image image

Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü

image

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən 27 yanvar 2023-cü il tarixində Ucar rayonuna seçiciləri ilə görüşmək üçün səfər edib. Səfər çərçivəsində deputat Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub. Eyni zamanda Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib və Qarabağ Zəfərimizin qazanılmasında misilsiz xidmətləri olan Şəhidlərimiz üçün dualar oxunub.
 
Daha sonra deputat Ramil Həsənin Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti görüşü baş tutub. Görüşdə iştirak edən Ucar rayon seçicilərin arzu və istəkləri, o cümlədən qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılacağı bildirilib. Seçicilərin bir qismi görüşdə artıq həllini tapmış məsələlərlə bağlı deputat Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər. 
 
Qaldırılan məsələlərin içərisində ən çox şikayətlər işsizlik, sosial problemlərin həlli, müalicə, işə bərpa, su-kanalizasiya problemləri, içməli suyun çəkilməsi, maddi dəstək, o cümlədən asfalt yolların çəkilməsi, torpaq təyinatının dəyişdirilməsi, pensiya təyinatı və məhkəmə işi ilə bağlı məsələlər olub. Ucar rayon vətəndaşları ilə bərabər rayonun Şəhid ailələrinin və qazilərinin bir qrupu da xüsusi hörmət və ehtiramla deputat tərəfindən dinlənilib, qaldırdıqları problemlərin həlli ilə bağlı lazımı tapşırıqlar verilib və qısa müddətdə narahatlıqların müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilib.
 
 
 
 





 
 
 




Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...