Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Sülh, təhlükəsizlik və əməkdaşlıq
SİYASƏT
Ədalətli mövqe və sülhə aparan yol
SİYASƏT
Azərbaycan beynəlxalq əməkdaşlığın etibarlı tərəfdaşıdır
SİYASƏT
Azərbaycanın mədəni irsi və milli dəyərlərimizə sadiqliyi
SİYASƏT
Günay Ağamalı: Azərbaycan-Niderland münasibətləri yeni əməkdaşlıq imkanları yaradır – ŞƏRH
SİYASƏT
Günay Ağamalı: Azərbaycan beynəlxalq tərəfdaşlarına etibarlılığını göstərib
SİYASƏT
"Qubadlı tarixi Zəfərimizin, milli qürurumuzun və Böyük Qayıdışın məkanı"
SİYASƏT
Ermənistan quldurlaşmış işğalçı idi
SİYASƏT
Azərbaycan-Niderland əlaqələrində yeni səhifə açılır? - Deputat açıqladı
SİYASƏT
Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol
SİYASƏT
Suverenliyin yeni mərhələsi və milli dövlətçiliyin ideoloji əsasları
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın inkişaf hədəfləri
SİYASƏT
İslam dünyasında yeni mərhələ - Bakının mövqeyi güclənir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının yaranması müstəqil dövlətçiliyimizin möhkəmlənməsində tarixi mərhələdir
SİYASƏT
Dövlətçilik ənənələri və milli həmrəylik Azərbaycanın inkişaf yolunu müəyyənləşdirir
SİYASƏT
Qubadlının tarixi yaddaşı və dirçəliş salnaməsi
SİYASƏT
Qubadlıda yeni həyatın qurulması Böyük Qayıdışın mühüm səhifəsidir
SİYASƏT
Qubadlının azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli iradəsinin təntənəsidir

Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur

2026-11-04 18:15:23 20 baxış
Xəbər şəkil

1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan silahlı birləşmələri tərəfindən işğal olundu. 28 il Şuşa həsrəti ilə yaşadıq. Düşmən bu illər ərzində Azərbaycanın tarix və mədəniyyət mərkəzi hesab edilən bu gözəl şəhəri  taladı. Tarixinə, mədəniyyətinə, incəsənətinə, mənəvi dəyərlərinə sahib olmağa, özününkü etməyə çalışdı. Ancaq bacarmadı. Şuşa 28 illik işğal dövründə sınmadı, əyilmədi,  əsl sahiblərini gözlədi.
28 ildən sonra qürurla, qalib xalq kimi  Şuşaya qayıtdıq. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan tarixinə Zəfər səhifəsi  yazıldı. 8 may Şuşanın işğalı günü 8 Noyabr - Zəfər Günü ilə əvəzləndi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Vətən müharibəsinin 43-cü günündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!” müjdəsi hər bir azərbaycanlıya böyük sevinc və qürur bəxş etdi. Cənab İlham Əliyev həmin müraciətində onu da bildirdi ki, Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox: “Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.
Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. Bu tarix, eymi zamanda, cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən Şuşa Şəhəri Günü kimi qeyd edilir. Cənab İlham Əliyev  2021-ci il yanvar ayının  14-də Şuşaya ilk səfəri zamanı  burada üçrəngli Bayrağımızı ucaltdı.
Şuşanın azadlığa qovuşması ilə şəhərə yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən altı ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu Zəfər Yolu adlandırdı. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edirdi. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.
Şuşa yenidən qurulub abadlaşaraq dünyanın ən gözəl şəhərinə çevrilir. Erməni vandalizminə məruz qalan tarixi-mədəni abidələr bərpa edilir, evlər tikilir, illərdir yurd həsrəti ilə yaşayan şuşalılar yenidən doğma yurda qayıdırlar. Şuşa yenə dünyanın hər yerindən gələn qonaqlarını qarşılayır, təmiz havası, ecazkar təbiəti ilə hər kəsi heyran edir. Şuşanın yenidən çal-çağırlı, toy-büsatlı günləri başlayıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü il 21 oktyabr tarixində “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Şəhərin kopseptual sxemi hazırlanarkən yerləşdiyi coğrafiyanın təbii xüsusiyyətləri, tarixi-mədəni strukturu və gələcək yönümlü həllər əsas rol oynayıb. Baş planda şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Yaşayış ərazilərinin sıxlıqlarının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə bərabər, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Şəhərin şərq və mərkəzi hissələrində tarixi quruluşun qorunması məqsədilə yol şəbəkələrinə müdaxilə minimal səviyyədə saxlanılaraq mövcud tarix-mədəniyyət abidələrinin bərpa/rekonstruksiyası nəzərdə tutulub. Nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturu şəhərin inkişafına uyğun planlaşdırılıb. Yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib, bütün sosial xidmət müəssisələrinin  ictimai nəqliyyat marşrutları ilə əlaqələndirilərək əlçatan olması təmin edilib.
 Şuşa bir xalqın yaddaşında, ruhunda və tarixində kök atmış mənəvi bir aləm, poeziya, musiqi, milli kimliyin simvoludur. Hər daşı, qayası bir tarix olan Şuşa  hazırda  müxtəlif beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilir. Azərbaycanın bu məkandan beynəlxalq aləmə mesajlarını çatdırması hər birimizi qürurlandırır. Şuşa Azərbaycan xalqının rəşadətinin, mədəniyyətinin və əyilməz iradəsinin simvoludur. Şuşanın azad edilməsi təkcə hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası və hər bir azərbaycanlının ləyaqət rəmzidir. Şuşa sürətlə məskunlaşdırılır. 23 oktyabr 2026-cı il tarixinə olan məlumata əsasən,  Şuşa şəhərində 377 ailə olmaqla 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində 26 ailə olmaqla 90 nəfər, ümumilikdə  420 ailə olmaqla  1579 nəfər məskunlaşıb. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin dogma yurd-yuvalarına qayıdışı mərhələli şəkildə davam edir.

Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri





Oxşar xəbərlər


Xəbər lenti
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-11-01
Sülh, təhlükəsizlik və əməkdaşlıq
2026-10-29
Ədalətli mövqe və sülhə aparan yol
2026-10-29
Azərbaycan beynəlxalq əməkdaşlığın etibarlı tərəfdaşıdır
2026-10-29
Azərbaycanın mədəni irsi və milli dəyərlərimizə sadiqliyi
2026-10-29
Günay Ağamalı: Azərbaycan-Niderland münasibətləri yeni əməkdaşlıq imkanları yaradır – ŞƏRH
2026-10-29
Günay Ağamalı: Azərbaycan beynəlxalq tərəfdaşlarına etibarlılığını göstərib
2026-10-29
"Qubadlı tarixi Zəfərimizin, milli qürurumuzun və Böyük Qayıdışın məkanı"
2026-10-29
Ermənistan quldurlaşmış işğalçı idi
2026-10-28
Azərbaycan-Niderland əlaqələrində yeni səhifə açılır? - Deputat açıqladı
2026-10-28
Mədəniyyətlərarası dialoq – ortaq gələcəyə aparan yol
2026-10-28
Suverenliyin yeni mərhələsi və milli dövlətçiliyin ideoloji əsasları
2026-10-28
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın inkişaf hədəfləri
2026-10-28
İslam dünyasında yeni mərhələ - Bakının mövqeyi güclənir
2026-10-27
Yeni Azərbaycan Partiyasının yaranması müstəqil dövlətçiliyimizin möhkəmlənməsində tarixi mərhələdir
2026-10-27
Prezident İlham Əliyevin proqram xarakterli nitqi davamlı inkişafın əsas yol xəritəsidir
2026-10-27
Dövlətçilik ənənələri və milli həmrəylik Azərbaycanın inkişaf yolunu müəyyənləşdirir
2026-10-27
Qubadlının tarixi yaddaşı və dirçəliş salnaməsi
2026-10-24
Qubadlıda yeni həyatın qurulması Böyük Qayıdışın mühüm səhifəsidir
2026-10-24