image image

AVP 32 yaşını qeyd edir

image

 

Bu gün Ana Vətən Partiyasının yaranmasının 32-ci ildönümüdür.

 

Kanal4.az xəbər verir ki, adıçəkilən partiyanın sədri Fəzail Ağamalı, partiyadaşlarını təbrik edib.

 

Həmin təbriki təqdim edirik:

Dəyərli Anavətənçilər!
Bu gün partiyamızın doğum günüdür. 32 il öncə Azərbaycanda geniş miqyas alan Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək və müstəqil dövlətimizin yaradılmasına töhfələrimizi vermək üçün bir qrup həmfikirlərlə partiya yaratmaq qərarına gəldik. 24 noyabr 1990-cı ildə bu arzumuz reallaşdı və partiyamızın əsası qoyuldu. Siyasi mühitimizə qədəm qoyduğu ilk gündən başlayaraq Ana Vətən Partiyası Milli İstiqlal mübarizəsində fəal iştirak etdi və milli dövlətçiliyimizin yaranmasına öz töhfələrini verdi.

Milli istiqlalımıza nail olduqdan sonra qarşıda duran ən ümdə, ən vacib vəzifə milli dövlətçiliyimizin yaradılması idi. Lakin müstəqilliyimiz əldə edildikdən sonra bu sahədə kifayət qədər çətinliklərlə qarşılaşmalı olduq. Bir tərəfdən hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsi – Müsavat cütlüyünün siyasi təcrübəsizliyi, səriştəsizliyi və komandada yekdil birliyin olmaması milli dövlətçiliyimizin yaranmasında böyük və ciddi çətinliklər yaratmaqdaydı. Digər tərəfdən ölkəmizə qarşı Ermənistan və Rusiyanın təcavüzü geniş xarakter daşıyır və torpaqlarımız işğala məruz qalırdı.
Belə bir çətin zaman kəsiyində Ana Vətən Partiyası dövlətçiliyimizə təhlükə yaradan bütün hallara qarşı özünün açıq, prinsipial və qətiyyətli mövqeyini ortaya qoyur, ciddi bəyanatlar qəbul edir və bu bəyanatlar Azərbaycan xalqının bir başa maraqlarını özündə əks etdirirdi. Ana Vətən Partiyası 1992-ci ilin mart ayının 9-da mövcud ağır durumdan çıxmaq üçün Ulu öndərimiz Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi haqqında ilk rəsmi bəyanatını verdi. Bu təşəbbüs ölkənin məruz qaldığı ağır durumdan çıxarmağın yeganə yolunun Ulu öndərimizin siyasi hakimiyyətə gəlməsinin zəruriliyindən doğurdu. Biz 1993-cü ildə də mövqeyimizdə prinsipial olaraq dayandıq və Ulu öndərimizin siyasi hakimiyyətə gəlməsi uğrunda başlanmış olan ümumxalq hərəkatında fəal iştirak etdik.
Sonrakı illərdə də Ulu öndərimizin dövlətçilik quruculuğu prosesində partiyamız birmənalı olaraq onun yanında oldu, bütün çətinliklərə, təhdidlərə, təhqirlərə baxmayaraq vətəndaşlıq mövqeyini davam etdirdi.
İlham Əliyevin prezident seçilməsi təşəbbüsü də ilk olaraq Ana Vətən Partiyasından gəldi. Açıq şəkildə həm müxalifətdə, həm də iqtidar daxilində İlham Əliyevə yönəlmiş olan bütün çirkin oyunlara qarşı qətiyyətli mövqeyimizi nümayiş etdirdik. 2003-cü ildən başlayaraq bu günə qədər Ana Vətən Partiyası İlham Əliyevin siyasi kursunun ən fəal təbliğatçılarından biri kimi fəaliyyətini davam etdirməkdədir.
Biz 44 günlük müharibədə də Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, dövlətimizlə və qəhrəman silahlı qüvvələrimizlə birgə olduq və Vətən Müharibəsinin zəfərini, onun vermiş olduğu sevinci xalqımızla birgə yaşadıq.
Biz bu gün də dövlətçiliyimizin möhkəmlənməsi və onun qarşımızda qoyduğu önəmli vəzifələrin yerinə yetirilməsində siyasi fəallığımızı davam etdiririk.
Əziz Anavətənçilər!
Partiyamızın doğum günü mübarək! Sizin hər birinizi partiyamızın yaradılmasının 32-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, ailə səadəti və siyasi fəaliyyətinizdə uğurlar arzulayıram
Dərin hörmətlə,

Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri, Millət vəkili





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...