Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.
SİYASƏT
Salyan səhiyyə işçiləri sağlamlığın qorunması naminə qripə qarşı peyvənd olundular
SİYASƏT
Azərbaycan-Böyük Britaniya əlaqələrində təhsil və innovasiya əməkdaşlığının yeni üfüqləri
SİYASƏT
Azərbaycan və Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

İranda baş qaldıran həqiqət: Zülmün, saxta dindarlığın və susqunluğun sonu

2026-01-14 20:41:56 301 baxış
Xəbər şəkil

 

İranda baş verən proseslər bu gün təkcə regionu deyil, hər bir azərbaycanlını dərindən düşündürür. Çünki bu ölkədə milyonlarla soydaşımız – Azərbaycan türkləri yaşayır.

Onlar onilliklərdir öz ana dilində təhsil hüququndan məhrum edilib, nə bir türk orta məktəbi, nə də ali təhsil ocağına sahib olublar.

Milli kimlikləri sistemli şəkildə inkar olunub, mədəni haqları tapdalanıb. Bu, təkcə bir xalqın deyil, bütövlükdə insan hüquqlarının açıq-aşkar pozulmasıdır.

İranın əsasən türklərin və digər qeyri-fars etnik millətlərin yaşadığı bölgələrində sosial vəziyyətin acınacaqlı olması da hamıya məlumdur.

İllərdir həmin ərazilərdə əhalinin ən adi məişət qayğıları belə diqqətdən kənarda qalıb.

İşsizlik, yoxsulluq, infrastrukturun bərbad vəziyyəti, ekoloji fəlakətlər və sosial ədalətsizlik bu insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

Buna baxmayaraq, mərkəzi hakimiyyət bu problemləri həll etmək əvəzinə, onları ya görməzdən gəlib, ya da zorakılıqla susdurmağa çalışıb.

Lakin burada daha dərin və düşündürücü bir məqam var. İllərdir həm dövlətimiz, həm də cəmiyyət olaraq açıq şəkildə bildiririk ki, İran fars-molla rejimi “din” pərdəsi altında region ölkələrinə, o cümlədən Azərbaycana öz agentlərini yerləşdirir.

Bu, təkcə siyasi iddia deyil, faktlara söykənən bir reallıqdır.

Buna baxmayaraq, nədənsə bəzi dindar çevrələr bu həqiqəti qəbul etmək əvəzinə, bu mövqeyi səsləndirənləri “xəyanətkar” damğası ilə suçlamağa üstünlük veriblər.

Onlar illər boyu İranı ideal bir “islam dövləti” kimi təqdim etməyə çalışıblar.

Bu gün isə sual açıqdır:

İran əhalisi onilliklərdir üzləşdiyi zülmə qarşı ayağa qalxdığı halda, niyə həmin çevrələr susur?

Hanı, Ərdəbilin baş mollasına “ağam” deyənlər?

Haradadı, İranın başı mələfəli mollalarının əllərini öpüb, onları müqəddəs sayanlar?

Niyə, bu gün həmin “ideal” hesab edilən sistemin əsl mahiyyəti üzə çıxanda, onların səsi eşidilmir?

Reallıq budur ki, İran heç zaman həqiqi İslam qanunları ilə idarə olunmayıb.

Din bu ölkədə ədalətin, mərhəmətin və haqqın təcəssümü yox, hakimiyyətin qorunması üçün bir alətə çevrilib.

Ziyarətgahlardan və dindar insanların inancından toplanan pullar isə xalqın rifahına deyil, müxtəlif terror qruplaşmalarının maliyyələşdirilməsinə sərf olunub.

Bu, İslamın ruhuna tamamilə zidd olan bir siyasətdir.

Bu gün İranda baş verənlər sadəcə sosial etiraz deyil, illərlə yığılıb qalan qəzəbin, ədalətsizliyə qarşı üsyanın ifadəsidir.

İnsanlar artıq qorxu divarını aşır, saxta dindarlığın, molla faşizminin pərdəsini cırır.

Nəhayət ki, bu rejimin sonunun göründüyü açıq-aydın hiss olunur.

Tarix göstərir ki, zülm üzərində qurulan heç bir sistem əbədi ola bilməz.

İran xalqının – o cümlədən milyonlarla Azərbaycan türkünün haqq səsi gec-tez qalib gələcək.

Bu proseslər bizə bir daha xatırladır: din adı ilə edilən zülm nə İslamdır, nə də insanlıq. Və həqiqət, gec də olsa, mütləq üzə çıxır.

 

Vəhdət Partiyasının Salyan rayon təşkilatının sədri Sahil Rəhimov





Oxşar xəbərlər


Xəbər lenti
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.
2026-11-19
Salyan səhiyyə işçiləri sağlamlığın qorunması naminə qripə qarşı peyvənd olundular
2026-11-18
Azərbaycan-Böyük Britaniya əlaqələrində təhsil və innovasiya əməkdaşlığının yeni üfüqləri
2026-11-17