Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Sülh, təhlükəsizlik və əməkdaşlıq
SİYASƏT
Ədalətli mövqe və sülhə aparan yol
SİYASƏT
Azərbaycan beynəlxalq əməkdaşlığın etibarlı tərəfdaşıdır
SİYASƏT
Azərbaycanın mədəni irsi və milli dəyərlərimizə sadiqliyi
SİYASƏT
Günay Ağamalı: Azərbaycan-Niderland münasibətləri yeni əməkdaşlıq imkanları yaradır – ŞƏRH
SİYASƏT
Günay Ağamalı: Azərbaycan beynəlxalq tərəfdaşlarına etibarlılığını göstərib
SİYASƏT
"Qubadlı tarixi Zəfərimizin, milli qürurumuzun və Böyük Qayıdışın məkanı"
SİYASƏT
Ermənistan quldurlaşmış işğalçı idi
SİYASƏT
Azərbaycan-Niderland əlaqələrində yeni səhifə açılır? - Deputat açıqladı
SİYASƏT
Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol
SİYASƏT
Suverenliyin yeni mərhələsi və milli dövlətçiliyin ideoloji əsasları
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın inkişaf hədəfləri
SİYASƏT
İslam dünyasında yeni mərhələ - Bakının mövqeyi güclənir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının yaranması müstəqil dövlətçiliyimizin möhkəmlənməsində tarixi mərhələdir
SİYASƏT
Dövlətçilik ənənələri və milli həmrəylik Azərbaycanın inkişaf yolunu müəyyənləşdirir
SİYASƏT
Qubadlının tarixi yaddaşı və dirçəliş salnaməsi
SİYASƏT
Qubadlıda yeni həyatın qurulması Böyük Qayıdışın mühüm səhifəsidir
SİYASƏT
Qubadlının azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli iradəsinin təntənəsidir
SİYASƏT
25 Oktyabr –Azərbaycanın tarixində əbədi yaşayacaq bir gün
SİYASƏT
Azərbaycanın qətiyyətli mövqeyi və yeni beynəlxalq reallıqlar
SİYASƏT
Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
SİYASƏT
Dövlətimizin gücü və ideoloji təhlükəsizliyimiz
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni inkişaf hədəflərini müəyyənləşdirir
SİYASƏT
Zəngilan: şəhərsalma təcrübəsinin nümayişi
SİYASƏT
Zəngilanın tarixi irsi xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir

ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR

2026-11-02 19:26:14 20 baxış
Xəbər şəkil

 

Mədəni irsin qorunması dedikdə, adətən tarixdən günümüzə gəlib çatmış maddi və mənəvi sərvətlərin mühafizəsi, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi nəzərdə tutulur. Lakin bu prosesin mühüm şərtlərindən biri də həmin irsi yaradan xalqın dilinin, tarixi yaddaşının və ənənələrinin yaşadılmasıdır.

Dil yalnız ünsiyyət vasitəsi deyil. O, xalqın dünyagörüşünü, düşüncə tərzini, folklorunu, ədəbiyyatını, adət-ənənələrini və nəsillər arasında ötürülən biliklərini özündə yaşadan mənəvi sərvətdir. Buna görə də ana dilində təhsil imkanlarının təmin olunmasına yalnız təhsil hüququ kimi deyil, mədəni irsin qorunmasının fundamental şərtlərindən biri kimi yanaşmaq lazımdır.

MƏDƏNİ İRSİN QORUNMASI DİLDƏN BAŞLAYIR

“Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri xalqımızın zəngin tətbiqi sənət irsinin qorunması, ənənəvi sənətkarlıq biliklərinin öyrənilməsi, tanıdılması və müasir dövrdə yaşadılmasıdır.

Fəaliyyətimiz zamanı gəldiyimiz mühüm qənaətlərdən biri budur ki, mədəni irs yalnız tarixi abidələrdən, muzey eksponatlarından, xalçalardan, sandıqlardan, mücrülərdən və digər sənət nümunələrindən ibarət deyil. Hər bir nümunənin arxasında onu yaradan xalqın dili, estetik düşüncəsi, həyat tərzi, inancları və tarixi təcrübəsi dayanır.

Ənənəvi sənət nümunələrindəki ornamentlərin, rəmzlərin və naxışların mənasını dərindən anlamaq üçün onların yarandığı mədəni mühiti, xalqın folklorunu və dil yaddaşını da öyrənmək lazımdır. Əks halda, biz yalnız maddi nümunəni qoruyar, onun daşıdığı mənəvi məzmunun bir hissəsini itirə bilərik.

