image image

65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizəd Günay Ağamalı 23 Avqust 2024-cü ildə Salyan şəhərində şəhid ailələri ilə görüşdü.

image

 

Görüşdə ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova və Günaydın Əhədova namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verdilər.
Görüşdə çıxış edən Günay Ağamalı platformasında Salyan, Biləsuvar, Neftçala rayonlarının şəhid və qazi ailələrinə, müharibə əlillərinə diqqət və qayğının göstərilməsinin və daha da artırılmasının əsas istiqamətlərindən biri olduğunu söylədi. O, cənab Prezident İlham Əliyevin və birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın şəhid ailələlərinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğını xüsusi olaraq qeyd etdi və cənab Prezidentin bu siyasi xətti ilə tam həmrəy olduğunu bildirdi.

G.Ağamalı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti, qazi və şəhid qardaşlarımızın qəhrəmanlıqları, xalqımızın dövlətimizlə, möhtərəm Cənab Prezidenimizlə və ordu ilə sarsılmaz birliyi 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizi təmin etdi və Azərbaycanın vətəndaşı olmaqdan qürur duyduğunu söylədi.

Daha sonra, Günay Ağamalı şəhid ailələrinin qaldırdığı məsələləri diqqətlə dinlədi. O, deputat seçiləcəyi təqdirdə dövlət, Salyan, Biləsuvar, Neftçala rayonlarının icra qurumları və bələdiyyələrlə birgə sağlam əməkdaşlıq çərçivəsində bütün bu qaldırılan məsələlərin həlli üçün səylə çalışacağını önə çəkdi.

Səmimi keçən görüşdə şəhid valideynləri Arzu Quliyeva, Xoşgül Axundova, Hikmət Salahov, Əvəz İsmayılov, Etibar Ağayev, şəhid Rəşad Əliyevin qardaşı Qəhrəman Əliyev Günay Ağamalıya uğurlar arzulayaraq, sentyabrın 1-də növbədəkənar parlament seçkilərində fəal iştirak edəcəklərini və Günay Ağamalıya səs verəcəklərini bildirdilər. 

Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində seçicilərlə görüşləri davam edir.

 23 Avqust 2024-cü il

 

 

















Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...