Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
SİYASƏT
Dövlətimizin gücü və ideoloji təhlükəsizliyimiz
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni inkişaf hədəflərini müəyyənləşdirir
SİYASƏT
Zəngilan: şəhərsalma təcrübəsinin nümayişi
SİYASƏT
Zəngilanın tarixi irsi xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir
SİYASƏT
Azad Zəngilan müasir inkişaf və tərəqqi yolunda
SİYASƏT
Zəngilan müasir inkişaf və Böyük Qayıdışın yeni ünvanıdır
SİYASƏT
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
SİYASƏT
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
SİYASƏT
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
SİYASƏT
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
SİYASƏT
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
SİYASƏT
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
SİYASƏT
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
SİYASƏT
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
SİYASƏT
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
SİYASƏT
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
SİYASƏT
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
SİYASƏT
AQEM Sədrliyinin Strateji Prioritetləri
SİYASƏT
Azərbaycanın Qlobal Diplomatiya Modeli
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Füzuli müasir quruculuq və inkişaf yolunda
SİYASƏT
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
SİYASƏT
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir

Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

2026-10-22 09:15:26 13 baxış
Xəbər şəkil

2 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident cənab İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın bundan sonrakı inkişaf prioritetlərini müəyyən edən yol xəritəsidir. Ölkə rəhbərinin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi çətin şəraitdə yaransa da, 30 ildən çoxdur ki, xalqın büyük inamı ilə iqtidarda olan partiyamız ölkəmizin hər bir uğurunda müstəsna pay sahibidir.
Tarixə nəzər salsaq görərik ki, 1992-ci ilin noyabrında ulu öndər Heydər Əliyev ətrafında birləşən cəsarətli və mütərəqqi insanlar əslində müasir, güclü və qalib Azərbaycanın təməlini qoymuşdular. Əgər 1990-cı illərin əvvəllərində Heydər Əliyev dühası olmasaydı, ölkəni idarə edə bilməyən, böhran anında fərarilik edib Bakıdan qaçan dırnaqarası liderlər Azərbaycanı tamamilə uçuruma aparırdı. Xalqımız o ağır dövrdə müdriklik göstərərək öz taleyini dahi liderə əmanət etdi və ölkəmiz beynəlxalq təcriddən çıxaraq böyük inkişaf yoluna qədəm qoydu.
Bu gün qürurla qeyd edirik ki, partiyamızın növbəti qurultayı tamamilə yeni bir geosiyasi şəraitdə keçirilmişdir. Bu, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. Biz 2023-cü il sentyabrın 20-də separatizmin kökünü kəsərək tarixi ədaləti bərpa etdik. Vaxtilə bizə qarşı hədə dili ilə danışanlar bu gün acı reallıqla barışaraq “Qarabağ Azərbaycandır!” deməyə məcbur olublar.
Lakin bu gün Ermənistanla sərhədlərdə sakitçilik olsa da, biz heç vaxt ayıqlığı itirməməliyik. Dünyada beynəlxalq hüququn sıradan çıxdığı və ətrafımızın münaqişə ocaqları ilə alovlandığı bir şəraitdə Ali Baş Komandanın rəhbərliyi ilə ən vacib hədəfimiz hərbi gücümüzü daha da artırmaqdır. Dövlət büdcəmizdə hərbi və təhlükəsizlik xərclərinə təqribən 9 milyard manat vəsaitin nəzərdə tutulması da bu strateji zərurətdən irəli gəlir.
Cənab Prezident öz çıxışında çox mühüm bir məqamı vurğulamışdır: “Bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var.” Bu sabitlik bizim ən böyük sərvətimizdir. Lakin biz gücləndikcə xarici ideoloji təxribatların da forması dəyişir. Bizə qarşı olan heç bir  zərbəni cavabsız qoymuruq, xarici siyasətimizi elə qururuq ki, heç kim bizim daxili işimizə müdaxilə edə bilməsin. Bütün yad qüvvələr anlamalıdırlar ki, bizim yolumuz Heydər Əliyev yoludur!
İnternet, kiberhücumlar və süni intellekt əsrində ideoloji risklər sərhəd tanımır. Dövlət başçımızın qətiyyətlə bəyan etdiyi kimi, bu təhdidlərə qarşı ən güclü sipərimiz məhz təhsil, vətənpərvərlik tərbiyəsi və azərbaycançılıq məfkurəsidir. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, bir o qədər də bu yalanlara, şayiələrə və zəhərli ideoloji təxribatlara uymayacaq. Məhz buna görə də dövlətimiz şablonlardan və formal tədbirlərdən uzaq, müasir çağırışlara uyğun yeni ideoloji iş modelini irəli sürür.
Təhsildə ideoloji tərbiyənin əsas məqsədi xarici dairələrin gənclərimizin şüurunu manipulyasiya etmək cəhdlərinin qarşısını almaqdır. Orta və ali təhsil ocaqlarımız gənc nəsli yad təsirlərdən uzaq, ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının təməlləri üzərində yetişdirməlidir. Biz təhsil sistemimizdə milli-mənəvi dəyərləri müasir dünyəvi elmlərlə elə uzlaşdırmalıyıq ki, hər bir gənc ilk növbədə öz dövləti, bayrağı və milli mənsubiyyəti ilə fəxr edən sadiq bir vətəndaş kimi formalaşsın.
Bu kontekstdə dövlət başçımız tərəfindən son dövrdə təhsil sahəsində qəbul edilən qərarlar, aparılan fundamental islahatlar və imzalanan sərəncamlar xüsusi təqdirəlayiqdir. Müəllimlərin sertifikatlaşdırılması prosesi, onların sosial rifahının yüksəldilməsi, təhsilin məzmunca yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan strateji addımlar dövlətimizin bu sahəyə verdiyi ali önəmin bariz nümunəsidir. Bu qərarlar təhsilimizin keyfiyyət göstəricilərini artırmaqla yanaşı, həm də gələcəyimizi etibar edəcəyimiz savadlı, milli köklərinə bağlı və vətənpərvər gəncliyin yetişməsini təmin edir. Bu gün hər kəs dərk etməlidir ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi Dəmir Yumruq təkcə döyüş meydanında deyil, xalqın sarsılmaz birliyi və dövlətçilik düşüncəsi olaraq, hər yerdədir və onu heç kim sarsıda bilməz!
Bu sarsılmaz birlik iqtisadi müstəqilliyimizdə də özünü göstərir. Azərbaycan dünyada bütün növ enerji resurslarını istehsal və ixrac edən nadir ölkələrdəndir. Enerji təhlükəsizliyi sahəsində qlobal rolumuz gündən-günə güclənir. Eyni zamanda, nəqliyyat sahəsində irəli sürdüyümüz layihələrlə tranzit yüklərin həcmini orta müddətdə 30 milyon tona çatdırmağı hədəfləyirik.
Bütün bu nailiyyətlərimizin tacı və bizi gələcəyə bağlayan ən ali vəzifəmiz isə azad edilmiş torpaqlarımızın yenidən qurulmasıdır. Dövlətimiz bu günə qədər Qarabağ və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırıb. Hazırda bu bölgələrdə 96 min insan yaşayır və işləyir. Cənab Prezidentin vurğuladığı kimi, bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək.
Bu böyük qayıdışın və intibahın rəmzi isə azad torpaqlarımızda yüksələn yeni təhsil ocaqlarıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hesabatlarında da əks olunduğu kimi, Ağdam, Füzuli, Şuşa, Laçın, Kəlbəcər və digər azad edilmiş rayonlarda onlarla müasir məktəb inşa edilib. Və nəhayət, bu elmi və mədəni dirçəlişin zirvə nöqtəsi Xankəndi şəhərində fəaliyyət göstərən, dövlət suverenliyimizin intellektual qalası olan Qarabağ Universitetidir. Ölkə rəhbərinin xüsusi diqqəti ilə qurulan, hazırda minlərlə tələbənin ödənişsiz və ən yüksək standartlarla təhsil aldığı bu ali məktəb regionun akademik inkişafında aparıcı qüvvədir. Yüksək ballı gənclərimizin məhz Xankəndini, Qarabağ Universitetini seçməsi zəfər qazanmış xalqımızın gələcəyə, elmə və öz torpağına olan sarsılmaz bağlılığının sübutudur.
Biz Yeni Azərbaycan Partiyasının fəalları və təhsil işçiləri olaraq bu şanlı tarixlə qürur duyur, dövlət başçımızın ətrafında daha sıx birləşərək xalqımızın maariflənməsi, azərbaycançılıq məfkurəsinin gənc nəsillərə aşılanması və bu tarixi Zəfərin əbədi olması üçün var gücümüzlə çalışacağımıza söz veririk!

