25 Oktyabr –Azərbaycanın tarixində əbədi yaşayacaq bir gün
2020-ci ilin 27 sentyabr tarixindən 10 noyabradək davam edən Vətən müharibəsinin 29 günündə Azərbaycan Ordusu Qubadlı rayonunu işğaldan azad etdi. Həmin tarixdən ötən 6 il rayonun həyatında bərpa-quruculuq işləri ilə xarakterizə edilir. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Bu tarix özündə bütün məqamları ehtiva edir. Bu baxımdan ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri Böyük Qayıdışı yaxınlaşdırır, soydaşlarımızı daha da qürurlandırır. 30 il torpaq həsrətini yaşayan sakinlər bərpa-quruculuq işlərinin bu ərazilərə qayıdışla tamamlanmasından böyük sevinc hissi keçirirlər. Bu qürur, sevinc dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci il 25 oktyabr tarixində Qubadlı rayonuna səfərləri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də ifadə edilmişdir. “Mən bu gün Qubadlı rayon sakinlərini Qubadlıya dəvət etmişəm. Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir vəbundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək. Bu münasibətlə sizi və bütün qubadlıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm” söyləyən cənab İlham Əliyev onu da bildirmişdir ki, bu tarixi günü birlikdə qeyd etmək üçün sizi dəvət etmişəm. Bu, doğrudan da Azərbaycanın tarixində əbədi yaşayacaq bir gündür. 25 Oktyabr – Zəfər günü, Qubadlının azad olunması günüdür. 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi gücümüzü və milli ruhumuzu göstərdi. Göstərdi ki, heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik. Əgər qubadlılılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə yığışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik.
İşğaldan azad edilmiş torpaqlarımız özünəməxsus iqtisadi potensiala malikdir. Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Rayonun təsərrüfat fəaliyyətinin əsasını əkinçilik və heyvandarlıq təşkil edirdi. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu. Əsas əkin sahələri “Gəyən” və “Yazı” düzlərində, dağ ətəyi meşə zonasında, Bərgüşad və Həkəri çaylarının vadisində yerləşirdi. Ümumilikdə rayonda 79.812 hektar torpaq fondu vardır. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.
Qubadlı rayonunun təbiəti olduqca gözəl və zəngindir. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də hər bir rayonun malik olduğu potensialdan səmərəli istifadə edərək hədəflərə yüksək səviyyədə nail olmaq öz əksini tapıb. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşıdakı dövrdə daha möhtəşəm uğurlara imza atması üçün geniş imkanlar yaranır. Bu gün azad edilmiş ərazilərimizin hər biri quruculuq meydançasına çevrilib.
Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri