image image

FAZİL MUSTAFAYA SUİ-QƏSD: QORXU VƏ XAOS YARATMAĞA HESABLANIB

image

 

Ölkəmizdə növbəti dəfə məqsədyönlü şəkildə təxribat xarakterli terror aktı törədilib.

 

Martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən güllələnib. Deputat özünü sui-qəsdən xilas edə bilsə də, iki güllə yarası alıb. Yaralı deputat 1 saylı Kliniki Tibb Mərkəzində əməliyyat olunub, daha sonra təhlükəsizlik məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin xəstəxanasına aparılıb. Faktla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində və Baş Prokurorluğunda cinayət işi qaldırılıb. Fazil Mustafaya qarşı təşkil olunan sui-qəsd şübhəsiz ki, məqsədyönlü şəkildə törədilən terror aktıdır. 

Bu terrorun arxasındakı qüvvə, belə hadisələri təşkil edən sifarişçilərin hədəfi dövlətimizə qarşı inamsızlıq, cəmiyyətimizdə qorxu, xous və qarmaqaraşıqlıq yaratmaqdır. İsraildə Azərbaycan səfirliyinin açılması, bu münasibətlə XİN rəhbəri Ceyhun Bayramovun bu ölkədə rəsmi səfəri fonunda deputata qarşı sui-qəsdin törədilməsi təsadüf ola bilməz. Lakin istər üçüncü dövlətlərin xüsusi xidmət orqanları olsun, istərsə də digər təxribatçılar- onlar öz çirkin niyyətlərini həyata keçirə bilməyəcək, öz məramlarına nail olmayacaqlar. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Cebhe.info-ya  qeyd edib ki, baş verən terror aktının arxasında üçüncü dövlətlərə xidmət edən qüvvələr dayanır. 

“Həmkarım Fazil Mustafanın həyatına qarşı təşkil olunan sui-qəsd narahatedici hadisədir. Bildiyimiz kimi, Fazil Mustafa Azərbaycan dövlətçiliyinə və müstəqilliyinə sadiq olan, eləcə də öz dövlətinin inkişafı üçün kifayət qədər əziyyətləri olmuş şəxsdir. Həmkarımızın həyatına sui-qəsd Azərbaycanı istəməyən, ölkəmizə düşmən kəsilən, milli müstəqilliyimizi və uğurlarımızı həzm edə bilməyən, xaricdən idarə olunan məkrli qüvvələrin niyyətinin ifadəsi kimi qiymətləndirilməlidir. Onların məqsədi ölkəmizdə sabitliyi pozmaq, xoşagəlməz hadisələrə rəvac vermək və xalqın dövlətimizə olan inamına zərbə vurmaqdır. 
Lakin bu qüvvələr yanılır və heç bir arzularına nail ola bilməyəcəklər. Azərbaycan xalqı və dövlətimiz arasında möhkəm birlik, həmrəylik var, dövlətimizin atmış olduğu hər bir addım Azərbaycan xalqının iradəsinə söykənir. Hesab edirəm ki, törədilmiş terror aktı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən yüksək peşəkarlıqla araşdırılacaq, bu terroru törədən şəxslər tez bir zamanda müəyyənləşəcək və onlara qarşı lazımi tədbirlər görüləcək. Şükürlər olsun ki, uca tanrı həmkarımızı qorudu. Fazil Mustafaya şəfa diləyirəm və onun tezliklə aramıza yenidən qatılmasını arzu edirəm”. 





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...