Milli Məclisin deputatı Günay Ağamalı :Leyla xanım Əliyevanı təbrik edib
Hörmətli Leyla xanım Əliyeva!
Sizin xeyirxah və vətənpərvər fəaliyyətiniz, ictimai təşəbbüslərdə göstərdiyiniz yüksək məsuliyyət, mədəni-humanitar sahədə gənclərimizin inkişafına verdiyiniz töhfələr, xüsusi qayğıya ehtiyacı olan insanlara göstərdiyiniz qayğı və diqqət cəmiyyətimiz tərəfindən daim yüksək dəyərləndirilir.
Siz həm nəcib insani keyfiyyətləriniz, həm də ictimai fəaliyyətinizlə Azərbaycan xanımına xas bütün keyfiyyətləri özündə birləşdirən nümunəsiz.
Dəyərli Leyla xanım,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, dövlətimizə və xalqımıza xidmət yolunda uğurlar diləyirəm.
Dərin hörmətlə,
Günay Ağamalı
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri
03 iyul 2026-cı il