Gülər Quliyeva,
Salyan şəhər 4 saylı tam orta ümumtəhsil məktəbin direktoru, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
2026-10-22
Dövlətimizin gücü və ideoloji təhlükəsizliyimiz
2026-10-22
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni inkişaf hədəflərini müəyyənləşdirir
2026-10-22
Zəngilan: şəhərsalma təcrübəsinin nümayişi
2026-10-20
Zəngilanın tarixi irsi xalqımızın milli yaddaşının ayrılmaz hissəsidir
2026-10-20
Azad Zəngilan müasir inkişaf və tərəqqi yolunda
2026-10-20
Zəngilan müasir inkişaf və Böyük Qayıdışın yeni ünvanıdır
2026-10-20
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
2026-10-19
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
2026-10-19
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
2026-10-18
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
2026-10-18
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
2026-10-18
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
2026-10-18
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
2026-10-18
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
2026-10-18
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
2026-10-17
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
2026-10-17
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
2026-10-17
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
2026-10-17
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
2026-10-16
AQEM Sədrliyinin Strateji Prioritetləri
2026-10-16
Azərbaycanın Qlobal Diplomatiya Modeli
2026-10-16
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-10-16
Füzuli müasir quruculuq və inkişaf yolunda
2026-10-16
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
2026-10-16
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
2026-10-16
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15