Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Qubadlının tarixi yaddaşı və dirçəliş salnaməsi
SİYASƏT
Qubadlıda yeni həyatın qurulması Böyük Qayıdışın mühüm səhifəsidir
SİYASƏT
Qubadlının azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli iradəsinin təntənəsidir
SİYASƏT
25 Oktyabr –Azərbaycanın tarixində əbədi yaşayacaq bir gün
SİYASƏT
Azərbaycanın qətiyyətli mövqeyi və yeni beynəlxalq reallıqlar
SİYASƏT
Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
SİYASƏT
Dövlətimizin gücü və ideoloji təhlükəsizliyimiz
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni inkişaf hədəflərini müəyyənləşdirir
SİYASƏT
Zəngilan: şəhərsalma təcrübəsinin nümayişi
SİYASƏT
Zəngilanın tarixi irsi xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir
SİYASƏT
Azad Zəngilan müasir inkişaf və tərəqqi yolunda
SİYASƏT
Zəngilan müasir inkişaf və Böyük Qayıdışın yeni ünvanıdır
SİYASƏT
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
SİYASƏT
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
SİYASƏT
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
SİYASƏT
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
SİYASƏT
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
SİYASƏT
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
SİYASƏT
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
SİYASƏT
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
SİYASƏT
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
SİYASƏT
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
SİYASƏT
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
SİYASƏT
AQEM Sədrliyinin Strateji Prioritetləri
SİYASƏT
Azərbaycanın Qlobal Diplomatiya Modeli
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Füzuli müasir quruculuq və inkişaf yolunda
SİYASƏT
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir

