Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
SİYASƏT
AQEM Sədrliyinin Strateji Prioritetləri
SİYASƏT
Azərbaycanın Qlobal Diplomatiya Modeli
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Füzuli müasir quruculuq və inkişaf yolunda
SİYASƏT
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
SİYASƏT
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
SİYASƏT
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
SİYASƏT
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
SİYASƏT
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
SİYASƏT
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
SİYASƏT
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
SİYASƏT
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
SİYASƏT
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi

AQEM Sədrliyinin Strateji Prioritetləri

2026-10-16 16:27:31 8 baxış
Xəbər şəkil

Müasir dövrdə geosiyasi gərginliklərin artması, regional münaqişələrin coğrafiyasının genişlənməsi, təhlükəsizlik risklərinin mürəkkəbləşməsi və qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər dövlətlərarası etimadın və çoxtərəfli tərəfdaşlığın bərpasını həyati zərurətə çevirir. Bu baxımdan, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qitə ölkələri arasında konstruktiv dialoqun qurulması və qarşılıqlı anlaşmanın dərinləşməsi üçün strateji platforma rolunu oynayır. Asiya ərazisinin 90 faizini əhatə edən və 28 dövləti sıralarında birləşdirən AQEM miqyasna görə regionun en böyük dialoq mexanizmidir. Asiyanın dünya ticarətində, energetikada, nəqliyyat dəhlizlərində və rəqəmsal texnologiyalardakı artan çəkisi bu platformanın dəyərini daha da artırır. Azərbaycanın 2024-cü ilin dekabrından etibarən AQEM-ə rəhbərlik etməsi bu istiqamətdə yeni bir səhifə açır. Ölkəmiz öz sədrliyini “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” konseptual xətti üzərində quraraq, təşkilatın təsisat kimi möhkəmlənməsini, mövcud iş prinsipinin təkmilləşdirilməsini və qlobal əlaqələrinin genişlənməsini ön plana çəkib. Bu təşəbbüskar möqe AQEM-in sadəcə fikir mübadiləsi aparılan bir forumdan çıxaraq, daha çevik, nəticəyönümlü və nüfuzlu beynəlxalq təşkilata transformasiyasına mühüm töhfə verir.
Azərbaycanın sədrliyi isə AQEM-in potensialının gücləndirilməsi, fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından diqqətəlayiq mərhələdir. AQEM-ə sədrliyin əsas prioritetləri də məhz bu yanaşmanın məntiqindən irəli gəlir. Azərbaycan sədrliyi dövründə təşkilatın institusional imkanlarının artırılması, üzv dövlətlər arasında sahələrarası əməkdaşlığın gücləndirilməsi və AQEM-in beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Təşkilatın fəaliyyətinin daha sistemli, çevik və nəticəyönümlü mexanizmlər üzərində qurulması qarşıya qoyulan əsas məqsədlərdən biri olub. Qadınlar Şurasının və Maliyyə Sammitinin yaradılması, Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması bu istiqamətdə atılan mühüm addımlardır. Həmin təşəbbüslər AQEM-in əməkdaşlıq gündəliyinin yalnız siyasi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını, eyni zamanda iqtisadiyyat, təhsil, maliyyə və ictimai inkişaf sahələrini də əhatə etdiyini göstərir.
Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq münasibətlərə baxışını, regional təhlükəsizliklə bağlı mövqeyini və müasir dünya nizamının əsas problemlərinə dair prinsipial yanaşmasını aydın şəkildə ortaya qoyub:
Dövlətimizin başçısı Azərbaycanın Avrasiya məkanında birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynadığını, regionda təhlükəsizlik sisteminin möhkəmləndirilməsi istiqamətində səylər göstərdiyini diqqətə çatdırıb. Bu mövqe Azərbaycanın coğrafi mövqeyindən irəli gələn üstünlükləri diplomatik fəallıq, nəqliyyat-kommunikasiya imkanları və qarşılıqlı faydalı əməkdaşlıq siyasəti ilə birləşdirdiyini göstərir. Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi, ilk növbədə, müstəqil xarici siyasət kursunun ardıcıllığı və milli maraqların qətiyyətlə müdafiəsi ilə bağlıdır. 
Azərbaycanın beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığı əsas məsələlərdən biri də Ermənistanın uzun illər davam edən işğal siyasətinə və onun ağır humanitar nəticələrinə beynəlxalq səviyyədə lazımi siyasi-hüquqi qiymətin verilməməsidir
Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 ilə yaxın müddətdə işğal altında olub, bir milyona yaxın azərbaycanlı doğma yurdlarından qovulub, etnik təmizləməyə məruz qalıb. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların da öz tarixi torpaqlarından didərgin salınması xalqımızın yaddaşında dərin iz buraxıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamədə işğal olunmuş ərazilərdən erməni qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin həmin sənədlərin uzun illər icra edilməməsi beynəlxalq hüququn tətbiqində mövcud olan ciddi problemləri üzə çıxardı. Azərbaycanın təcrübəsi bir daha göstərdi ki, beynəlxalq təşkilatların qərarları yalnız qəbul edilməklə kifayətlənməməli, onların yerinə yetirilməsini təmin edən təsirli mexanizmlər də mövcud olmalıdır. Prezident İlham Əliyevin bu məsələyə dair mövqeyi beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi baxımından da aktualdır. 
Dövlətimizin başçısının diqqətə çatdırdığı kimi, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər yaradılmadıqca müharibələrin və münaqişələrin qarşısını almaq çətin olacaq. Təcavüzkarın cəzasız qalması yeni təhlükələrə yol açır, beynəlxalq hüquqa inamı zəiflədir və münaqişələrin uzanmasına şərait yaradır. Buna görə də beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə eyni meyarlarla yanaşılması qlobal təhlükəsizliyin əsas şərtlərindəndir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi beynəlxalq hüququn norma və prinsiplərinin əhəmiyyətini bir daha gündəmə gətirib. Ölkəmiz bu gün də regionda dayanıqlı sülhün təmin olunmasını, dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmət və hüquqi öhdəliklər əsasında qurulmasını dəstəkləyir. Bu baxımdan AQEM kimi çoxtərəfli platformalar beynəlxalq problemlərin müzakirəsi, dövlətlərin mövqelərinin yaxınlaşdırılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əlverişli imkanlar yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, regional və qlobal təhlükəsizliyə, dövlətlərarası dialoqun inkişafına və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Qarşıdakı dövrdə sədrliyin davam etdirilməsi AQEM-in institusional potensialının artırılması, üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmləndirilməsi baxımından yeni imkanlar açacaq. Bütün bunlar göstərir ki, Azərbaycanın AQEM-də fəaliyyəti təkcə təşkilata rəhbərliklə məhdudlaşmır. Bu fəaliyyət ölkəmizin beynəlxalq siyasətdə fəal iştirakının, milli maraqlarla ümumi təhlükəsizlik məqsədlərini uzlaşdırmaq bacarığının və dialoqa əsaslanan əməkdaşlığa verdiyi önəmin ifadəsidir. Azərbaycanın sədrliyinin davam etməsi isə ölkəmizin irəli sürdüyü təşəbbüslərin inkişafı və Asiyada qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi üçün əhəmiyyətli zəmin yaradır”.

Səidə Əliyeva,
  Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Oxşar xəbərlər

Xəbər lenti
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
2026-10-16
AQEM Sədrliyinin Strateji Prioritetləri
2026-10-16
Azərbaycanın Qlobal Diplomatiya Modeli
2026-10-16
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-10-16
Füzuli müasir quruculuq və inkişaf yolunda
2026-10-16
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
2026-10-16
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
2026-10-16
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
2026-10-15
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
2026-10-15
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
2026-10-15
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
2026-10-13
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
2026-10-13
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
2026-10-13
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
2026-10-13
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
2026-10-13
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
2026-10-13
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
2026-10-13
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
2026-10-13
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-13
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-13
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
2026-10-12