Sözlərin, cümlələrin acızliyini hiss edirəm hər il bu tarixlərin hikmətini anlatmaq üçün.
Bəzən insanlar haqqında danışarkən, onları ifadə edərkən olduqca gözəl cümlələr bir birini əvəz edir, yazdıqca yazırsan, anlatdıqca anladırsan, fikirlər bir-birini tamamlayır, sözlər bitmir, cümlələr tükənmir...
Bu gün məhz o, insanlardan birindən bəhs edirəm. O, insan ki, özünü, gəncliyini, həyat yolunu elmə, təhsilə, təhsilli gənclərin çoxalmasına sərf etmişdir. Kitabla böyüyən və kitablarla ömr edən bir şəxsiyyətdir mənim həyat idealım, müəllimim olan Məhəmməd müəllim!
Adının işığı bütün ömür yoluna nur səpən hörmətli ağsaqqal, dəyərli müəllim, sevilən insan, əvəzolunmaz valideyin və s, və s....o qədər çox uzada bilərəm ki bu sıralamanı.
Məhəmməd müəllimin həyat hekayəsinin təməli 04.06.1957-ci il Qubanın səfalı əyalətlərindən biri olan Tülər kəndində zəhmətkeş bir ailədə başlayır.
Orta məktəbi elə doğma Tülər kəndində almış və daha sonra Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda ali təhsilə yiyələnmişdir.
Ali təhsilini bitirdikdən sonra ilk olaraq Tülər kənd natamam orta məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. Daha sonra yüksək etimada layiq görülən Məhəmməd müəllim məktəb direktoru vəzifəsinə irəli çəkilir və fəaliyyətini direktor kimi davam etdirir. İctimai fəaliyyəti və uğurlu müəllimlik yolu Məhəmməd müəllimi uzun müddət yasadığı Tüləkəran İnzibati ərazi vahidliyi üzrə İcra Nümayəndəsi vəzifəsinə gətirir. Bu isdə də olduğca nümunəvi fəaliyyəti ilə daima seçilir və hər kəsin hörmət və etibarını qazanır. Dövlətə, dövlətçiliyə olan sevgisi, rəgbəti bütün rayon ictimaiyyətinə bəlli olan Məhəmməd müəllim uzun fəaliyyətindən sonra yenidən məktəb direktoru kimi əmək fəaliyyətinə davam edir. Peşə fəaliyyəti ilə yanaşı olduğca nümunəvi ailə başçısı kimi də örnək olmağı bacarırdı Məhəmməd müəllim.
Gənc yaşlarında ailə quran Məhəmməd müəllim özü evin tək oğlu olsa da ocağında 6 övlad böyüdür. Dörd qız, iki oğul atası olan əziz insanın yeganə məsləyi övladlarını əməlisaleh, tərbiyəli, intellektli, təhsilli və ocağına layiqli vətəndaşlar kimi böyütmək idi və o, bu istəyinə nail oldu. Özünün də təbirincə desək övladlarının yolunda "şam kimi yanan" ata obrazı Məhəmməd müəllimin ən ali titulu idi.
Oğlanları, qızları və bu ocağa gəlin gətirdiyi gəlinləri də özlərinə məxsus iradə və məsuliyyətlə əmək fəaliyyətləri davam etdirirlər.
Xoşbəxtəm ki, bu gün bu sözləri məhz onun qızı kimi və cəmiyyətə yetişdirdiyi bir insan kimi yazıram.
Atamın əsas prioritet amalı Heydər Əliyev ideyalarının öyrənilməsi və eyni tendensiya ilə öyrədilməsi, təbliği olmuşdur. Hakim partiyamız olan Yeni Azərbaycan Partiyasının təəsübkeşlərindən olan Məhəmməd müəllim hər zaman layigincə partiyanın da isinə kömək göstərənlərdən olmuş və bizə də bu sevgini ailə tərbiyəsi ilə birgə ötürmüşdür.
Biz də övladları olaraq hər zaman çalışmışıq ki, onun istədiyu, arzu etdiyi kimi cəmiyyətdə öz yerimizi alaq.
Və atamın müəyyənləşdirdiyi fəaliyyət xətti məni Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Heydər Əliyev Lektoriyasının müdirliyinə, qardaşım Şöhrəti Quba Rayon Uşaq-Gənclər Şahmat İdman Məktəbinin
direktor müavinliyinə, kiçik qardaşım Möhləti Quba Rayonu Tülər kənd əsas məktəbinin məktəb direktorluğuna, bacılarımı özəl sektorda müvafiq vəzifələrə, ocağına gələn gəlinlərini də şərəfli müəllim peşəsinə gətirib çıxartdı.
Övladları ilə fəxarət duyan başı uca insanın bu gün 13 nəvəsi 2 nəticəsi vardır.
Atamız eyni zamanda öz elinə obasına əsl vətəndaş olmuş hər kəsin xeyirində, şərhində öndə gedənlərdən olmuşdur. Elə bu məsləklə ömrünün ahıllıq zirvəsinə doğru yol almışdır Məhəmməd müəllim.
Quba Rayon Ağsaqqallar Şurasının heyət üzvü, Tüləkəran Ağsaqqallar Şurasının sədridir. Allaha şükürlər olsun ki, xeyirli yaşlanma və ağsaqqal ömrü nəsib olub Atamıza, şükür olsun tanrının bu gününə.
Düşünürəm ki, bu gün atamln mənalı, ibrətamiz həyat hekayəsinin çoxx qısa arayışını təqdim etdim.
Və bu gün Məhəmməd müəllimin dünyamıza gəldiyi gündür.
Əziz Atam səmimi qəlbdən, xoş arzularla sənə sağlam, uzun, mənalı, xoş, rahat həyat yolu arzu edirəm. Hələ sənə bundan sonra daha çoxx ehtiyacımız vardır.
Bu gün bu təbriki ilk olaraq atam kimi, sonra müəllimim kimi sənə yazıram .
Səninlə qürur duyuram əziz atam, dəyərli müəllimim!
Bircə anımız belə sənsiz olmasın.
Anamız Səbirə xanımla qoşa hələ uzun illər bizlərin yanında olmanızı diləyirəm.
Daha bir 67 bizimlə ol bəsimizdi🩷
Çox yaşa, sağlam yaşa!!!
Doğum günün mübarək!!!
Sən bizim baş tacımızsan.
Nəhayət Şirinova.
ADPU Quba filialı, Heydər Əliyev Lektoriyasının müdiri.
AJB-nin üzvü.