image image

Türkiyəli nazir Şuşaya səfər edəcək - FOTO

image

Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Kanal4.az  xəbər verir ki, ziyarət çərçivəsində Heydər Əliyevin abidəsi önünə gül qoyulub, daha sonra qonaqlar "Əbədi məşəl" abidəsi və Türk Şəhidliyini ziyarət ediblər. Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edib. Ziyarətdən sonra jurnalistlərə açıqlama verən türkiyəli nazir deyib ki, bu gün və sabah Bakıda görüşləri olacaq, sonra isə Şuşaya səfər edəcəklər: “Azərbaycanla münasibətlərimizi bütün sahələrdə genişləndirəcək və inkişaf etdirəcəyik. Şuşanın azad edilməsi burada necə qarşılanmışdısa, Türkiyədə də elə sevinclə qarşılandı. Gözəl ziyarət olacağına ümid edirəm. Azərbaycan və Türkiyənin əməkdaşlığını, dostluğunu, qardaşlığını bütün sahələrdə inkişaf etdirərək şəhidlərimizin əziz xatirəsinə layiq işlər görməyə çalışacağıq”. Bakıdakı "Türk Şəhidliyi" abidəsinin qarşısında çıxış edən nazir deyib ki, Azərbaycanda şəhid olan əsgərlər Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq əlaqələrinin heç vaxt sarsılmayacağının sübutudur. O bildirib ki, bu gün Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bütün dünyaya örnəkdir: "Türkiyə həmişə qardaş Azərbaycanın yanında olacaq və hər mövzuda tərəddüdsüz dəstəyini göstərməyə davam edəcək”. Qeyd edək ki, Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 19-21-də Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüş nəzərdə tutulub. Görüşdə əməkdaşlıq istiqamətləri, birgə layihələr müzakirə ediləcək. Zaqatala Dövlət Təbiət Qoruğunda nəcib maralların sayı artıb Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb Zorakılıqla üzləşən qadın və uşaqları sığınacağa yerləşdirilib





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...