Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu

TƏBİB robotik cərrahiyyə xidmətlərinin tətbiqinə hazırlaşır 

2026-01-01 03:46:51 7030 baxış
Xəbər şəkil

Tibb müəssisələrində səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, innovativ tibbi həllərin tətbiqi, ən son tibbi texnologiyaların və cərrahi xidmətlərin ölkə səhiyyəsinə qazandırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir.

Yeni dövr səhiyyəsində daha bir uğurlu prosesə başlanılıb. Qarşıya qoyulan strateji hədəflərə uyğun olaraq TƏBİB tabeli tibb müəssisələrində robotik cərrahiyyə xidmətlərinin tətbiqinə hazırlıq məqsədilə yerli mütəxəssislərin beynəlxalq təcrübəsindən yararlanacaq.

Bu məqsədlə Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədov, Ümumi cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov, ümumi cərrahlar Möhsüm Əsgərov və Elvin Tanrıverdi Türkiyənin Acıbadem Universitetinin robotik tədris mərkəzində təşkil olunan robotik cərrahiyyə üzrə ixtisaslaşdırılmış kurslarda iştirak ediblər. Bu kurslarda iştirakçılara robotik cərrahiyyənin nəzəri əsasları, texniki imkanları və klinik tətbiq sahələri üzrə ətraflı məlumat verilib.

“TOUMAI® Endoskopik cərrahi sistem üzrə Console Surgeon (Konsol Cərrahı)” kursunu tamamlayan Eldar Əhmədov və Elşən Qədimov robotun qolları və cərrahi alətlərin yüksək dəqiqliklə idarə olunması, 3D böyüdülmüş görüntü vasitəsilə əməliyyat sahəsinin real vaxtda izlənilməsi, kəsik, tikiş, disseksiya kimi əsas cərrahi manevrlərin icrası üzrə praktiki bacarıqlar əldə edib. Kurs çərçivəsində robotik sistemlərin klinik üstünlükləri, minimal invaziv yanaşmaların effektivliyi və pasiyent təhlükəsizliyinin artırılması istiqamətində beynəlxalq təcrübə qazanılıb. 

Eyni sistem üzrə “Patient Side Assistant (Xəstə Tərəfi Assistent)” kursunu bitirən Möhsüm Əsgərov və Elvin Tanrıverdi isə əməliyyat zamanı xəstənin yanında fəaliyyət göstərərək robotik alətlərin düzgün yerləşdirilməsi və dəyişdirilməsi, texniki proseslərin fasiləsizliyinin təmin olunması, təhlükəsizlik protokollarına riayət edilməsi və cərrahi komanda ilə koordinasiyanın gücləndirilməsi üzrə ixtisaslaşıb. Onlar, həmçinin mümkün texniki risklərin vaxtında qarşısının alınması və əməliyyatın optimal gedişinin təmin edilməsi sahəsində praktiki biliklər qazanıb.

Təlimlər zamanı minimal invaziv yanaşmalar əsasında icra olunan cərrahi əməliyyatların üstünlükləri, o cümlədən daha yüksək dəqiqlik, əməliyyat zamanı və sonrasında risklərin minimuma endirilməsi, fəsadların azalması, pasiyentlərin daha qısa müddətdə bərpası kimi mühüm məqamlar praktiki nümunələrlə izah olunub. 

Təlimlər beynəlxalq sertifikatlı mütəxəssislər tərəfindən aparılıb və müasir tibbi protokollara əsaslanıb. 

Qeyd edək ki, robotik cərrahiyyə ənənəvi açıq və laparoskopik üsullarla müqayisədə cərraha daha geniş görüntü imkanları, yüksək manevr qabiliyyəti və dəqiqlik təqdim etməklə yanaşı, pasiyent məmnunluğunun artmasına və müalicə nəticələrinin yaxşılaşmasına mühüm töhfə verir. 

TƏBİB tərəfindən həyata keçirilən bu cür beynəlxalq təlim və təcrübə proqramları gələcəkdə ölkəmizdə robotik cərrahiyyə xidmətlərinin geniş tətbiqini, tibbi kadrların bilik və bacarıqlarının sistemli şəkildə artırılmasını, qabaqcıl texnologiyaların klinik praktikaya inteqrasiyasını, eləcə də vətəndaşlara daha təhlükəsiz, effektiv və müasir səhiyyə xidmətlərinin göstərilməsini hədəf alır.

Oxşar xəbərlər

Xəbər lenti
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-12
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02

2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01