Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
SİYASƏT
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
SİYASƏT
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
SİYASƏT
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
SİYASƏT
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
SİYASƏT
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
SİYASƏT
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
SİYASƏT
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
SİYASƏT
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
SİYASƏT
AQEM Sədrliyinin Strateji Prioritetləri
SİYASƏT
Azərbaycanın Qlobal Diplomatiya Modeli
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Füzuli müasir quruculuq və inkişaf yolunda
SİYASƏT
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
SİYASƏT
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
SİYASƏT
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
SİYASƏT
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
SİYASƏT
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!

Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır

2026-10-18 14:26:53 3 baxış
Xəbər şəkil

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirildi. Prezident İlham Əliyev çıxışında 44 günlük Vətən maharibəsində tarixi ədalətin bərpasından, müharibə cinayətlərinə görə məsuliyyətdən, beynəlxalq təşkilatların fəaliyyətindən, ikili standartlara söykənən siyasətin yaratdığı problemlərdən  və sülhün davamlılığının təmin edilməsindən danışdı. Məqsəd budur ki,  beynəlxalq hüquq yalnız siyasi bəyanatlarla deyil, onun norma və prinsiplərinin real həyatda tətbiqi ilə öz təsdiqini tapmalıdır. Cənab İlham Əliyev bu çağırışı etdi ki, BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq. Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı.
Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar. Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.
Dövlətimizin başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərə diqqəti yönəltməsin. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin  həlli prosesinin 30 il uzanmasında da bu amilin rolu böyükdür. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupu fəaliyyətsizliyi ilə diqqətdə oldu. Missiyasını Ermənistana dəstək göstərməkdə görən bu qurum məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı.
Cənab İlham Əliyev bu çağırışı da etdi ki,  işğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər.
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Bütün məsələlərin bu prinsiplər əsasında  həllinə  səylər göstərməsi beynəlxalq səviyyədə dəstəklənir. Ölkəmizin AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması təklifinə dəstək verilməsi də mühüm məqamları özündə ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyev Zirvə Görüşündəki çıxışının əvvəlində “İlk növbədə, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığımı bildirirəm” söyləyərək bu reallığı da qeyd etdi ki,  biz bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab edirik.
Azərbaycanın təşkilata sədrliyinin əsas prioritetlərindən biri AQEM-in institusional əsaslarının möhkəmləndirilməsi və tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinin təşviqidir. Çünki üzvlərinin sayı və coğrafi əhatəsi geniş olan çoxtərəfli platformanın səmərəliliyi yalnız siyasi dialoqun intensivliyi ilə deyil, həm də qərarların həyata keçirilməsi, təşəbbüslərin davamlılığı və institusional mexanizmlərin effektivliyi ilə ölçülür.

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Oxşar xəbərlər

Xəbər lenti
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
2026-10-18
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
2026-10-18
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
2026-10-18
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
2026-10-18
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
2026-10-18
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
2026-10-17
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
2026-10-17
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
2026-10-17
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
2026-10-17
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
2026-10-16
AQEM Sədrliyinin Strateji Prioritetləri
2026-10-16
Azərbaycanın Qlobal Diplomatiya Modeli
2026-10-16
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-10-16
Füzuli müasir quruculuq və inkişaf yolunda
2026-10-16
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
2026-10-16
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
2026-10-16
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
2026-10-15
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
2026-10-15
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
2026-10-15
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13