Millət vəkili Günay Ağamalı “Qarabağ”ın qələbəsi ilə bağlı paylaşım edib
Kanal4.az xəbər verir ki bununla bağlı Milli məclisin deputatı Ana vətən partiyasının Sədr müavini Günay Ağamalı bununla bağlı öz şəxsi facebook hesabında paylaşım eləyib
“Qarabağ” futbol klubunun tarixi uğuru hər birimizi qürurlandırdı! 8 ildən sonra Çempionlar Liqasının əsas mərhələsinə yüksələn qəhrəman komandamız bir daha göstərdi ki, Azərbaycan futbolu güclüdür, əzmlidir və mübarizdir.
“Qarabağ” bu zəfəri ilə təkcə azarkeşlərini deyil, bütün xalqımızı sevindirdi. İnanıram ki, Avropanın nəhəng klubları ilə qarşılaşmalar Azərbaycan idmanının daha da parlamasına, gənc nəslin futbola sevgisinin artmasına böyük töhfə verəcəkdir.
"Qarabağ"ın bu möhtəşəm uğuru xalqımızın Qarabağ Zəfərinin davamı, ruhunun və gücünün meydandakı təntənəsidir. Bu qələbə bir daha göstərdi ki, biz həm döyüş meydanında, həm də idman arenasında Zəfərlər qazanırıq.
Uğurlarınız bol olsun, əziz “Qarabağ”! Fəxrimizsiniz, qələbə yolunuz daim açıq olsun!
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
28 Avqust 2025-ci il.