Şəkidə selin fəsadları aradan qaldırılmır - FOTO
Şəkidə qoruq ərazisindən keçən su arxı sel suları nəticəsində yararsız hala düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə redaksiyamıza sakinlər tərəfindən məlumat verilib.
Onların sözlərinə görə, arxın təmir ediləcəyi deyilsə də, heç bir iş görülmür:
“İki gün əvvəl Şəkiyə sel gəldi. Bu hadisə mövcud problemləri daha da qabarıq göstərdi. İstifadədə olan xətlər çirkabla, zibillə doldu, amma onları bərpa etmədilər. Vəziyyət tək bu küçədə deyil, bir çox mərkəzi küçələrdə belədir. Kanalı təmirdən sonra bu halda saxlayıb gediblər.
Bir qədər irəli getdikdə yeni çəkilən xəttin üstünün də açıldığını görmək olar. Arx, demək olar ki, yararsız haldadır. Üstündən iki gün keçməsinə baxmayaraq, hələ də heç bir tədbir görülməyib”.
Həmin fotoları təqdim edirik: