Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır
SİYASƏT
Qarabağda yenidənqurma həqiqətləri və İrəvanın dözümsüzlük nümayişi
SİYASƏT
ERMƏNİSTAN PARLAMENTİ SƏDRİNİN YOLVERİLMƏZ MÖVQEYİ — ŞƏRH
SİYASƏT
TARİXİ SAXTALAŞDIRMAQLA HƏQİQƏTİ DƏYİŞMƏK MÜMKÜN DEYİL ŞƏRH
SİYASƏT
Qərbi Azərbaycanda silinməyə çalışılan tarix bizim yaddaşımızdır
SİYASƏT
Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi tariximizin silinməz izlərindən biridir.
SİYASƏT
Azərbaycanın suveren ərazilərinə səfərlər Ermənistanın daxili işi deyil
SİYASƏT
Ermənistan Qərbi Azərbaycanda əsl barbarlıq nümunəsi sərgiləyib"
SİYASƏT
Salyanda “Sülh-Sabaha aparan yol” adlı tədbir keçirilmişdir.
SİYASƏT
Ermənistan ictimaiyyətinə sual: “Yerli sakinlər haradadır?”

Ədalət bərpa olundu

2026-09-18 15:50:48 38 baxış
Xəbər şəkil

Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il  tarixli Sərəncamı ilə 20 Sentyabr  Dövlət Suverenliyi Günü kimi təsis edildi. Hər bir bayram, tarixi  gün keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Ermənistan 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü il sentyabrın 19-da rəşadətli ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbətliyi ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başladı.  Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində  Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Cənab İlham Əliyevin vurğuladığı kimi, əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər  bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.
Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının əbədiləşdirilməsi, indiki və gələcək nəsillərə çatdırılması istiqamətində atılan addımlar sırasında azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsini xüsusi qeyd etməliyik. Cənab İlham Əliyevin suverenliyimizin tam bərpasından sonra imzaladığı sərəncamlardan biri məhz 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü  elan edilməsidir. Şəhər günləri Böyük Qayıdış Proqramı çərçivəsində hər bir şəhər, rayon, kənd və qəsəbədə görülən bərpa-quruculuq işlərinin, soydaşlarımızın bu torpaqlara mərhələli qayıdışının təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü son üç ildə görülən işlərin miqyasının genişliyi fonunda böyük sevinc və qürur hissi ilə qeyd edilir. Son üç ilin qürurverici, tariximizə qızıl hərflərlə yazılan hadisəsi müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi oldu. 2024-cü ilin 7 fevral tarixində keçirilən prezident seçkiləri yeni dövrün ən mühüm hadisəsi, başlanğıcı oldu. Dövlət başçısı İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdilər. Cənab İlham Əliyev prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində bir daha bu çağırışı etdi ki, yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq,  buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan  həmişə hədəfimiz olub.
İşğaldan azad edilmiş ərazilərimiz Azərbaycanın təkmil dirçəliş modelini dünyaya təqdim edirlər. Qısa müddətdə ölçüyəgəlməz işlərin görülməsi özündə mühüm məqamları ehtiva edir. Bu torpaqların sahibi bizik və burada daimi olacağıq. Dövlətimizin başçısı İlham Əliyevin  xalqa bütün müraciətlərində, azad edilmiş ərazilərə səfərləri zamanı bu torpaqlara qayıdan  sakinlərlə görüşlərində bu çağırış xüsusi yer tutur: “Uzun illər əzab-əziyyət içində yaşamısınız. Köçkün həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız. Əminəm ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan qovacağıq”.

Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri

Oxşar xəbərlər

Xəbər lenti
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
2026-09-17
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
2026-09-17
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
2026-09-17
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
2026-09-17
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-09-17
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
2026-09-17
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
2026-09-17
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
2026-09-17
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır
2026-09-17
Qarabağda yenidənqurma həqiqətləri və İrəvanın dözümsüzlük nümayişi
2026-09-17
ERMƏNİSTAN PARLAMENTİ SƏDRİNİN YOLVERİLMƏZ MÖVQEYİ — ŞƏRH
2026-09-16