Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır

2026-09-19 16:28:36 117 baxış
Xəbər şəkil

 

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Uzun illər Ermənistanın işğalı altında qalan torpaqlarımızda şəhər və kəndlərimiz viran qoyuldu, yaşayış məntəqələrinin infrastrukturu dağıdıldı, tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu. Yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salındı, illər boyu öz torpaqlarına qayıtmaq ümidi ilə yaşadı. Xocavənd və Ağdərə də işğalın ağır nəticələrini yaşayan ərazilər sırasında oldu. Bu torpaqlarda həyatın təbii axarı pozuldu, kəndlər və qəsəbələr boşaldı, insanların doğma yurdları ilə bağlılığı yalnız xatirələrdə və yaddaşlarda yaşadı.
Xocavənd və Ağdərə həm də Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini özündə yaşadan ərazilərdir. Xocavənddə yerləşən Azıx və Tağlar mağaraları, qədim yaşayış məskənləri, tarixi və dini abidələr bu torpaqların bəşər tarixində və Azərbaycan mədəniyyətində xüsusi yerini göstərir. Ağdərənin də tarixi yaşayış məntəqələri, dini-mədəni abidələri və təbii sərvətləri bölgənin zəngin irsinin mühüm hissəsini təşkil edir. İşğal illərində həmin irsin bir qismi dağıntıya və baxımsızlığa məruz qaldı. Azərbaycan bu ərazilərdə suverenliyini bərpa etdikdən sonra tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması da qarşıda duran əsas vəzifələrdən birinə çevrildi.
2020-ci ildə əldə olunan tarixi Zəfər bu torpaqların azadlığına gedən yolu açdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası təmin edildi. Bununla Xocavənd və Ağdərədə də yeni dövr başladı. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların qayıdışı, yaşayış məntəqələrinin yenidən qurulması və bölgənin hərtərəfli inkişafı üçün geniş imkanlar yarandı.
Bu gün həmin imkanlar Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı quruculuq işlərində özünü göstərir. Xocavənddə artıq yüzlərlə ailə doğma torpaqlarına qayıdaraq burada yeni həyata başlayıb. Xocavənd şəhərində 413 ailə, 1 614 nəfər, Xocavənd kəndində 78 ailə, 319 nəfər, Xanoba kəndində 39 ailə, 177 nəfər, Qırmızı Bazar qəsəbəsində 213 ailə, 909 nəfər, Sos kəndində 85 ailə, 360 nəfər, Güneyxırman kəndində 39 ailə, 175 nəfər, Quzeyxırman kəndində 39 ailə, 169 nəfər, Hadrut qəsəbəsində isə 82 ailə, 347 nəfər məskunlaşıb. Ümumilikdə Xocavəndin şəhər, kənd və qəsəbələrində 988 ailənin, 4 070 nəfərin məskunlaşması təmin olunub. Bu göstəricilər Böyük Qayıdışın artıq real nəticələr doğuran genişmiqyaslı prosesə çevrildiyini nümayiş etdirir.
Xocavənddə yeni yaşayış məhəllələrinin salınması, fərdi evlərin tikilməsi, yolların və kommunikasiya xətlərinin yaradılması ilə yanaşı, sosial infrastrukturun formalaşdırılmasına da xüsusi diqqət yetirilir. Hadrut qəsəbəsində aparılan bərpa işləri, məscidin yenidən istifadəyə verilməsi, Qırmızı Bazar və Sosda həyata keçirilən layihələr əhalinin rahat və təhlükəsiz yaşayışı üçün müasir şəraitin yaradılmasına xidmət edir. Prezident İlham Əliyevin Xocavəndə səfərləri zamanı Hadrut, Sos və Qırmızı Bazarda görülən işlərlə tanış olması, sakinlərlə görüşməsi də bu prosesin dövlət səviyyəsində diqqət mərkəzində saxlanıldığını göstərir.
Ağdərədə də yeni həyatın qurulması istiqamətində mühüm addımlar atılır. İşğal dövründə ciddi zərər görmüş yaşayış məntəqələrində evlərin və infrastrukturun bərpası, sosial obyektlərin yaradılması və insanların qayıdışı üçün şəraitin formalaşdırılması davam etdirilir. Vəngli və Kolatağda aparılan bərpa işləri, Suqovuşanda yaradılan yaşayış və sosial infrastruktur, digər ərazilərdə həyata keçirilən layihələr Ağdərənin yenidən inkişaf yoluna qədəm qoyduğunu göstərir.
Bölgənin gələcək inkişafında iqtisadi potensialın bərpası da mühüm yer tutur. Xocavənd və Ağdərənin kənd təsərrüfatı, turizm və təbii ehtiyatlar baxımından imkanlarının yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi yeni fəaliyyət sahələrinin və məşğulluq imkanlarının yaranmasına şərait yaradır. Ağdərədə həyata keçirilən iqtisadi layihələr isə ərazinin mövcud potensialının ölkənin ümumi inkişafına cəlb olunmasına imkan verir.
Bütün bunlarla yanaşı, Böyük Qayıdış yalnız insanların doğma yurdlarına köçürülməsi deyil, həmin torpaqlarda həyatın bütün sahələrinin yenidən canlandırılması deməkdir. Şəhər və kəndlərin müasir standartlar əsasında qurulması, tarixi-mədəni irsin bərpası, sosial və iqtisadi imkanların genişləndirilməsi Xocavənd və Ağdərənin gələcək inkişafının əsas istiqamətlərini təşkil edir. Vaxtilə insanların yalnız xatirələrində yaşatdığı doğma yurdlar bu gün yenidən yaşayış məkanına çevrilir.
20 Sentyabr –Xocavənd və Ağdərə şəhərləri Günü də məhz bu baxımdan xüsusi məna daşıyır. Bu tarix keçmişin ağrılı səhifələrini xatırlatmaqla yanaşı, azad edilmiş torpaqlarda qurulan yeni həyatın, Böyük Qayıdışın və genişmiqyaslı quruculuq prosesinin rəmzinə çevrilib. Xocavənd və Ağdərədə insanların doğma torpaqlarına qayıtması, yeni evlərdə məskunlaşması və bu ərazilərin yenidən inkişaf yoluna qədəm qoyması Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının real nəticələrini nümayiş etdirir.

Könül Qəfərova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı 





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19