Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Qubadlının tarixi yaddaşı və dirçəliş salnaməsi
SİYASƏT
Qubadlıda yeni həyatın qurulması Böyük Qayıdışın mühüm səhifəsidir
SİYASƏT
Qubadlının azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli iradəsinin təntənəsidir
SİYASƏT
25 Oktyabr –Azərbaycanın tarixində əbədi yaşayacaq bir gün
SİYASƏT
Azərbaycanın qətiyyətli mövqeyi və yeni beynəlxalq reallıqlar
SİYASƏT
Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
SİYASƏT
Dövlətimizin gücü və ideoloji təhlükəsizliyimiz
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni inkişaf hədəflərini müəyyənləşdirir
SİYASƏT
Zəngilan: şəhərsalma təcrübəsinin nümayişi
SİYASƏT
Zəngilanın tarixi irsi xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir
SİYASƏT
Azad Zəngilan müasir inkişaf və tərəqqi yolunda
SİYASƏT
Zəngilan müasir inkişaf və Böyük Qayıdışın yeni ünvanıdır
SİYASƏT
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
SİYASƏT
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
SİYASƏT
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
SİYASƏT
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
SİYASƏT
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
SİYASƏT
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
SİYASƏT
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
SİYASƏT
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
SİYASƏT
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
SİYASƏT
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
SİYASƏT
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
SİYASƏT
AQEM Sədrliyinin Strateji Prioritetləri
SİYASƏT
Azərbaycanın Qlobal Diplomatiya Modeli
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Füzuli müasir quruculuq və inkişaf yolunda
SİYASƏT
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir

Qubadlının azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli iradəsinin təntənəsidir

2026-10-24 20:38:28 9 baxış
Xəbər şəkil

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 25 oktyabr günü milli qürurumuzun, dövlətimizin qüdrətinin və ərazi bütövlüyümüz uğrunda mübarizəmizin parlaq səhifələrindən biridir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin Ermənistanın işğalından azad edilməsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin mühüm mərhələsi olmaqla xalqımızın uzun illər ərzində qoruyub saxladığı doğma torpaqlara qayıdış arzusunun gerçəkləşdiyini nümayiş etdirdi. Hər il bu tarixi günün Qubadlı Şəhəri Günü kimi qeyd olunması azadlığın, milli birliyin və dövlətçilik iradəsinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindən biri, özünəməxsus təbiəti, zəngin tarixi və mədəni irsi ilə seçilən diyardır. Bərgüşad və Həkəri çaylarının əhatəsində yerləşən bu torpaqlar əsrlər boyu xalqımızın həyatında mühüm yer tutub, burada formalaşmış adət-ənənələr, milli-mənəvi dəyərlər və el-obaya bağlılıq nəsildən-nəslə ötürülüb. Qubadlı sakinlərinin doğma yurda bağlılığı, ağır sınaqlar qarşısında milli kimliyini və qayıdış ümidini qoruması rayonun tarixinin ayrılmaz hissəsidir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Qubadlı uzun illər işğal altında qaldı. Rayonun sakinləri doğma evlərindən didərgin düşdü, yaşayış məntəqələri dağıntılara məruz qaldı, tarixi və mədəni irsə ciddi ziyan dəydi. Lakin işğal Qubadlının Azərbaycan xalqının yaddaşındakı yerini dəyişə bilmədi. Məcburi köçkün həyatı yaşayan insanlar doğma yurdlarına qayıdacaqları günün həsrəti ilə yaşadılar. Dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində apardığı ardıcıl siyasət və xalqımızın sarsılmaz iradəsi bu ümidin gerçəkləşməsi üçün möhkəm zəmin yaratdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qəhrəmanlıq, peşəkarlıq və qətiyyət nümayiş etdirdi. Döyüş meydanında əldə edilən uğurlar düşmənin uzun illər ərzində yaratdığı istehkamların yararsız olduğunu göstərdi. Oktyabrın 25-də Qubadlı şəhərinin və ətraf yaşayış məntəqələrinin azad edilməsi hərbi-strateji baxımdan mühüm nəticə olmaqla Azərbaycanın Zəfərə doğru irəliləyişini sürətləndirdi. Bu qələbə əsgər və zabitlərimizin döyüş əzminin, şəhidlərimizin misilsiz fədakarlığının və xalqımızın öz rəhbəri ətrafında sıx birliyinin təcəssümü idi. 
Qubadlının azad olunması ilə xalqımızın tarixi ədalətin bərpasına olan inamı bir daha təsdiqini tapdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünün təmin edilməsinə, işğalın nəticələrinin aradan qaldırılmasına və ölkəmizin suverenliyinin möhkəmləndirilməsinə yönəlmişdi. Vətən müharibəsində əldə olunan Qələbə dövlətimizin siyasi iradəsini, iqtisadi imkanlarını və hərbi gücünü nümayiş etdirməklə yanaşı, xalqımızın milli həmrəyliyinin nə qədər böyük qüvvə olduğunu bütün dünyaya göstərdi.
Bu gün Qubadlıda görülən bərpa və quruculuq işləri tarixi Zəfərin yeni mərhələsini təşkil edir. Şəhərin və kəndlərin yenidən qurulması, yol və enerji infrastrukturunun yaradılması, sosial obyektlərin inşası doğma torpaqlarda həyatın bərpasına xidmət edir. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri və layihələrin icrası ilə bağlı verdiyi tapşırıqlar Qubadlının gələcək inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu göstərir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi də müasir şəhərsalma prinsiplərinə əsaslanan yeni Qubadlının qurulması üçün mühüm addımdır. 
25 Oktyabr – Qubadlı Şəhəri Günü yalnız bir şəhərin azad edilməsinin ildönümü deyil, həm də Azərbaycan xalqının haqq uğrunda mübarizəsinin, dövlətimizin qətiyyətinin və milli birliyimizin rəmzidir. Bu əlamətdar gündə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla anırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində azad edilmiş torpaqlarımızda həyatın yenidən canlanması Qubadlının da öz tarixi simasını bərpa edərək ölkəmizin inkişafına töhfə verəcəyinə inamı artırır.

Rahib Kərimov,
Salyan rayon Yolüstü kənd tam orta ümumtəhsil məktəbin direktoru, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Qubadlının tarixi yaddaşı və dirçəliş salnaməsi
2026-10-24
Qubadlıda yeni həyatın qurulması Böyük Qayıdışın mühüm səhifəsidir
2026-10-24
Qubadlının azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli iradəsinin təntənəsidir
2026-10-24
25 Oktyabr –Azərbaycanın tarixində əbədi yaşayacaq bir gün
2026-10-24
Azərbaycanın qətiyyətli mövqeyi və yeni beynəlxalq reallıqlar
2026-10-23
Salyan Rayon Mərkəzi Xəstəxanasında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
2026-10-23
Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
2026-10-22
Dövlətimizin gücü və ideoloji təhlükəsizliyimiz
2026-10-22
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni inkişaf hədəflərini müəyyənləşdirir
2026-10-22
Zəngilan: şəhərsalma təcrübəsinin nümayişi
2026-10-20
Zəngilanın tarixi irsi xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir
2026-10-20
Azad Zəngilan müasir inkişaf və tərəqqi yolunda
2026-10-20
Zəngilan müasir inkişaf və Böyük Qayıdışın yeni ünvanıdır
2026-10-20
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
2026-10-19
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
2026-10-19
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
2026-10-18
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
2026-10-18
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
2026-10-18
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
2026-10-18
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
2026-10-18
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
2026-10-18
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
2026-10-17
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
2026-10-17
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
2026-10-17
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
2026-10-17
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
2026-10-16