Cümə məscidi, İmarət kompleksi və digər tarixi abidələr yenidən qurulur. 2024-cü il aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olmuşdur. İmarət kompleksinin bərpası isə Qarabağ xanlığının tarixinin və milli-mədəni irsimizin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Bu abidələr gələcək nəsillərə xalqımızın zəngin keçmişini çatdıracaq mühüm tarixi məkanlardır.
Ağdamda səhiyyə və təhsil infrastrukturunun yaradılması da diqqətəlayiq layihələrdəndir. Yeni məktəblər, uşaq bağçaları və səhiyyə müəssisələri inşa edilir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi şəhərin sosial infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, yeni yolların çəkilməsi, elektrik, su və digər kommunikasiya xətlərinin qurulması şəhərin müasir və rahat yaşayış məkanına çevrilməsinə xidmət edir.
Bölgənin turizm potensialının inkişafı da əsas prioritetlərdəndir. Ağdamın tarixi abidələri, təbiəti, Qarabağ atları və zəngin mədəni irsi turizmin inkişafı üçün geniş imkanlar yaradır. Şəhərdə müasir hotel kompleksləri inşa edilmiş, “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” kimi obyektlər istifadəyə verilmişdir. Bu layihələr gələcəkdə Ağdamın yerli və xarici turistlər üçün cəlbedici məkana çevrilməsinə töhfə verəcəkdir.
Bütün bu işlərin nəticəsi olaraq Ağdamda Böyük Qayıdış prosesi də sürətlə davam edir. 2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhəri və rayonun bir sıra kəndlərində ümumilikdə 2 146 ailə olmaqla 8 300 nəfər məskunlaşmışdır. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların öz evlərinə qayıtması Ağdamın yenidən canlanmasının ən böyük göstəricilərindən biridir. İllərlə həsrətlə gözlənilən bu qayıdış xalqımız üçün böyük sevinc və qürur mənbəyidir.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Ağdama çoxsaylı səfərləri zamanı şəhərin bərpası, yeni infrastruktur layihələrinin həyata keçirilməsi və tarixi abidələrin qorunması məsələləri daim diqqət mərkəzində olmuşdur. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr Ağdamın simasını gündən-günə dəyişir. Dağıdılmış şəhərin yerində müasir yaşayış binaları, məktəblər, sənaye müəssisələri, mədəniyyət mərkəzləri və geniş ictimai məkanlar yaradılır.
Bu gün Ağdam təkcə işğaldan azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenidənqurma gücünün, milli iradəsinin və gələcəyə inamının parlaq nümunəsidir. Vaxtilə xarabalığa çevrilmiş şəhər indi yeni həyat qazanır. Ağdamın küçələrində yenidən həyat canlanır, evlər tikilir, müəssisələr fəaliyyətə başlayır, insanlar doğma torpaqlarına qayıdırlar.

20 Noyabr - Ağdam Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur, sevinc və tarixi yaddaş günüdür. Bu əlamətdar tarix şəhidlərimizin müqəddəs xatirəsini yad etmək, qazilərimizin qəhrəmanlığını ehtiramla anmaq və Vətən uğrunda göstərilən fədakarlığı yüksək qiymətləndirmək üçün də mühüm fürsətdir.

Əminliklə demək olar ki, qarşıdakı illərdə Ağdam öz əvvəlki şöhrətini bərpa etməklə yanaşı, Azərbaycanın ən müasir, abad və inkişaf etmiş şəhərlərindən birinə çevriləcəkdir. Bu gün Ağdamda həyata keçirilən hər bir layihə xalqımızın gücünü, birliyini və quruculuq əzmini nümayiş etdirir. Ağdam yenidən dirçəlir, öz tarixi simasına qovuşur və gələcəyə inamla addımlayır.

20 Noyabr - Ağdam Şəhəri Günü mübarək!

 





Oxşar xəbərlər


Xəbər lenti
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.
2026-11-19
Salyan səhiyyə işçiləri sağlamlığın qorunması naminə qripə qarşı peyvənd olundular
2026-11-18
Azərbaycan-Böyük Britaniya əlaqələrində təhsil və innovasiya əməkdaşlığının yeni üfüqləri
2026-11-17
Azərbaycan və Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
2026-11-17
Azərbaycan-Böyük Britaniya iqtisadi tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradır
2026-11-17
Hacıqabul Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi.
2026-11-17
Tələbələr üçün ictimai nəqliyyatda güzəştlər təklif olunur
2026-11-17
Azərbaycan-Böyük Britaniya münasibətləri: qarşılıqlı maraqların inteqrasiyası
2026-11-16
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ
2026-11-16
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə: İkitərəfli əlaqələrin yeni zirvəsi
2026-11-16
Azərbaycan-Böyük Britaniya əlaqələri yeni müstəvidə
2026-11-16
Gunay Agamali : Prezident Ilham Aliyevin Dublin sammitində iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir
2026-11-15
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06