image image

Salyan Rayonunun Yaşayış Məntqələrində Elektrik Şəbəkəsi Tam Yenilənir – FOTOLAR

image

 

Ölkəmizin iqtisadi inkişafının, eləcə də bölgələrin əsaslı yüksəlişinin təməl bazası sayılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində regionların siması əhəmiyyətli şəkildə dəyişib, onların dinamik inkişafı təmin edilib. Bu gün regionlarda həyata keçirilən tikinti, abadlıq-quruculuq işləri, eləcə də yeni sənaye müəssisələrinin fəaliyyəti istər rayonlarda vətəndaşların sosial rifahının yüksəlməsinə, istərsə də bölgələrin iqtisadi sıçrayışına yol açıb

 

Bir sözlə, inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda ötən illər ərzində bütün sahələrdə uğurlar əldə edilib. 

 

Ölkədə etibarlı enerji təchizatı sisteminin yaradılması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, həmçinin Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Məhz bunun nəticəsidir ki, hazırda bölgələrdə elektrik enerjisi ilə təminatda heç bir problem yoxdur.

 

Elektirik enerjisinin fasiləsiz verilən rayonlardan biri Salyan rayonudur.

 

Salyan rayonunun yaşayış məntqələrində elektrik şəbəkəsi tam yenilənir.


Salyan rayonunun kənd və qəsəbələrində elektrik şəbəkəsi uzun illərdir istismarda olduğundan istehlakçılar üçün çətinliklər yaradırdı. Elə bu səbəbdən “Azərişıq” ASC tərəfindən rayonun yaşayış məntəqələrində dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yenidənqurma işlərinə başlanılıb.

Bu cür uğurlu işləri görə, Salyan rayonundan sosial şəbəkə istifadəçiləri prezident İlham Əliyevə xüsusi təşəkkürlər edirlər.

Nəzərinizə çatdıraq ki, digər rayon və şəhərlərimiz kimi, Salyan rayonunda sosial iqtisadi inkişaf geniş vüsət alaraq, vətəndaşlar tərəfindən böyük hörmətlə qarşılanır.

Sadəcə bəzi, insanlar var ki, sosial şəbəkələrdə özlərinə baxış sayı ýığmaq xatirinə, guya Salyan rayonunda işıqlar fasilə ilə yanır.

O cür şou yaradan insanlara üzümüzü tutub deyirik ki, ayıbdır!

İnsafınız olsun!

Heç bir vaxtı haqqı nahaqqa verməyin!

Sonda bir daha vurğulayaq ki, ölkəmizin ümumi sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Bölgələrin elektrik enerjisi ilə təminatı ilə bağlı həyata keçirilən layihələr də bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Dövlət proqramlarının uğurlu icrası isə vətəndaşlarımızın sosial rifahının, eləcə də enerji təminatının yaxşılaşdırılması istiqamətində xüsusi önəm daşıyır.

 



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...