image image

Mətbuat üçün açıqlama: İsmayıllı Regional Gənclərin II İnkişaf Forumu keçirilib

image

 

Forumun gündəliyinə əsasən ilk öncə ulu öndər  Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Daha sonra İsmayıllı Regional Mədəniyyət evinin foesində Peşə Təhsil Mərkəzinin tələbələrinin əl işlərindən ibarət sərgiyə rəsmilər tərəfindən baxış keçirilmişdir. Gənclərin əl işləri qonaqların marağına səbəb oldu. 

Forumdan öncə “Gələcək Naminə” İctimai Birliyi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzi ilə üç tərəfli anlaşma memorandumu imzalandı. Memorandumun şərtlərinə əsasən məqsədimiz regionda sakibkarlığın təşviqi, gənclərin peşə yönümlü layihələrə cəlb edilməsi və onların peşəkar karyera inkişafına dəstək olmaqdır. Razılaşmaya əsasən növbəti aydan artıq bu sahədə genişmiqyaslı işlər görüləcəkdir. 

Dövlət himni səsləndirildikdən sonra forumun rəsmi hissəsi açıq elan edildi. Rəsmi qonaqların çıxışlarının ardından  forumun I panel sesiyası öz işinə başladı. I panel sesiyada "Dövlət Gənclər siyasəti və gənclərə regionlarda yaradılmış şərait" mövzusunda geniş müzakirələr aparıldı. Spikerlər Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Ramin Həbibzadə, Dövlət Məşğulluq Agentliyin əməkdaşı Mikayıl Tağızadə və ASAN xidmətin əməkdaşı Həsənxan Həsənxanlı mövzuya uyğun fikirlərini çıxışlarında qeyd etdikdən sonra gəncləri maraqlandıran suallar cavablandırılmışdır. 

Gənclərin ən çox maraqla gözlədiyi II panel "Gənclərin inkişafında sahibkarlıq" mövzusunda maraqlı müzakilərlə davam etdi. II panel Rəvan Cəfərlinin moderator və spikerliyi ilə müzakirələr təşkil edildi. Basqal Hotelin əməkdaşı İbrahim müəllim turizm sektorunda yeniliklər və oteldə region gənclərinə yaradılan şəraitdən geniş danışdı. Daha sonra İsmayıllı DPTM -nin direktoru Cəlil Bağırov regionda gənclərin istehsalat sahəsində təhsil alması üçün hər cür şəraitin yaradıldığını qeyd etdi. Spiker Taleh Həsənli isə regionlarda olan startaplar və onlardan gənclərin yararlanması barədə ətraflı danışıldıqdan sonra gəncləri maraqlandıran suallar cavablandırıldı. 

Qeyd edək ki, “Regional Gənclərin II İnkişaf Forumu” Gələcək Naminə İctimai Birliyi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyi, Gənclər Təşkilatları Milli Şurası, Gənclərin Karyera və İnkişaf Mərkəzi, Tutorlab və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə təşkil edilmişdir.

 



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...