image image

Qubada yaradılan ilk Regional Travmatoloji Mərkəzin bir illik fəaliyyətinə həsr olunan regional müşavirə keçirilib

image

 

Quba Rayon  Mərkəzi Xəstəxanasında ötən il yaradılan ilk Regional Travmatoloji Mərkəzin bir illik fəaliyyətinin qiymətləndirilməsi, mövcud imkanlar və gələcək planlara dair regional müşavirə təşkil olunub.

Tədbirdə TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin İxtisaslı tibbi xidmətin təşkili şöbəsinin müdiri Vüsal Yusifov, İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin mütəxəssisləri, Respublika Klinik Xəstəxanasının travmatoloqları, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon mərkəzi xəstəxanalarının direktorları, şöbə və bölmə müdirləri, o cümlədən travmatoloqları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov konfransın məqsədlərindən, elmi-nəzəri plan və hədəflərindən danışıb, rəhbərlik etdiyi xəstəxanada son illər bu istiqamətdə həyata keçirilən yeniliklər barədə məlumat verib. 

Daha sonra Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətini və travmatoloji mərkəzdə icra olunan əməliyyatları özündə əks etdirən videoçarxlar nümayiş etdirilib. 

TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili şöbəsinin müdiri Vüsal Yusifov ilk Regional Travmatoloji Mərkəzin Quba rayonunda yaradıldığını, region üzrə əhaliyə ixtisaslaşdırılmış tibbi xidmət, o cümlədən müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı konsultativ-diaqnostik yardım göstərildiyini vurğulayıb.
 
Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əmir Əliyev  isə bildirib ki, ötən ilin noyabr ayından fəaliyyətə başlayan mərkəzdə istənilən travma ilə müraciət edən vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində yüksək səviyyədə xidmət göstərilir.  Onun sözlərinə görə, il ərzində mərkəzə 9 500 ambulator və 362 stasionar olmaqla, ümumilikdə 9862 müraciət daxil olub. Tədbirdə göstərilən bu nəticənin qısa bir dövr üçün böyük nailiyyət olduğu xüsusi vurğulanıb.  

Sonda müşavirədə qarşılıqlı fikir mübadiləsi aparılıb, bir sıra suallar cavablandırılıb.

 

 













Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...