Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Zirvə Gənclərin İnkişaf Klubunun təşkilatçılığı ilə keçirilən və 2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
Tədbirdə çıxış edən Günay Ağamalı ölkəmizdə həyata keçirilən gənclər siyasətinin strateji əhəmiyyətindən danışaraq, Azərbaycan gəncliyinin dövlətimizin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında və gələcəyin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Günay Ağamalı qeyd edib ki, savadlı, təşəbbüskar və vətənpərvər gənclər cəmiyyətin dayanıqlı inkişafının əsas təminatıdır.
Deputat bildirib ki, gənclərin hərtərəfli inkişafı, onların bilik və bacarıqlarının artırılması, beynəlxalq arenada uğur qazanması üçün yaradılan geniş imkanlar Möhtərəm Cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. Bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü gənclər siyasəti məhz dövlət başçısının müəyyən etdiyi strateji kursun nəticəsi olaraq gənclərin potensialının üzə çıxarılmasına və onların cəmiyyətdə fəal iştirakına mühüm töhfə verir.
Günay Ağamalı ictimai fəallığın artırılmasının, könüllülük hərəkatının və yeni ideyaların dəstəklənməsinin vacibliyini diqqətə çatdırıb.
Görüş səmimi müzakirələr və xatirə şəkilləri ilə yadda qalıb. Belə görüşlərin keçirilməsi gələcəyin daha güclü, savadlı və məsuliyyətli gənclərinin formalaşmasına mühüm töhfə verir.






