Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır
SİYASƏT
Qarabağda yenidənqurma həqiqətləri və İrəvanın dözümsüzlük nümayişi
SİYASƏT
ERMƏNİSTAN PARLAMENTİ SƏDRİNİN YOLVERİLMƏZ MÖVQEYİ — ŞƏRH
SİYASƏT
TARİXİ SAXTALAŞDIRMAQLA HƏQİQƏTİ DƏYİŞMƏK MÜMKÜN DEYİL ŞƏRH
SİYASƏT
Qərbi Azərbaycanda silinməyə çalışılan tarix bizim yaddaşımızdır
SİYASƏT
Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi tariximizin silinməz izlərindən biridir.
SİYASƏT
Azərbaycanın suveren ərazilərinə səfərlər Ermənistanın daxili işi deyil
SİYASƏT
Ermənistan Qərbi Azərbaycanda əsl barbarlıq nümunəsi sərgiləyib"
SİYASƏT
Salyanda “Sülh-Sabaha aparan yol” adlı tədbir keçirilmişdir.
SİYASƏT
Ermənistan ictimaiyyətinə sual: “Yerli sakinlər haradadır?”

Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü

2026-09-18 15:41:02 62 baxış
Xəbər şəkil

Hər bir dövlətin mövcudluğunun və davamlı inkişafının başlıca şərtlərindən biri onun suverenliyidir. Suverenlik xalqın öz taleyini sərbəst müəyyən etmək, dövlət idarəçiliyini müstəqil həyata keçirmək, ərazi bütövlüyünü və milli maraqlarını qorumaq hüququnu ifadə edir. Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində bu dəyərlər daim mühüm yer tutub. 
2020- ci ildə 44 günlük müharibədə işğalçı Ermənistan üzərindəki tarixi Qələbəmizdən  sonra, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun  Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi 23 saatlıq lokal –antiterror əməliyyatı  Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması və həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi ilə nəticələndi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.
2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın dövlət sərhədləri üzərində suveren hüquqlarının təmin olunması baxımından mühüm addım oldu. Bu addım Azərbaycanın öz ərazisində sərhəd nəzarətini və təhlükəsizliyi təmin etmək iradəsini nümayiş etdirdi. Lakin dövlət suverenliyinin tam bərpası üçün həlledici mərhələ hələ qarşıda idi.
Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı zəfərlər  sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Məhz Ali Baş Komandan, Azərbaycan Prezidenti  İlham Əliyev 2024-cü il sentyabrın 19-da  Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, biz bir xalq və dövlət kimi güclük,  sarsılmazıq.
Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. 20 Sentyabr Suverenlik Günü- bu bizim tarixi haqqımız idi və qazandıq. Ancaq neçə-neçə igid oğullarımızın şəhadəti və fədakarlığı sayəsində… Ona görə də bu tarix bizim üçün həmişə müqəddəs və əzizdir.
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi təsbit edildi. Bu tarix Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunmasının rəmzi kimi milli yaddaşımıza daxil oldu.Dövlət Suverenliyi Gününün təsis edilməsi tarixi hadisənin əbədiləşdirilməsi ilə yanaşı, gələcək nəsillərə müstəqilliyin və suverenliyin qorunmasının dövlətçilik baxımından əhəmiyyətini çatdırmaq məqsədi daşıyır.
Prezident İlham Əliyev ötən il dekabrın 28-də “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncam imzaladı. Bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusilə müasir Azərbaycanın dövlətçilik tarixində olduqca əhəmiyyətlidir və xüsusi yeri var. Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Çünki digər dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən dövlətlərlə əməkdaşlıq edir, onu tanıyır, əlaqələr qurur, ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır.
Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyəti 2026-cı ildə Bakı Metropoliteninin yeni stansiyasına “20 Sentyabr” adının verilməsi ilə daha bir rəmzi ifadəsini tapdı. Bu ad 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması ilə əlaqədar seçilib.Tarixi hadisələrin şəhər mühitində, məkan və adlarda yaşadılması milli yaddaşın qorunmasının mühüm formasıdır. “20 Sentyabr” adı da Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən birini gələcək nəsillərə daşıyan rəmzlərdən biridir.
Dövlətimiz ildən-ilə güclənərək, inkişafının yüksək tərəqqi ilə xarakterizə olunan, keyfiyyətcə yeni dövrünü yaşayır. Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki təkcə Azərbaycanın, eyni zamanda, ümumilikdə, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq proqramı həyata keçirilir, bərpa və yenidənqurma işləri sürətlə və planlı şəkildə davam etdirilir, müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. İşğal illərində tamamilə viran qoyulmuş kənd, qəsəbə və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Həyata keçirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.

Rüstəmov Ülvi ,
Salyan rayonu, Vətən müharibəsi iştirakçısı,böyük leytenant

Oxşar xəbərlər

Xəbər lenti
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
2026-09-17
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
2026-09-17
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
2026-09-17
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
2026-09-17
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-09-17
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
2026-09-17
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
2026-09-17
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
2026-09-17
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır
2026-09-17
Qarabağda yenidənqurma həqiqətləri və İrəvanın dözümsüzlük nümayişi
2026-09-17
ERMƏNİSTAN PARLAMENTİ SƏDRİNİN YOLVERİLMƏZ MÖVQEYİ — ŞƏRH
2026-09-16