Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr Zəfər Günü münasibətilə şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması məqsədilə ümumrayon ağacəkmə aksiyası keçirilib.
Aksiyada Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də rayon ictimaiyyətinin üzvləri iştirak ediblər.
Tədbirdə Salyan Rayon Mərkəzi Xəstəxanasının direktoru Təranə Axundova və xəstəxananın kollektivi də fəal iştirak ediblər.
Ələt Astara İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində keçirilən aksiyada müxtəlif növ ağac tingləri və dekorativ kol bitkiləri əkilib.
Qeyd edək ki, belə aksiyalar həm şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi, həm də gələcək nəsillərə daha yaşıl və sağlam ətraf mühitin bəxş edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.





