Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
SİYASƏT
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
SİYASƏT
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
SİYASƏT
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır
SİYASƏT
Qarabağda yenidənqurma həqiqətləri və İrəvanın dözümsüzlük nümayişi
SİYASƏT
ERMƏNİSTAN PARLAMENTİ SƏDRİNİN YOLVERİLMƏZ MÖVQEYİ — ŞƏRH
SİYASƏT
TARİXİ SAXTALAŞDIRMAQLA HƏQİQƏTİ DƏYİŞMƏK MÜMKÜN DEYİL ŞƏRH
SİYASƏT
Qərbi Azərbaycanda silinməyə çalışılan tarix bizim yaddaşımızdır
SİYASƏT
Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi tariximizin silinməz izlərindən biridir.
SİYASƏT
Azərbaycanın suveren ərazilərinə səfərlər Ermənistanın daxili işi deyil
SİYASƏT
Ermənistan Qərbi Azərbaycanda əsl barbarlıq nümunəsi sərgiləyib"
SİYASƏT
Salyanda “Sülh-Sabaha aparan yol” adlı tədbir keçirilmişdir.
SİYASƏT
Ermənistan ictimaiyyətinə sual: “Yerli sakinlər haradadır?”
SİYASƏT
Mədəni irsimiz xalqımızın tarixi yaddaşıdır
SİYASƏT
Sülh gündəliyinə uyğun gəlməyən mövqelər
SİYASƏT
Qarabağ reallığı erməni revanşizmini narahat edir
SİYASƏT
Qarabağda bərpa prosesi və Ermənistanın uğursuz kampaniyası
SİYASƏT
Biləsuvarda 15 sentyabr–Bilik günü tədbirləri keçirilib.
SİYASƏT
XXI əsrin müəllimi necə olmalıdır?
CƏMİYYƏT
Tənzilə Rüstəmxanlı: “Şəhidin adını kiçildəcək işlərə əl atmamaq, bundan çəkinmək lazımdır”
SİYASƏT
Prezident İlham Əliyevdən Tarixi Qərar: Əziz Səncərə "Şöhrət" Ordeni və Bütöv Türk Kimliyinə Təltif
SİYASƏT
Sülh ərəfəsində İrəvandan Bakıya yeni hücum - “İnsan hüquqları” kartının arxasında nələr dayanır?
SİYASƏT
Deputat:Heydər Əliyev İrsi və Zəfər Tariximiz: Babək Rayon YAP Təşkilatının Konfransı

Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi

2026-09-17 18:58:07 22 baxış
Xəbər şəkil

 

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Azərbaycan həm Türk dünyasının ayrılmaz parçasıdır, həm də Qafqazın mühüm dövlətidir:
Prezident İlham Əliyev çıxışında Türk dünyası ilə Qafqaz coğrafiyasının tarixi və siyasi-mədəni əlaqələrinə diqqət çəkərək Azərbaycanın bu iki məkan arasında mühüm birləşdirici rolunu xüsusi qeyd etdi. TDT-yə üzv olan yeganə Qafqaz ölkəsi kimi Azərbaycanın mövqeyi Türk dünyası ilə Qafqaz arasında əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Bakıda Türk dünyasının, Şimali Qafqazın, Gürcüstanın və digər müsəlman ölkələrinin dini liderlərinin bir araya gəlməsi də məhz həmin tarixi və mənəvi bağların müasir müstəvidə davamıdır. Belə görüşlər yalnız dini məsələlərin müzakirə edildiyi platformalar deyil. Bunlar həm də sülhün, qarşılıqlı hörmətin, humanizmin və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm imkanlardır. Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələr isə artıq konkret əməli fəaliyyətlərlə müşayiət olunur. Ölkəmiz uzun illərdir İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif təşəbbüslərlə çıxış edir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu baxımdan mühüm hadisə idi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan həmin Oyunlara yalnız idman yarışı kimi deyil, böyük birlik bayramı kimi yanaşırdı. Qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda keçirilməsi də ölkəmizin İslam dünyasında fəal və birləşdirici rolunun daha bir göstəricisidir.
Prezident İlham Əliyev konfrans iştirakçıları ilə görüşündə işğal dövründə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb. 65 məscidin Ermənistan dövləti tərəfindən tam dağıdıldığını, bəzilərinin yarıdağılmış vəziyyətdə olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq”.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər məqam Azərbaycanla Ermənistan arasında sülh perspektivi ilə tarixi yaddaşın bir-birinə qarşı qoyulmamasıdır. Dövlət başçısı müharibənin dayandığını, sülh prosesinin getdiyini və Azərbaycanın sülhün uzunmüddətli olmasında maraqlı olduğunu bildirir. Bununla yanaşı, Xocalı faciəsinin, dağıdılmış məscidlərin və milli-mədəni irsə vurulmuş zərərin unudulmayacağını vurğulayır. Sözsüz ki, Azərbaycan sülh tərəfdarı olsa da, xalq öz keçmişini unutmayacaq. Bu yaddaş revanşist siyasət üçün deyil, gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün bir xəbərdarlıq və təhlükəsizlik mexanizmidir. Dövlət başçısının sözləri ilə desək, məhz bu yaddaş Azərbaycanın ayıq olmasına və “şirin sözlərə” aldanmamasına xidmət etməlidir. Azərbaycan bu gün sülh tərəfdarıdır. Ermənistanla münasibətlərin normallaşdırılmasını və regionda davamlı sülhün bərqərar olmasını istəyir. Lakin sülh keçmişi unutmaq demək deyil.
Xocalı soyqırımı, dağıdılmış şəhər və kəndlərimiz, məhv edilmiş məscidlərimiz, doğma torpaqlarından didərgin salınmış insanlar xalqımızın yaddaşında daim yaşayacaq. Azərbaycan öz tarixini və dəyərlərini qoruyaraq gələcəyə doğru gedir. Biz Zəfərimizi unutmuruq, itkilərimizi unutmuruq, amma eyni zamanda sülh və əməkdaşlıq üçün yeni səhifə açmağa çalışırıq. Əsas məqsəd isə bölgədə davamlı sülhün, sabitliyin və qarşılıqlı hörmətin təmin edilməsidir
Dövlətimiz üçün əsas çağırış bundan sonra əldə edilmiş nəticələri qorumaq, Qarabağda davamlı həyatı təmin etmək və Ermənistanla münasibətlərdə sülhü möhkəmləndirməkdir. Bununla yanaşı, milli yaddaşın qorunması gələcək nəsillərə 30 illik işğalın nə demək olduğunu anlatmaq baxımından da strateji əhəmiyyət daşıyır.

