26 fevral 1992 - ci il Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş dəhşətli soyqırımdan artıq 32 il ötür. Ermənistan tərəfindən işğal olunmamışdan əvvəl 7000-dən çox insanın yaşadığı Xocalı şəhərinin sakinlərinin soyqrımına məruz qalması Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. 1991-ci ilin oktyabr ayından etibarən Ermənistan ordusu tərəfindən mühasirəyə alınan Xocalı şəhəri, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Xocalı soyqırımı, Ermənistanın dövlət səviyyəsində uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik nifrət, irqi ayrı-seçkilik və sistematik zorakılıq siyasətinin tərkib hissəsi idi. Faciə nəticəsində 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıq və amansızlıqla öldürüldü. 1275 nəfər əsir və girov götürülərək ağlasığmaz işgəncələrə məruz qaldı.
Bununla yanaşı hələ də əsir götürülmüş 150 nəfərin taleyi bu günədək məlum deyil. Ermənistanın Azərbaycana təcavüzü, hərbi və bütün cinayət tərkibli əməllər insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Lakin çox təəssüf hissi ilə qeyd etməliyik ki, öz maraqları kontekstində istənilən qərarları anında qəbul edib tətbiqini həyata keçirən beynəlxalq təşkilatlar Xocalı faciəsi kimi dəhşətli hadisəyə hələdə lazımi səviyyədə hüquqi qiymət verməmişdir. Qarşılaşdığımız bütün neqativ hallara baxmayaraq Azərbaycan Respublikası xalq, ordu və Ali Baş komandan birliyi nəticəsində işğal altındakı əraziləri, o cümlədən Xocalı şəhərini azad etməklə ədaləti bərpa etdi, tarixi zəfər qazandı. Eyni zamanda, işğalda və cinayətlərin törədilməsində iştirakı olan bəzi separatçılar Azərbaycan hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq bu gün ədalət qarşısında cavab verirlər. Tarixi qələbəmiz dəhşətli faciənin ağrı-acısını qəlbində daşıyan şahidlər başda olmaqla xalqımız üçün qürur və iftixar mənbəyi oldu.
Ana Vətən Partiyası Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin xatirəsini dərin hüznlə anır, Uca Yaradandan onlara rəhmət diləyir.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...