TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın ürək-damar cərrahları tərəfindən ilk dəfə sinə sümüyü kəsilmədən açıq ürək əməliyyatı icra olunub.
Belə ki, tibb müəssisəsinə müraciət edən 35 yaşlı xanım xəstədə anadangəlmə ürək qüsuru - geniş sekundum ASD tipli qulaqcıqlararası çəpər defekti aşkarlanaraq əməliyyat qərarı verilib.
Əməliyyat ürək-damar cərrahı Mətin Hadizadə və Əlizamin Yusifli tərəfindən sinə sümüyü kəsilmədən, kiçik kəsiklə qabırğaarası sahədən daxil olaraq icra edilib, anadangəlmə qüsur xüsusi yama vasitəsi ilə bərpa olunub.
Uğurlu əməliyyat sonrası bir neçə gün stasionar müalicə alan xəstə daha sonra ambulator müalicə üçün evə yola salınıb.
Qeyd edək ki, sinə sümüyü kəsilmədən icra olunan əməliyyatların bir sıra üstünlükləri var. Ən əsası sinə sümüyü kəsilmədiyi və kiçik kəsiklə icra olunduğu üçün həm kosmetik defekt kiçik olur, həm də əməliyyatdan sonra sümük bitişməsi üçün lazım olan 1 aylıq reabilitasiya dövrünə ehtiyac qalmır. Eyni zamanda hərəkət məhdudiyyəti olmamaqla yanaşı, əməliyyat sonrası ağrılar minimuma enmiş olur.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...