image image

Göygöl rayonunda 5 dekabr - Beynəlxalq Könüllülər Gününə  həsr olunmuş tədbir təşkil olunub

image

 

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Evində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, aidiyyəti qurumların nümayəndələri və rayon könüllüləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra könüllülərin fəaliyyətinə həsr olunmuş videoçarx təqdim olunub. 
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tədbir iştirakçılarını “Könüllülər Günü” münasibəti ilə təbrik edərək könüllülük fəaliyyətinin nəcib bir fəaliyyət olduğunu qeyd edib, Respublikada könüllülük fəaliyyətinin yaranma tarixi və “ASAN xidmət” könüllülərinin ölkəmizdə könüllülük hərəkatının geniş vüsət almasındakı rolu, bu istiqamətdə aparılan işlər nəticəsində əldə olunan uğurlar barədə geniş və ətraflı məlumat verib, gənclərə könüllü olmağın onlara verdiyi və verə biləcəyi faydalar barədə tövsiyələrini bildirib.  Eyni zamanda qeyd olunub ki, könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. Könüllülərimiz ölkəmizdə təşkil olunan irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamış, qlobal problemlərə də öz töhfələrini vermişlər.
Tədbirdə çıxış edən könüllülər Azərbaycan xalqının əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatdığını, könüllülüyün insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu format olduğunu vurğulayaraq Göygöl rayonunda təşkil olunan könüllülük fəaliyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonumuzda həyata keçirilən silsilə tədbirlərdə, eyni zamanda cari ildə təşkil olunmuş “Yaylaq” və “Moruq” festivallarında Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin “Aqrar İnkişaf Könüllüləri”, Göygöl Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Göygöl Gənclər Evinin könüllüləri fəal iştirak etmişlər. 
Tədbirin sonunda il ərzində rayonda könüllülük fəaliyyətində fərqlənən bir qrup könüllü Göygöl Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanı ilə təltif olunub. Sonra könüllülərlə xatirə şəkli çəkdirilib.

 

















Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...