Əliağa Mustafayev,
Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü





Oxşar xəbərlər


Xəbər lenti
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
2026-09-17
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
2026-09-17
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
2026-09-17
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
2026-09-17
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-09-17
Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
2026-09-17
Səmil Şahlar oğlu yazır:Qərbi Azərbaycanın silinməyən izi: Tarixə müdaxilə etmək mümkün deyil
2026-09-17
Tarixi həqiqətlər və quruculuq Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir
2026-09-17
İslam həmrəyliyi və mədəni irs birliyimizin mühüm dayaqlarıdır
2026-09-17
Qarabağda yenidənqurma həqiqətləri və İrəvanın dözümsüzlük nümayişi
2026-09-17
ERMƏNİSTAN PARLAMENTİ SƏDRİNİN YOLVERİLMƏZ MÖVQEYİ — ŞƏRH
2026-09-16
TARİXİ SAXTALAŞDIRMAQLA HƏQİQƏTİ DƏYİŞMƏK MÜMKÜN DEYİL ŞƏRH
2026-09-16
Qərbi Azərbaycanda silinməyə çalışılan tarix bizim yaddaşımızdır
2026-09-16
Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi tariximizin silinməz izlərindən biridir.
2026-09-16
Azərbaycanın suveren ərazilərinə səfərlər Ermənistanın daxili işi deyil
2026-09-16
Ermənistan Qərbi Azərbaycanda əsl barbarlıq nümunəsi sərgiləyib"
2026-09-16
Salyanda “Sülh-Sabaha aparan yol” adlı tədbir keçirilmişdir.
2026-09-16
Ermənistan ictimaiyyətinə sual: “Yerli sakinlər haradadır?”
2026-09-16
Mədəni irsimiz xalqımızın tarixi yaddaşıdır
2026-09-16
Sülh gündəliyinə uyğun gəlməyən mövqelər
2026-09-16
Qarabağ reallığı erməni revanşizmini narahat edir
2026-09-16
Qarabağda bərpa prosesi və Ermənistanın uğursuz kampaniyası
2026-09-15
Biləsuvarda 15 sentyabr–Bilik günü tədbirləri keçirilib.
2026-09-15
XXI əsrin müəllimi necə olmalıdır?
2026-09-11
Tənzilə Rüstəmxanlı: “Şəhidin adını kiçildəcək işlərə əl atmamaq, bundan çəkinmək lazımdır”
2026-09-08
“Sülh Aylığı” çərçivəsində Salyan rayonunda silsilə tədbirlər davam etdirilir. 
2026-09-08
Salyanda sakinlərlə növbəti səyyar görüş keçirildi.
2026-09-08
Prezident İlham Əliyevdən Tarixi Qərar: Əziz Səncərə "Şöhrət" Ordeni və Bütöv Türk Kimliyinə Təltif
2026-09-08