Xankəndi-Laçın yolunda tarix yazılmağa davam edir
30 il ürəyimizə od vurmuş, daşı-daş üstə qoymamış Ermənistan silahlı qüvvələrinin başına 44 gün içində od ələdik – onlar qaçdı, biz qovduq, sönən od-ocaqlarımızı qaladıq, torpağımız doğma nəfəsdən isindi, qaçan işğalçıların canına üşütmə düşdü.
İman etmək – Vətəni sevmək imandandır
Yaxın 44 günə nəzər salaq.12 dekabr 2022 ci il...
Bəli, söhbət azərbaycanlı fəalların – ictimaiyyət nümayəndələrinin, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri təmsilçilərinin Şuşa ətrafında Laçın–Xankəndi yolundakı aksiyasından gedir. Bu aksiya ulu öndər Heydər Əliyevin bizdən cismən ayrıldığı günün ildönümündə başladı. 2003-cü il dekabrın 12-də xalq Fəxri xiyabana yalnız öz böyük oğlunu son mənzilə yola salmaq üçün axışmış insan izdihamı, birlik və bütövlüyün nümayişini 2022-ci ilin 12 dekabrında da xalq birlik və həmrəyliyi ilə davam etdirməyə qərar verdi.12 Dekabr aksiyası isə 27 sentyabrda başlanmış yolun davamıdır. 44 günlük müharibə dönəmində Azərbaycan xalqı nə qədər böyük əzm və iradə, dözüm və mətanət göstərdisə, 44 gündür ki eynisini indi də göstərməkdədir.Bu günlər həyatımızda yeni səhifələr açaraq bizim çoxsaylı dəyərlərə sahib olduğumuzu sübut etdi...
Bu aksiya, əslində, Azərbaycanın ortaya qoyduğu yumşaq gücdür. Bu gün aksiyaya dəstək üçün insan seli var. Ora gedən hər kəs özünü, həm də, 44 günlük müharibənin əsgəri, zabiti kimi görür. Qışın şaxtalı - soyuqlu günlərində artıq 44 gündür ki, Azərbaycanın ekofəalları ermənilərin torpaqlarımızda faydalı qazıntı yataqlarının qanunsuz istismarına, ekologiyamıza vurduqları ciddi ziyana görə etiraz aksiyasını davam edir.Hər gün Dövlət himnimizin, Vətənimizə, torpaqlarımıza, sərvətlərimizə sahibliyimizlə bağlı şüarların səsləndirilməsi, gənclərin, ekofəalların, jurnalistlərin gecə-gündüz bu mücadiləni davam etdirməsi bizim iki il öncəki 44 gündəki mübarizəmizlə eyniyyət təşkil edir. Bu, Vətən, torpaq uğrunda mübarizənin davamıdır. O vaxta qədər də davam edəcəkdir ki, ermənilər yenə o 44-ün sonunda ağ bayraq qaldırdıqları kimi, bu dəfə də geri çəkiləcəklər. Talançılıq və özbaşınalıqlarına son qoyacaqlar.Beynəlxalq aləmin bu aksiyaya susqunluq nümayiş etdirməsi insanda hiddət hissi doğurur.
Lakin bu etinasızlıq qeyrətli azərbaycan övladlarının iradəsini qıra bilməz. 30 il ərzində işğal altında qalan 20% torpaqlarımızı qəhrəman azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə azad edibsə, bu məsələdə də istəyimizə nail olacayıq.
Biz 44 gündə artıq qovuşmuşuq!
Bütöv Qarabağımıza elimizə, obamıza, dərələrimizə, təpələrimizə, çaylarımıza, göllərimizə, bulaqlarımıza, çox qiymətli, əlvan metal yataqlarımıza!
Həsrət çəkən Arazımıza!
Azadlıq aşıqı Topxanamıza!
Qədim insanın məskən saldığı, dünya arxeologiyasının qiymətli tədqiqat obyekti olan Azıx mağarasına!
Gözəllik, zəriflik, paklıq simvolu olan Xarı Bülbülə!
Dünyaca məşhur, müalicəvi İstisuya!
İsa bulağımız, Cıdır düzümüz, Şuşa qalamız... və daha neçə-neçə dəyərli, təbii, tarixi, mədəni abidələrə!
Naxçıvana açılan quru yolumuza!
Bunların hamısı bizimdir!
Dünyanı təəccübləndirən, yumruq kimi xalqımız...
Düşməni lərzəyə salan milli birliyimiz...
Azərbaycanlılığımız!
Türklüyümüz!
Bütövlüyümüz!
Sabahı etibar edə biləcəyimiz ağıllı, vətənpərvər, fədakar Azərbaycan gəncliyi!
Güvənə biləcəyimiz Ali Baş Komandanımız!
Hüzur tapdı inləyən doğma məzarlarımız!
Ayağa qalxdı tapdanan mənliyimiz!
Toparlandı əzilən qürurumuz!
Tarixə qovuşdu matəm günlərimiz!
Yüksəldi enən bayrağımız!
Və nəhayət!!! Qarabağ Azərbaycandır!!!
44 gün. 44 dəyər! Və bugün isə növbəti 44 gün əzmi
Tələb bəllidir:Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”,“Azərbaycan vahiddir, sərvətinə sahibdir!” “Ekoloji cinayətə son!”,
“Stop ekoterror!”- bu şüarlarla milli birliyimiz gücünü,iradəsini nümayiş etdirir.
Sevin, Azərbaycan!
Öyünməyə dəyər!
Necə deyərlər, döyüşə diplomatlar gedir...Ola bilsin nəticədə elə uğurlar qazanılsın ki, heç Əsgərin növbəti müdaxiləsinə zərurət olmasın...
Mübarizə isə davam edir.Bəli, bizlər Birliyə yönəldik, Birliyə yönəltdik və Zəfər çaldıq, qələbələrədə davam edirik! Azərbaycan bu yolda irəliləyərkən milli birliyini, sarsılmaz iradəsini hər zaman göstərib və göstərəcək.Düşmənlər isə bunu "yumşaq güclə" başa düşməsələr deyəsən bizə yenidən 44 gün lazım olacaq?!!
Aygül Bağırova.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...