Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Sülh, təhlükəsizlik və əməkdaşlıq

Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür

2026-11-09 00:33:52 18 baxış
Xəbər şəkil

 

8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının milli yaddaşında, dövlətçilik tarixində və Zəfər salnaməsində xüsusi yer tutur. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi xalqımızın 30 ilə yaxın davam edən yurd həsrətinə son qoymaqla yanaşı, Azərbaycanın hərbi qüdrətini, siyasi iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirdi.

Bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı “Aktual Xəbər”ə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Qarabağ Zəfərinə aparan yolun siyasi və ideoloji əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Onun dövlətçilik irsini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və hərbi potensialı gücləndirilib, müasir ordu quruculuğu həyata keçirilib, ölkəmizin beynəlxalq mövqeləri möhkəmləndirilib. Dövlətin iqtisadi gücü, formalaşdırılan hərbi potensial və xalqın milli həmrəyliyi tarixi Qələbənin əsasını təşkil edib.

Günay Ağamalının sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək peşəkarlıq, qəhrəmanlıq və misilsiz fədakarlıq nümayiş etdirib. Xüsusilə Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən birinə çevrilib. Sıldırım qayaları aşaraq, mürəkkəb dağlıq şəraitdə döyüşən qəhrəman əsgər və zabitlərimiz Qarabağın tacı olan Şuşanı azad etməklə müharibənin taleyini müəyyənləşdirən tarixi Qələbəyə imza atıblar.

Deputat vurğulayıb ki, Şuşanın azad edilməsi Azərbaycan dövlətinin qətiyyətinin, Ordumuzun döyüş qüdrətinin və xalqımızın doğma torpaqlarına sarsılmaz bağlılığının təntənəsi olub. Bu Qələbə ilə tarixi ədalət bərpa edilib, milli qürurumuz və xalqımızın öz gücünə inamı daha da möhkəmlənib.

O bildirib ki, 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri xalqımızın yaddaşına əbədi həkk olunub. Həmin müraciət Şuşanın azadlığının müjdəsi olmaqla yanaşı, milli iradənin, dövlətçilik qüdrətinin və uzun illər gözlənilən ədalətin təntənəsinin ifadəsinə çevrilib.

Günay Ağamalı diqqətə çatdırıb ki, Şuşa Zəfəri ilə Azərbaycanın tarixində yeni siyasi reallıqlar formalaşıb. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda separatçı fəaliyyətə son qoyulub, ölkəmizin konstitusiya quruluşu və dövlət suverenliyi bütün ərazilərimizdə tam bərpa edilib. Beləliklə, 2020-ci il 8 Noyabr Zəfəri ilə başlanan tarixi proses 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması ilə yekunlaşıb.

Deputatın sözlərinə görə, bu gün Şuşa Azərbaycanın hərbi Qələbəsinin rəmzi olmaqla yanaşı, milli-mədəni irsimizin dirçəldildiyi və müasir şəhərsalma prinsiplərinin tətbiq olunduğu mühüm inkişaf mərkəzinə çevrilir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə şəhərin tarixi siması qorunur, dağıdılmış abidələr bərpa edilir, müasir yaşayış kompleksləri, sosial və mühəndis-kommunikasiya infrastrukturu yaradılır.

O qeyd edib ki, Şuşanın yenidən qurulması yalnız tikinti və abadlıq işləri ilə məhdudlaşmır, eyni zamanda xalqımızın tarixi yaddaşının, mənəvi dəyərlərinin və mədəni irsinin bərpasını əhatə edir. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin əvvəlki yerlərinə qaytarılması, tarixi məscidlərin, muzeylərin və memarlıq abidələrinin bərpası şəhərin milli-mədəni kimliyinin qorunmasına xidmət edir.

Günay Ağamalı bildirib ki, Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamla Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin tarixi və mənəvi əhəmiyyətinə verilən yüksək dəyərin göstəricisidir. 2022-ci ilin “Şuşa İli” elan olunması, şəhərin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi onun beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verib.

Deputat Şuşanın beynəlxalq siyasi və mədəni tədbirlərin keçirildiyi məkana çevrilməsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması iki qardaş dövlət arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün, Qlobal Media Forumlarının və digər nüfuzlu beynəlxalq tədbirlərin Şuşada keçirilməsi şəhərin beynəlxalq əməkdaşlıq məkanında artan rolunu nümayiş etdirir.

Günay Ağamalı Şuşanın dirçəlişinin ən mühüm göstəricilərindən birinin keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı olduğunu bildirib. Qeyd edib ki, müasir yaşayış komplekslərinin istifadəyə verilməsi, sosial infrastrukturun qurulması, məşğulluq imkanlarının yaradılması və tarixi yaşayış məntəqələrinin bərpası Böyük Qayıdışın ardıcıl şəkildə həyata keçirildiyini göstərir. 2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, Şuşa şəhərində, eləcə də rayonun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində ümumilikdə 420 ailə, 1579 nəfər məskunlaşıb.

Deputat diqqətə çatdırıb ki, Şuşanın 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli əsaslar üzərində qurulduğunu göstərir. Tarixi memarlıq irsinin qorunması, müasir yaşayış mühitinin formalaşdırılması, ekoloji tarazlığın saxlanılması və dayanıqlı şəhər infrastrukturunun yaradılması qarşıdakı dövrün əsas prioritetlərindəndir.

O əlavə edib ki, Prezident İlham Əliyevin azad edilmiş Şuşaya mütəmadi səfərləri, burada həyata keçirilən layihələrə şəxsən nəzarət etməsi, sakinlərlə görüşləri və yeni sosial-mədəni obyektlərin açılışında iştirakı şəhərin bərpasına göstərilən dövlət qayğısının ardıcıl xarakter daşıdığını təsdiqləyir.

Günay Ağamalının fikrincə, Şuşa bu gün Azərbaycanın tarixi Zəfərindən doğan yeni inkişaf dövrünün, milli-mənəvi dəyərlərimizin yaşadılmasının və dövlətimizin gələcəyə yönəlmiş quruculuq siyasətinin parlaq təcəssümüdür. Bir zamanlar işğalın ağır izlərini daşıyan qədim şəhərimiz hazırda yenidən həyatın, mədəniyyətin, beynəlxalq dialoqun və tərəqqinin mühüm mərkəzinə çevrilir.

Deputat xatırladıb ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 8 Noyabr Şuşa Şəhəri Günü kimi qeyd olunur. Bu qərar möhtəşəm Qələbənin tarixi əhəmiyyətinin əbədiləşdirilməsinə xidmət edir.

Sonda Günay Ağamalı bildirib ki, Şuşanın azadlığı Prezident İlham Əliyevin siyasi iradəsinin, xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və qəhrəman övladlarımızın misilsiz fədakarlığının əbədi salnaməsidir. Əsas amal tarixi Zəfərin nailiyyətlərini qorumaq, azad edilmiş torpaqların hərtərəfli inkişafına töhfə vermək və qüdrətli Azərbaycan dövlətinin daha da güclənməsi naminə səyləri birləşdirməkdir.

Deputat bu əlamətdar gün münasibətilə tarixi Zəfərin memarı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, qazilərə və bütün müharibə iştirakçılarına təşəkkürünü bildirib.





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-11-01
Sülh, təhlükəsizlik və əməkdaşlıq
2026-10-29