image image

Xocalı soyqırımı törədənlər də məhz faşist Qoriqenin davamçılarıdır

image

 

Xalqımız 26 fevralı bəşəriyyətdə insanlığa qarşı törədilmiş dəhşətli bir cinayətin - ermənilərin Azərbaycana qarşı törətdikləri Xocalı soyqırımının il dönümünü yad edir. 

 

Ermənistan faşizm ideologiyasını özlərinin siyasi təfəkküründə yaşadırlar.

 

Ermənistanın paytaxtında, ikinci dünya müharibəsində nasistlərə xidmət edən, dəhşətli cinayətlər törədənlərə abidə ucaldıblar. Xocalı soyqırımı törədənlər də məhz faşist Qoriqenin davamçılarıdır. 

Xocalı soyqırımı törədən, Azərbaycanlı uşaqları, qadınları, qocaları, amansızlıqla gətlə yetirən, sonradan Ermənistan prezidenti olan Serjik Sarkisyan bu soyqırımı ermənilərin törətdiyini və özünün də bu cinayətdə iştirak etdiyini etiraf etmişdir. Təəssüflər olsun ki, özlərini demokratiyanın, insan hüquqlarının keşikçisi adlandıran Qərb dövlətləri bu soyqırımı görmək istəmədilər. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli cinayətə görə Ermənistanı qınamaq, ona təsir etmək əvəzinə Fransa başda olmaqla bir sıra Qərb dövlətləri riyakarlığa, çirkin əməllərə əl atdılar. Bu dövlətlər 1915-ci ildə güya ermənilərin türklər tərəfindən soyqırıma məruz qalmalarını təsdiqləyən sənəd gəbul etdilər. Halbuki o zaman da ermənilər türkləri və azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmişdilər. 

 

Xocalı soyqırımına ilk siyasi qiymət də məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən verilmişdir. Ulu öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Xocalı hadisəsi barədə dünya ictimaiyyətinə əsl həqiqətləri çatdırdı və bu soyqırımı tanıtmağa çalışdı. 

 

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın böyük xidmətləri olmuşdur. Məhz Leyla xanımın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət" kampaniyası Xocalıda ermənilərin törətdikləri vəhşilikləri bütün dünyaya olduğu kimi çatdırdı. Bundan sonra bir neçə Avropa və Cənubi Amerika dövlətləri, o cümlədən ABŞ-ın 10-dan çox ştatı Xocalı hadisəsini soyqırım kimi tanıdı. Lakin hələ də əksər dünya dövlətləri bu faciəni soyqırım kimi tanımır. Bu dövlətlər 10 illiklərdir orada fəaliyyət göstərən erməni lobbisinin milyarderlərinin əlində oyuncağa çevriliblər.

 

2020-ci ildə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun mərd, cəsur əsgər və zabitləri Ermənistan ordusunu məğlub edərək torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə isə Prezidentimizin qətiyyətli siyasəti, möhkəm siyasi iradəsi və Azərbaycan Silahlı Qüvvələrinin igidliyi sayəsində Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Xankəndində, Xocalıda və işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə Azərbaycan bayrağı dalğalandırıldı. 

 

Bununla da hərb meydanında Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimizin, Xocalı qurbanlarının qisası alındı. Vətən müharibəsində ermənilər yenə də vəhşiliklər törətdilər. Azərbaycan əsgəri ilə bacarmayan ermənilər Gəncəni , Bərdəni, Tərtəri raket atəşinə tutaraq dinc əhalini qətlə yetirdilər. Prezident cənab İlham Əliyevin əmrinə əsasən Azərbaycan əsgəri əsl mərdlik, qeyrət nümayiş etdirərək dinc erməni əhalusinə, yaşayış evlərinə, mülki obyektlərə bir güllə belə atmadılar. Prezidentimiz bütün dünyaya düşmənlə müharibə aparmaq mədəniyyətini nümayiş etdirdi. 

 

Xankəndində oturub Azərbaycana meydan oxuyan, azərbaycanlıları qətlə yetirən, Xocalı soyqırımını törədənlərin bir qismi Bakıda həbsxanada saxlanılır. Onların bəziləri Azərbaycanın məhkəmələri tərəfindən qanunla layiq olduqları cəzaları alıblar, bəziləri öz cəzalarını gözləyirlər. Vaxt gələcək Vətən müharibəsində qaçıb qizlənən Xocalı qatillərindən olan Sarkisyan və Köçəryan da həbs edilərək, Azərbaycan həbsxanasına salınacaq və onlar da  öz layiqli cəzalarını alacaqlar.

 

Kamilə Əliyeva 

Milli Məclisin deputatı, professor





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...