Onlara yerli-yersiz təriflər yağdırmaqdan utanıb çəkinmirlər.....
Doğulursan, yaşayırsan və ölürsən. Əslində burda qəribə heç nə yoxdu. Hər kəs həyatı dərk etdiyi ilk gündən bunu bir qanunauyğunluq sayıb yoluna davam edir. Bu yolda bir çox insanlarla rastlaşırıq. Yaxşısı da olur, pisi də. Yalançısı da, riyakarı da... Məncə sonuncu sözdə dayansaq yaxşı olar. Çünki hələ bineyi qədimdən insanların evini yıxan məhz riyakarlıq və həmin riyakarlığa aldanış olub. Tarix də sübut edir ki, ən güclü dövlət adamlarını, qəhrəman insanları məhz riyakarların əli ilə tora salıb məhv ediblər. Ümumilikdə məncə, bu sözün tərifi məhz belə olmalıdı: saxta, yalançı və xain. Vəssalam. İndi keçək bu tip insanların törətdikləri həngamələrə. Mənə belə gəlir ki, riyakar insanlar pis olanların ən qorxulusudu. Onun tutduğu mövqe oğrunun, fahişənin, qatilin mövqeyindən daha alçaldıcı və daha təhlükəlidi. Bu tip insanlar cəmiyyətə və istənilən xidmət sahəsinə həddindən artıq güclü zərbələr vurur. İnsanlar arasında öz travmalı eqosuna lazım olan intriqanı yaradıb, bundan həzz alır. Ayrı-ayrılıqda hər kəs şirin və xoş sözlərlə özünə cəlb edir. Əslində isə onun dostu yoxdu. O, yalnız öz xeyirləri üçün lazım olan gedişləri edir və bunun üçün bütün məharətini, enerjisini ortaya qoymağa çalışır. Riyakar çox rahatlıqla səninlə gülüb danışıb, hətta qucaqlaşıb, öpüşüb sənə xoş gəlməyən bir insanın qarasına o ki, var söyə bilər. Lakin əmin olun ki, ən uzağı bir günə səninlə olan söhbətlərin sənə qarşı çevrilmiş variantını sənə xoş gəlməyən insana çatdırıb araya iblisin belə sala bilməyəcəyi nifaqı salır. O, haqlı-haqsız özünü həmişə başqalarından güclü və ağıllı hesab edir. Geninə-boluna yalanlar hüdüləyib tökür, insani sevgidən, məhəbbətdən dəm vurub, öz ictimai və siyasi baxışlarını ətrafında olan bir qism savadlı, təcrübəli insanların baxışları ilə müəyyənləşdirir. Özünün konkret fikri olmur. Olsa da çox bəsit, emossional və dalayıcı formada olur. Belə adamlar daima tanınmış, istedadlı insanların arxasınca qaçırlar. Onlara yerli-yersiz təriflər yağdırmaqdan utanıb çəkinmirlər. Onları göyün yeddinci qatına qaldırırlar. Əslində isə bəlkə də həmin insanların nailiyyətlərini görməyə gözləri olmur. Onları qazandıqları uğurlara görə parçalamağa hazır vəziyyətdədirlər. Vay o gündən ki, illərlə arxasınca qaçdıqları həmin insanlar həyatın hansısa qəzəbinə tuş gəlib həmin mərtəbələrdən aşağı düşsün. Bu zaman riyakar mütləq iş başına keçir. Özünün bütün potensialını ortaya qoyub içindəki kin-küdurəti qusmağa başlayır. Həmin insana olan "sevgisi" bir andaca yoxa çıxır. Və dönüb olur yıxılanın dostu yox, düşməni. Riyakarlarla hər hansı iş birliyi etmək qeyri-mümkündü. Çünki o, istənilən halda udan tərəf olur. Səni heç bir işlərlə dərindən maraqlanmağa qoymur. Danışıqlarda özü və yalnız özü tək iştirak edir. Kimsəni onun işlərinə qarışmağa imkan vermir. Bunun üçün cürbəcür səfeh, amma ilk baxışda inamlı görünən səbəblər irəli sürür. O, hər zaman mənfəətpərəst olur.
Bu cür insanlar öz ətraflarına sadə, ürəyi təmiz, səbirli insanlar toplamağı bacarırlar. Əgər sən nə vaxtsa onun riyakarlığını anlayıb onun üstünə qalxmağı fikirləşirsənsə, əbəs yerə buna cəhd etmə. Çünki o, istənilən anda həmin sadədil və hiyləgərlikdən baş açmayan insanları sənin üstünə qaldırmağı çox gözəl bacarır. Nəticə etibarı ilə o, səni hər zaman sevdiyini və özünün də cəmiyyətdə çox hörmətli insan olduğunu vurğulayır. Səni bütün hallarda həyasızcasına haqsız və günahkar kimi çıxarmağa nail olur. Amma....
Amma bir gün gəlir onun qaynatdığı iyrənc qazanlar necə olursa ilahi bir güclə çevrilir. Özünə saxtakarlıqdan inşa etdiyi "binalar" uçur. Maskası cırılır, ətrafındakı təmiz insanlar həqiqəti anlayıb onu bir-bir tərk edir. Və o, heç kəsə lazım olmayan bir əski parçası kimi yerlərdə atılıb qalır. İnsanlar onun üzərindən adlayıb keçirlər. Artıq heç kim onun qurduğu tora düşmək istəmir. Sonda o, öz yalançı, ikiüzlü, xain görkəminə, əsl görüntüsünə qayıdır. İlahi ədalət onu cəzalandırıb ona son şans kimi elə riyakarcasına yaşamaq haqqı verir. Bu haqq isə dilənçiyə verilən sədəqəyə bənzəyir.
Cox təəsüflər olsun ki, bu gün mənim ətrafımda rəhbər vəzifələrdə calışan riyakar və yalançılar öz saxtakarlıqları ilə onlara etimad göstərib "başa cıxaran" rəhbərlərini saxta tərifllərlə aldadmaqda davam edirlər...
Zahir Memmedov
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...