Bu baxımdan Arazın hər iki tayında yaşayan azərbaycanlıların ortaq tarixi, folkloru, ədəbiyyatı, musiqisi və sənətkarlıq ənənələrinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Bu zəngin irsin gələcək nəsillərə dolğun şəkildə ötürülməsi üçün Azərbaycan dilinin təhsil, elm və mədəniyyət həyatında inkişafına şərait yaradılması vacibdir.

ANA DİLİNDƏ TƏHSİL – MƏDƏNİ YADDAŞIN DAVAMLILIĞI

İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanlarının genişləndirilməsi məsələsi də bu ümumi mədəni yanaşmanın tərkib hissəsidir.

İnsan öz xalqının tarixini, ədəbiyyatını, folklorunu və elmi irsini ana dilində öyrəndikdə həmin sərvətlərin məna çalarlarını daha dərindən mənimsəyir. Ana dilində təhsil yalnız dilin qrammatikasını öyrənmək deyil, həm də xalqın tarixi təcrübəsini, mənəvi dəyərlərini və kollektiv yaddaşını gələcək nəsillərə ötürməkdir.

Azərbaycan türklərinin əsrlər boyu yaratdığı zəngin ədəbi və mədəni irs böyük bir coğrafiyanı əhatə edir. Bu irsin hərtərəfli tədqiqi, yaşadılması və beynəlxalq miqyasda tanıdılması üçün onun daşıyıcısı olan dilin inkişafı mühüm şərtdir.

Burada söhbət yalnız bir xalqın öz ana dilini qorumaq istəyindən getmir. Hər bir xalqın dili, folkloru, musiqisi, sənətkarlıq ənənələri və tarixi yaddaşı ümumdünya mədəni irsinin ayrılmaz hissəsidir. Bir xalq öz mədəni sərvətlərini nə qədər dərindən öyrənir və yaşadırsa, bəşəriyyətin ortaq mədəni xəzinəsinə də bir o qədər töhfə verir.

Bu mənada ana dilində təhsil almaq həm insanın fundamental hüququ, həm də ümumbəşəri mədəni dəyərlərin qorunmasına xidmət edən mühüm imkandır.

AÇIQ MƏKTUB VƏ İCTİMAİ MÜRACİƏTİN DAVAMI

Məhz bu prinsipləri əsas götürərək, Azərbaycan QHT rəhbərlərinin İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkiana ünvanladıqları açıq məktubun əhəmiyyətini xüsusi qeyd etmək istərdim.

2026-cı il oktyabrın 26-da imzalanan müraciətdə İran Prezidentinin Azərbaycan dilinə, xalqımızın milli-mənəvi dəyərlərinə və ədəbi irsinə bəslədiyi hörmət yüksək qiymətləndirilib. Onun Azərbaycan dilində şeirlər səsləndirməsi, atalar sözlərimizə müraciət etməsi və ana dilinə bağlılığını nümayiş etdirməsi təqdir olunub.

Məktubda bu mənəvi bağlılığın İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanlarının genişləndirilməsi istiqamətində əməli addımlarla davam etdirilməsinə çağırış yer alıb.

Xüsusilə Azərbaycan dilinin məktəblərdə sistemli tədrisinin təşkili, bu dildə təhsil verən orta və ali təhsil müəssisələrinin yaradılması, pedaqoji kadrların hazırlanması, dərslik və tədris proqramlarının işlənməsi, zəruri hüquqi və institusional mexanizmlərin formalaşdırılması təklif edilib.

Noyabrın 2-də açıq məktubun imzaçılarından olan bir qrup Azərbaycan QHT rəhbəri müraciəti şəxsən İranın Azərbaycandakı səfirliyinə çatdırıb. Səfirliyin nümayəndələri məktubu qəbul ediblər.

Mən də açıq məktubun imzaçılarından biri və “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri olaraq müraciətin səfirliyə şəxsən çatdırılmasında iştirak etdim. Hesab edirəm ki, bu addım məktubda ifadə olunan mövqeyə sədaqətin, qarşılıqlı hörmətə əsaslanan dialoqa və konstruktiv əməkdaşlığa hazır olmağın ifadəsidir.

KONSTİTUSİON HÜQUQLARIN PRAKTİKİ TƏMİNATI

İran İslam Respublikasının Konstitusiyasında da ana dili məsələsinə dair hüquqi müddəalar mövcuddur.

Konstitusiyanın 15-ci maddəsində fars dilinin rəsmi dil olması ilə yanaşı, yerli və etnik dillərin mətbuatda və kütləvi informasiya vasitələrində istifadəsinə, həmin dillərin ədəbiyyatının məktəblərdə fars dili ilə yanaşı tədrisinə icazə verilir. 19-cu maddədə isə dil və etnik mənsubiyyət fərqindən asılı olmayaraq İran xalqının bütün üzvlərinin bərabər hüquqlara malik olduğu təsbit olunur.

