Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
“Uşaq hüquqları aylığı” çərçivəsində Salyan rayonunda uşaqların sağlamlığının qorunması və tibbi müayinədən keçirilməsi məqsədilə maarifləndirici tibbi aksiya təşkil olunub.
Salyan Rayon Mərkəzi Xəstəxanasının rəhbəri Təranə Axundovanın təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində uşaqların sağlamlıq vəziyyəti yoxlanılıb, onların fiziki inkişafı və sağlamlığı ilə bağlı müayinələr aparılıb, valideynlərə müvafiq tövsiyələr verilib.
Uşaqların sağlamlığının qorunması yalnız tibbi məsələ deyil, həm də cəmiyyətin və dövlətin gələcəyinə yönəlmiş mühüm sosial məsuliyyətdir. Vaxtında aparılan tibbi müayinələr mümkün sağlamlıq problemlərinin erkən aşkarlanmasına, onların qarşısının alınmasına və zəruri hallarda vaxtında müalicəsinə imkan yaradır.
Unutmamalıyıq ki, sağlam böyüyən hər bir uşaq sabahın sağlam cəmiyyətinin, güclü dövlətinin təməlidir. Uşaqların hüquqlarının qorunması, onların sağlam, təhlükəsiz və qayğı ilə əhatə olunan mühitdə böyüməsi hər birimizin üzərinə düşən mənəvi və ictimai vəzifədir.
Sağlam uşaqlar sağlam ailə, sağlam cəmiyyət və parlaq gələcək deməkdir!






