Əməkdar artist Bəhram Bağırzadənin "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər" sözləri ətrafında müzakirələr bitmək bilmir.
Kanal4.az xəbər verir ki, bu dəfə aparıcı Rövşanə Ağəsəfqızı açıqlaması ilə gündəmə gəlib. "Sabaha saxlamayaq" proqramında qonaq olan aparıcı bunları söyləyib:
"Rayondan indi gələnlər yetəri qədər artıqdır. 1960-cı illə müqayisə etmirik. Həmin dövrdə başqa idi. İndi sel gəlir. Niyə? İşləməyə gəlir... Gəlir dayə, xidmətçi işləyir. Biz onlarla hansı şəhər mədəniyyətini formalaşdıracağıq? Mədəniyyəti formalaşdıran oxumaqdır, təhsildir. Təhsil bərbad gündədir, bunu deyirəm. Cümlə yaza bilməyənlər çıxıb müzakirə aparırlar. Mədəniyyəti beyinlər formalaşdırırlar. Ədəbiyyat adamları, tamadı olacaqdılar. Yaxşı müğənnilər, rayonda qalsaydılar, toy müğənnisi olacaqdılar. Şəhərə gəlib oxudular və mədəniyyəti formalaşdırdılar. Urbanizasiya qanunları pozulub və kababxanaya çevrilib".
Qeyd edək ki, B.Bağırzadə "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz" sözlərini söyləyib. / Bakıvaxtı.az
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...