Bu müddəaların praktiki imkanlara çevrilməsi, Azərbaycan dilinin tədrisinin sistemli təşkili, müvafiq dərsliklərin, proqramların və pedaqoji infrastrukturun yaradılması mühüm əhəmiyyət daşıyır.

İnanıram ki, bu istiqamətdə atılacaq ardıcıl addımlar həm İranda yaşayan azərbaycanlıların mədəni hüquqlarının təmin olunmasına, həm də İran cəmiyyətində mədəni müxtəlifliyin qorunmasına, Azərbaycan–İran humanitar əlaqələrinin inkişafına töhfə verə bilər.

ANA DİLİNİ YAŞATMAQ – GƏLƏCƏYƏ SƏRMAYƏDİR

Mədəni irsin qorunması keçmişə ehtiram göstərməklə məhdudlaşmır. Bu, gələcək nəsillərin öz köklərini tanıması, xalqının yaratdığı mənəvi və maddi sərvətləri öyrənməsi, onları inkişaf etdirərək gələcəyə ötürməsi üçün imkan yaratmaqdır.

İran Prezidenti cənab Məsud Pezeşkianın Azərbaycan dilinə və ədəbi irsimizə göstərdiyi diqqətin bu sahədə də müsbət təşəbbüslərlə davam etdirilməsini arzulayıram.

İnanıram ki, ana dilində təhsil imkanlarının genişləndirilməsi milyonlarla azərbaycanlının çoxdankı arzusunun gerçəkləşməsinə xidmət etməklə yanaşı, ümumbəşəri mədəni dəyərlərin qorunması baxımından da əhəmiyyətli nəticələr verə bilər.

Ana dilini qorumaq mədəni yaddaşı qorumaqdır. Ana dilində öyrənmək isə həmin yaddaşı gələcəyə daşımaqdır.

Hər bir xalqın öz dilində təhsil almaq, mədəni irsini öyrənmək və yaşatmaq imkanlarının təmin olunması yalnız milli hüququn deyil, bütövlükdə bəşəriyyətin ortaq mədəni sərvətinin qorunmasının da vacib şərtidir.

Lalə Sərdarlı
“Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri

 





Oxşar xəbərlər


Xəbər lenti
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-11-01
Sülh, təhlükəsizlik və əməkdaşlıq
2026-10-29
Ədalətli mövqe və sülhə aparan yol
2026-10-29
Azərbaycan beynəlxalq əməkdaşlığın etibarlı tərəfdaşıdır
2026-10-29
Azərbaycanın mədəni irsi və milli dəyərlərimizə sadiqliyi
2026-10-29
Günay Ağamalı: Azərbaycan-Niderland münasibətləri yeni əməkdaşlıq imkanları yaradır – ŞƏRH
2026-10-29
Günay Ağamalı: Azərbaycan beynəlxalq tərəfdaşlarına etibarlılığını göstərib
2026-10-29
"Qubadlı tarixi Zəfərimizin, milli qürurumuzun və Böyük Qayıdışın məkanı"
2026-10-29
Ermənistan quldurlaşmış işğalçı idi
2026-10-28
Azərbaycan-Niderland əlaqələrində yeni səhifə açılır? - Deputat açıqladı
2026-10-28
Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol
2026-10-28
Suverenliyin yeni mərhələsi və milli dövlətçiliyin ideoloji əsasları
2026-10-28
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın inkişaf hədəfləri
2026-10-28
İslam dünyasında yeni mərhələ - Bakının mövqeyi güclənir
2026-10-27
Yeni Azərbaycan Partiyasının yaranması müstəqil dövlətçiliyimizin möhkəmlənməsində tarixi mərhələdir
2026-10-27
Prezident İlham Əliyevin proqram xarakterli nitqi davamlı inkişafın əsas yol xəritəsidir
2026-10-27
Dövlətçilik ənənələri və milli həmrəylik Azərbaycanın inkişaf yolunu müəyyənləşdirir
2026-10-27
Qubadlının tarixi yaddaşı və dirçəliş salnaməsi
2026-10-24
Qubadlıda yeni həyatın qurulması Böyük Qayıdışın mühüm səhifəsidir
2026-10-24
Qubadlının azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli iradəsinin təntənəsidir
2026-10-24
25 Oktyabr –Azərbaycanın tarixində əbədi yaşayacaq bir gün
2026-10-24
Azərbaycanın qətiyyətli mövqeyi və yeni beynəlxalq reallıqlar
2026-10-23
Salyan Rayon Mərkəzi Xəstəxanasında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
2026-10-23
Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
2026-10-22
Dövlətimizin gücü və ideoloji təhlükəsizliyimiz
2026-10-22
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni inkişaf hədəflərini müəyyənləşdirir
2026-10-22