YAP Salyan rayon təşkilatının regional Poçt şöbəsi ərazi partiya təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının regional Poçt şöbəsi ərazi partiya təşkilatında YAP fəallarıı ilə görüş keçirilib. Görüşdə YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Azərpoçt MMC-nin Salyan Regional şöbəsinin rəis əvəzi Feyzi Məmmədov, rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak edib.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında yaranan Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin siyasi həyatında aparıcı qüvvədir. Partiyamızın sıralarında minlərlə fəal insan bir amal ətrafında birləşərək dövlətimizin inkişafı, xalqımızın rifahı üçün xidmət göstərir. Bildirib ki, Ümummilli Liderimizin əsasını qoyduğu siyasət bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP dövlətçilik ənənələrinin qorunması, milli maraqlarımızın müdafiəsi və ölkəmizin gələcək inkişafı yolunda etibarlı siyasi dayağa çevrilib. Bu gün Azərbaycanın qazandığı bütün nailiyyətlərin arxasında məhz düzgün siyasi xətt və xalq-iqtidar birliyi dayanır. Vurğulayıb ki, hər bir YAP üzvü üzərinə düşən məsuliyyəti dərindən dərk etməli, ölkəmizin güclənməsi, Qarabağ və Şərqi Zəngəzurda böyük qayıdış prosesinin sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi istiqamətində fəal olmalıdır. Partiyamızın gücü xalqımızın etimadında, dövlətimizin rəhbərliyinin düzgün siyasətindədir.
Daha sonra təşkilati məsələlərə baxılıb, Sakit Mustafayev ərazi partiya təşkilatının sədri, Ayna Ağayeva isə sədr müavini seçiliblər.




