image image

Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir

image

 

İcbari tibbi sığortanın tətbiq edildiyi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin baş tibb bacıları üçün Ankara Universitetində “Tibb bacısı xidmətinin inkişafı” mövzusunda keçirilən təlim proqramı başa çatıb. 

 

Təlimdə Respublika Klinik Xəstəxanasının Cərrahi bölmələr üzrə baş tibb bacısı Günel Hacıyeva da iştirak edib.

Təlim proqramının bağlanış mərasimində Türkiyə tərəfindən Ankara Universitetinin rektoru Necdet Ünüvar, Tibb bacıları fakültəsinin dekanı Ayfer Tezel, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Təhsil proyektləri üzrə koordinatoru Mustafa Haşim Polat, Azərbaycan tərəfindən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak ediblər. Qeyd edək ki, Zaur Əliyev və Vüqar Qurbanov tədbirə onlayn şəkildə qoşulublar.

Zaur Əliyev çıxışında bildirib ki, Agentlik tərəfindən tibbi xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədilə xidmətin keyfiyyətini və səmərəliliyini artırmaq istiqamətində mütəmadi tədbirlər görülür: “Tədbirlər əhalinin sağlamlığını qorumaq, sığorta hesabına tibbi xidmətlərin daha geniş əhali kütləsi tərəfindən istifadəsini təmin etmək və vətəndaş məmnunluğuna nail olmaq üçün həyata keçirilir”.

Vüqar Qurbanov tibb sahəsində peşəkar kadrların yetişdirilməsi, onların bilik və bacarıqlarının artırılması, praktiki vərdişlərə yiyələnməsinin önəmini vurğulayıb. O bildirib ki,  sözügedən təlim proqramı çərçivəsində 15 nəfər əməkdaşımız Ankara Universitetinin Tibb bacıları fakültəsinin professorları və təcrübəli mütəxəssisləri tərəfindən teoritik dərslərə cəlb edilib və müvafiq xəstəxanalarda praktiki təlimlərdə iştirak edib.

Qeyd edək ki, təlim Agentlik ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universiteti və TİKA-nın dəstəyi ilə təşkil olunub. Təlim xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib. 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

 

 















Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...