Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
SİYASƏT
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
SİYASƏT
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
SİYASƏT
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
SİYASƏT
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
SİYASƏT
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
SİYASƏT
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
SİYASƏT
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
SİYASƏT
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
SİYASƏT
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
SİYASƏT
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
SİYASƏT
AQEM Sədrliyinin Strateji Prioritetləri
SİYASƏT
Azərbaycanın Qlobal Diplomatiya Modeli
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Füzuli müasir quruculuq və inkişaf yolunda
SİYASƏT
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
SİYASƏT
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq

Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH

2026-10-19 00:01:51 20 baxış
Xəbər şəkil

Azərbaycanın dövlət müstəqilliyinin bərpası xalqımızın milli iradəsinin və dövlətçilik ənənələrinə sədaqətinin təntənəsidir. Müstəqillik illərində ölkəmizin güclənməsi, ərazi bütövlüyümüzün bərpası və işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi Azərbaycanın inkişaf yolunun mühüm mərhələləridir.

Bu fikirləri “Aktual Xəbər”ə açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib.

Deputat qeyd edib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycan xalqının azadlıq iradəsinin hüquqi ifadəsi olmaqla yanaşı, müasir dövlətçiliyimizin təməl sənədlərindən biridir. Müstəqillik ölkəmizə milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirmək, dövlətin siyasi, iqtisadi və hərbi qüdrətini möhkəmləndirmək imkanı verib.

Günay Ağamalının sözlərinə görə, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər müstəqil Azərbaycanın gücünü, xalqımızın birliyini və Ordumuzun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirib.

Deputat vurğulayıb ki, dünən qeyd olunan Füzuli Şəhəri Günü bu Zəfərin mühüm rəmzlərindəndir. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində əhəmiyyətli hərbi-strateji nailiyyət olub və sonrakı əməliyyatların uğurla davam etdirilməsinə əlverişli şərait yaradıb.

O bildirib ki, oktyabrın 19-da isə Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əliyarlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı və İsaqlı kəndlərinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun ardıcıl uğurlarının növbəti təzahürü olub.

Günay Ağamalı qeyd edib ki, bu tarixi hadisələr müstəqilliyimizin, milli birliyimizin və dövlətimizin hərbi qüdrətinin bir-birini tamamladığını göstərir. Şəhidlərimizin canı, qazilərimizin fədakarlığı bahasına qazanılan Zəfər doğma torpaqlarımıza qayıdışın və yeni inkişaf mərhələsinin əsasını qoyub.

Deputatın sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri tarixi Qələbənin nəticələrini real həyata çevirir. Füzulidə müasir infrastrukturun yaradılması, yaşayış evlərinin, məktəblərin və digər sosial obyektlərin tikintisi, nəqliyyat imkanlarının genişləndirilməsi şəhərin inkişafına və əhalinin doğma yurda qayıdışına xidmət edir.

O vurğulayıb ki, Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına köçürülməsi deyil, həm də həmin ərazilərdə təhlükəsiz yaşayışın, məşğulluğun və sosial rifahın təmin olunması deməkdir. Qarabağın bərpasında qardaş ölkələrin iştirakı da regional həmrəyliyin və dostluq münasibətlərinin bariz nümunəsidir.

Günay Ağamalı bildirib ki, 18 oktyabr Müstəqilliyin Bərpası Günü, 17 oktyabr Füzuli Şəhəri Günü və 19 oktyabr Cəbrayıl rayonunun 13 kəndinin azad edildiyi tarix xalqımızın yaddaşında azadlıq, Zəfər və quruculuq salnaməsinin mühüm səhifələri kimi yaşayır.

Deputat əlavə edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində azad edilmiş ərazilərdə bərpa işləri davam edir, Böyük Qayıdış genişlənir və Azərbaycan öz tarixi torpaqlarında yeni həyat qurur.

Oxşar xəbərlər

Xəbər lenti
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
2026-10-19
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
2026-10-19
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
2026-10-18
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
2026-10-18
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
2026-10-18
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
2026-10-18
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
2026-10-18
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
2026-10-18
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
2026-10-17
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
2026-10-17
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
2026-10-17
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
2026-10-17
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
2026-10-16
AQEM Sədrliyinin Strateji Prioritetləri
2026-10-16
Azərbaycanın Qlobal Diplomatiya Modeli
2026-10-16
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-10-16
Füzuli müasir quruculuq və inkişaf yolunda
2026-10-16
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
2026-10-16
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
2026-10-16
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
2026-10-15
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
2026-10-15
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
2026-10-15
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13