Qubadlının tarixi yaddaşı və dirçəliş salnaməsi

2026-10-24 20:40:46 9 baxış
Xəbər şəkil

Qubadlının tarixini onun bərəkətli torpaqlarından, zəhmətkeş insanlarından, formalaşmış təsərrüfat ənənələrindən və zəngin mənəvi irsindən ayrı təsəvvür etmək mümkün deyil. Bu diyarın həyatında əkinçilik və heyvandarlıq əsrlər boyu mühüm yer tutmuş, torpağa bağlılıq insanların yaşayış tərzini, məşğuliyyətini və gündəlik həyatını müəyyənləşdirmişdir. Qubadlı yalnız təbii gözəllikləri və tarixi abidələri ilə deyil, həm də iqtisadi potensialı, kənd təsərrüfatı ənənələri və özünəməxsus həyat ritmi ilə seçilən Azərbaycan bölgələrindən biri olmuşdur.
İşğaldan əvvəl Qubadlı rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Burada taxıl, üzüm, tütün və bostan məhsulları becərilir, heyvandarlıq, baramaçılıq və digər təsərrüfat sahələri inkişaf edirdi. “Yazı düzü”, “Gəyən” və “Məzrə” kimi məhsuldar ərazilər əkinçilik üçün əlverişli imkanlar yaradır, Bərgüşad və Həkəri çaylarının vadiləri təsərrüfat fəaliyyətinin genişlənməsində mühüm rol oynayırdı. Xüsusilə tütünçülük və üzümçülük rayonun iqtisadi həyatında seçilən sahələrdən idi. Əhalinin zəhməti hesabına yetişdirilən məhsullar bölgənin təsərrüfat dövriyyəsinə töhfə verir, kənd yerlərində məşğulluğun və yaşayışın əsasını formalaşdırırdı. 
Rayonun iqtisadi həyatı yalnız əkinçilik və heyvandarlıqla məhdudlaşmırdı. İşğal ərəfəsində sənaye və emal sahələri də inkişaf edirdi. Üzümün ilkin emalı müəssisələri, yağ-pendir və asfalt zavodları, inkubator-quşçuluq fabriki, balıqyetişdirmə təsərrüfatı, daş karxanaları və mərmər sexi rayonun istehsal imkanlarının genişliyini göstərirdi. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı arasında yaranmış əlaqələr yerli iqtisadiyyatın inkişafına, əhalinin məşğulluğuna və rayonun sosial həyatının canlanmasına xidmət edirdi. Bu faktlar Qubadlının işğaldan əvvəlki iqtisadi quruluşunun müxtəlif sahələri əhatə etdiyini və bölgənin mühüm inkişaf potensialına malik olduğunu nümayiş etdirir. 
Lakin Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı 1993-cü il avqustun 31-də işğal olundu və rayonun dinc həyatına ağır zərbə vuruldu. Uzun illər ərzində formalaşmış təsərrüfat əlaqələri dağıldı, istehsal müəssisələri və sosial infrastruktur zərər gördü, yaşayış məntəqələri viran qoyuldu. Doğma yurdlarından didərgin düşən insanlar ev-eşiklərini, əkin sahələrini, bağlarını və illərlə zəhmət çəkərək qurduqları həyatlarını geridə qoymağa məcbur oldular. Bununla belə, Qubadlının keçmişi, el-oba ənənələri və doğma torpağa bağlılıq hissi insanların yaddaşında yaşamaqda davam etdi. Yurd həsrəti illər keçdikcə azalmadı, əksinə, qayıdış arzusunu daha da gücləndirdi.
Azərbaycan xalqının ərazi bütövlüyünün bərpası istiqamətində apardığı mübarizənin həlledici mərhələsi 2020-ci ildə başlandı. Sentyabrın 27-də başlayan Vətən müharibəsi dövlətimizin hərbi qüdrətini, xalqımızın birliyini və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində işğal altındakı torpaqlarımız bir-birinin ardınca azad edildi. Bu müharibə Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi, uzun illər davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası üçün həlledici zəmin yaratdı.
Qubadlı şəhərinin 2020-ci il oktyabrın 25-də azad olunması Vətən müharibəsinin gedişində mühüm strateji əhəmiyyət daşıyan hadisələrdən biri oldu. Şəhərin azadlığı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurların davamı, düşmənin müdafiə mövqelərinə vurulan ciddi zərbə və Zəfərə doğru irəliləyişin mühüm mərhələsi idi. Bu qələbə hər bir azərbaycanlının qəlbində qürur hissi yaratdı, doğma yurdlarından ayrı düşmüş Qubadlı sakinlərinin qayıdış ümidini gerçəyə çevirdi. Şəhərin azad edilməsi bir daha təsdiqlədi ki, xalqın iradəsi, dövlətin qətiyyəti və ordunun gücü bir məqsəd ətrafında birləşdikdə qarşıya qoyulan ən böyük hədəflərə nail olmaq mümkündür. 
Bu gün azad edilmiş Qubadlıda həyata keçirilən bərpa və quruculuq işləri şəhərin gələcəyinə yeni məzmun verir. İnfrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin bərpası, sosial obyektlərin inşası və rayonun iqtisadi potensialının dirçəldilməsi doğma torpaqlarda həyatın yenidən canlanmasına istiqamətlənib. İşğaldan əvvəl kənd təsərrüfatı və istehsal sahələri ilə seçilən Qubadlının gələcək inkişafında bu ənənələrin müasir imkanlarla uzlaşdırılması, torpaq və təbii ehtiyatlardan səmərəli istifadə olunması, əhalinin məşğulluğunun artırılması mühüm rol oynaya bilər. Beləliklə, rayonun tarixi iqtisadi potensialının bərpası ilə müasir inkişaf hədəfləri arasında yeni əlaqə formalaşır.
Qubadlı tarixinin bugünkü mərhələsi keçmişə ehtiramla yanaşı, gələcəyə inamı da özündə birləşdirir. Vaxtilə zəhmətkeş insanların əməyi ilə canlanan təsərrüfat həyatı bu gün yenidən quruculuq və inkişaf perspektivləri ilə gündəmə gəlir. Doğma yurda qayıdış, tarixi irsin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və yeni nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi Qubadlının gələcəyinin əsas istiqamətlərindəndir. Şəhərin dirçəlişi yalnız dağıdılmış yaşayış məntəqələrinin bərpası deyil, həm də insanların doğma torpaqla qırılmaz bağlarının yenidən möhkəmlənməsi deməkdir.
Qubadlının keçmişdən gələcəyə uzanan yolu xalqımızın doğma torpağa bağlılığının, əzmkarlığının və qurub-yaratmaq iradəsinin ifadəsidir. Bir zamanlar zəhmətkeş insanların əməyi ilə canlanan təsərrüfat həyatı, illərlə yaddaşlarda qorunan yurd xatirələri və azadlıq uğrunda göstərilən qəhrəmanlıq bu diyarın tarixini vahid bir salnamədə birləşdirir. Bu gün Qubadlının yenidən dirçəldilməsi həmin salnamənin yeni səhifəsidir. İşğalın izlərini quruculuqla əvəz edən, həsrət dolu xatirələri qayıdış sevinci ilə birləşdirən Qubadlı Azərbaycanın yenilməz ruhunun və Zəfərdən doğan gələcəyə inamının canlı təcəssümüdür.

Seyidağa Ağayev,
YAP Salyan rayon təşkilatının gənc YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Qubadlının tarixi yaddaşı və dirçəliş salnaməsi
2026-10-24
Qubadlıda yeni həyatın qurulması Böyük Qayıdışın mühüm səhifəsidir
2026-10-24
Qubadlının azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli iradəsinin təntənəsidir
2026-10-24
25 Oktyabr –Azərbaycanın tarixində əbədi yaşayacaq bir gün
2026-10-24
Azərbaycanın qətiyyətli mövqeyi və yeni beynəlxalq reallıqlar
2026-10-23
Salyan Rayon Mərkəzi Xəstəxanasında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
2026-10-23
Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
2026-10-22
Dövlətimizin gücü və ideoloji təhlükəsizliyimiz
2026-10-22
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni inkişaf hədəflərini müəyyənləşdirir
2026-10-22
Zəngilan: şəhərsalma təcrübəsinin nümayişi
2026-10-20
Zəngilanın tarixi irsi xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir
2026-10-20
Azad Zəngilan müasir inkişaf və tərəqqi yolunda
2026-10-20
Zəngilan müasir inkişaf və Böyük Qayıdışın yeni ünvanıdır
2026-10-20
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
2026-10-19
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
2026-10-19
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
2026-10-18
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
2026-10-18
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
2026-10-18
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
2026-10-18
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
2026-10-18
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
2026-10-18
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
2026-10-17
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
2026-10-17
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
2026-10-17
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
2026-10-17
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
2026-10-16