Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Sülh, təhlükəsizlik və əməkdaşlıq
SİYASƏT
Ədalətli mövqe və sülhə aparan yol
SİYASƏT
Azərbaycan beynəlxalq əməkdaşlığın etibarlı tərəfdaşıdır
SİYASƏT
Azərbaycanın mədəni irsi və milli dəyərlərimizə sadiqliyi
SİYASƏT
Günay Ağamalı: Azərbaycan-Niderland münasibətləri yeni əməkdaşlıq imkanları yaradır – ŞƏRH
SİYASƏT
Günay Ağamalı: Azərbaycan beynəlxalq tərəfdaşlarına etibarlılığını göstərib
SİYASƏT
"Qubadlı tarixi Zəfərimizin, milli qürurumuzun və Böyük Qayıdışın məkanı"
SİYASƏT
Ermənistan quldurlaşmış işğalçı idi

8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı

2026-11-06 10:03:05 18 baxış
Xəbər şəkil

Noyabrın 8-i bu yaddaşın təqvimdəki ən parlaq günüdür2020-ci ildə həmin tarixdə şəhərin işğaldan çıxarılması xəbəri ölkənin hər evində eyni sevinc dalğası yaratdı və 8 Noyabr Şuşa şəhəri günü kimi rəsmən qeyd olunmağa başladı. Ordumuzun cəsur və peşəkar hərbi qulluqçuları şəhərə sıldırım qayalardan qalxaraq, əlbəyaxa döyüşlə Şuşanı düşməndən təmizlədi. Şəhərin işğaldan azad olunmasından sonra düşmən artıq Azərbaycan Ordusunun qarşısındakı acizliyini etiraf edərək noyabrın 10-da üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Bununla da Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ tamamilə işğaldan azad edildi.
Şuşanın əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Əvvəlcə Pənahabad adlandırılan şəhər sonralar Şuşa adı ilə tanınmış, qısa müddətdə Qarabağ xanlığının mühüm siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Dəniz səviyyəsindən təxminən 1400–1600 metr yüksəklikdə, əzəmətli qayalar üzərində yerləşməsi Şuşaya xüsusi gözəllik və strateji üstünlük qazandırmışdır. Təbii müdafiə imkanları, sıldırım qayaları, saf havası, mülayim iqlimi və əsrarəngiz mənzərələri bu şəhəri digər yaşayış məntəqələrindən fərqləndirmişdir. Şuşanın qeyri-adiliyi yalnız coğrafi mövqeyində deyil, həm də onun yaratdığı böyük mənəvi və mədəni dəyərlərdədir. Lakin Şuşanın tarixi yalnız mədəni yüksəliş və gözəlliklərdən ibarət deyil. Bu şəhər eyni zamanda ağır sınaqlardan, müharibələrdən və işğal ağrısından keçmişdir. 1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu hadisə Azərbaycan xalqının yaddaşında böyük faciə kimi qaldı. Şuşanın işğalı ilə yalnız bir şəhər deyil, milli-mədəni irsimizin mühüm bir parçası, tarixi abidələrimiz, müqəddəs məkanlarımız və mənəvi sərvətlərimiz də ağır zərbə aldı. Uzun illər ərzində şəhərdəki tarixi abidələr dağıntılara məruz qaldı, mədəni irsimizin bir çox nümunələri təhlükə altına düşdü. Şuşanın işğalı Azərbaycan xalqının qəlbində sağalmaz bir yara açsa da, bu yara heç vaxt milli iradəmizi sarsıda bilmədi. Əksinə, Şuşaya qayıdış arzusu xalqımızın birliyini, mübarizə əzmini və Vətən sevgisini daha da gücləndirdi. Azərbaycan dövləti bütün bu illər ərzində torpaqlarımızın azad olunmasını əsas milli məqsədlərdən biri kimi müəyyənləşdirdi. Ordumuzun gücləndirilməsi, ölkəmizin iqtisadi qüdrətinin artırılması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi gələcək Zəfərin əsasını təşkil etdi.
2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Bu müharibənin ən mürəkkəb və taleyüklü mərhələlərindən biri isə Şuşa uğrunda döyüşlər oldu. Şuşanın coğrafi mövqeyi, sıldırım qayalarla əhatə olunması və mürəkkəb relyefi onun azad edilməsini olduqca çətinləşdirirdi. Lakin Azərbaycan əsgərinin Vətən sevgisi, cəsarəti, peşəkarlığı və sarsılmaz iradəsi bütün çətinliklərə qalib gəldi.
Şuşa əməliyyatı hərb tariximizdə özünəməxsus yer tutur. Azərbaycan hərbçiləri ağır relyef şəraitində, piyada şəkildə, mürəkkəb döyüş tapşırıqlarını yerinə yetirərək şəhərə daxil oldular. Bu döyüşlərdə əsgərlərimizin göstərdiyi şücaət, fədakarlıq və qəhrəmanlıq əsl igidlik nümunəsinə çevrildi. Şuşanın azad olunması yalnız hərbi uğur deyil, həm də Azərbaycan xalqının milli qürurunun, tarixi yaddaşının və sarsılmaz iradəsinin təntənəsi idi.
2020-ci il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Bu xəbər bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Həmin gün Azərbaycan tarixində əbədi olaraq Zəfər günü kimi yadda qaldı. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll edən mühüm hadisələrdən biri olmaqla yanaşı, xalqımızın illərlə qəlbində yaşatdığı qayıdış arzusunu gerçəkləşdirdi.
Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa - Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb.İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir.
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamında vurğulanır ki, şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.
Prezident İlham Əliyev Şuşaya hər səfərində qədim şəhərimizin yenidən qurulması, bərpa edilməsi istiqamətində aparılan işlərlə tanış olmuş, bu tarixi Azərbaycan torpağının əvvəlki şöhrətinin, simasının özünə qaytarılması üçün xüsusi tapşırıq və tövsiyələrini vermişdir. 
Bu gün Şuşa və bütün Qarabağ özünün intibah dövrünü yaşayır. Şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin, məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır. Dövlətçilik tariximizdə xüsusi yeri olan qədim torpağımız, baş tacımız, Qarabağ xanlığının mərkəzi olan Şuşa da dirçəldilir. Tarixiliklə müasirliyin vəhdətində tikilərək bərpa edilən Şuşa yenidən mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edəcək.

             Qalib İbrahimov,
Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçisi

Oxşar xəbərlər

Xəbər lenti
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-11-01
Sülh, təhlükəsizlik və əməkdaşlıq
2026-10-29

2026-10-28