Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan “Zərərli vərdişlərə yox deyək!” layihəsi çərçivəsində 23 yanvar 2023-cü il tarixində Neftçala rayonu, Xəzərkənd kənd tam orta məktəbində seminar xarakterli tədbir həyata keçirilmişdir. Tədbirin açılışını məktəbin direktoru Araz Əsədov etmiş, layihə rəhbərini, eksperti, polis əməkdaşını, həkimi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin direktorunu şagirdlərə təqdim edərək, layihənin faydalılığı haqqında iştirakçılara məlumat vermişdir. Daha sonra layihənin rəhbəri Anar Güllərli layihənin mahiyyəti, məqsədi, hədəf qrupu haqqında məlumat verdi. Eyni zamanda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin direktoru Fərhad Baxışov çıxış edərək Azərbaycan Gənclər Fondunun fəaliyyət istiqamətləri, eləcə də “İdeyanı Reallaşdır – 2022” fərdi qrant müsabiqəsi haqqında ətraflı məlumat vermiş, neftçalalı gənclərin Fond tərəfindən icra olunan layihələrdə aktiv iştirakını diqqətə çatdırmışdır. Tədbirdə ekspert qismində Bakı Dövlət Universitetinin Təhsildə sosial-psixoloji xidmət ixtisasının məzunu Mətanət Quliyeva şagirdlərə zərərli vərdişlər mövzusunda məlumatlar təqdim etmiş , gənclərin zərərli vərdişlərə qurşanması, zərərli vərdişlərin insan psixologiyasına təsiri və zərərli vərdişlərdən qurtulmaq yollarını diqqətə çatdırmışdır. Neftçala Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı və polis əməkdaşı zərərli vərdişlərin insan sağlamlığına təsiri, zərərli vərdişlərin yaratdığı cinayət məsuliyyəti haqqında məlumat verdilər. Mövzu barədə geniş müzakirə aparıldı, müəllimlər və şagirdlər müzakirədə fəal şəkildə iştirak etdilər. Qeyd edək ki, layihə çərçivəsində növbəti seminarlar Neftçala Peşə Məktəbi, Salyan rayon M. Dadaşov adına Kürqaraşlı tam orta məktəbi və Salyan rayon Q. Mayılov adına Kürsəngi tam orta məktəbində həyata keçiriləcəkdir. Layihənin davamlılığını təmin etmək məqsədilə görüşdə iştirak etmiş şagirdlərlə mütəmadi əlaqə yaradılması, şagirdlər vasitəsilə layihənin daha çox şəxsə çatdırılması nəzərdə tutulur.
Hörmətlə, layihə rəhbəri Anar Güllərli 23 .01.2023
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...