image image

"Vətəndaşın tərəfini tutanda da qınayırlar, tutmayanda da" - Fəzail Ağamalı

image

 

Bir neçə gün öncə millət vəkili Fəzail Ağamalının qiymət artımı ilə bağlı verdiyi açıqlama gündəm oldu. "Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!", - deputat deyib. Mövsüm meyvələrinin bahalığı haqqında danışan millət vəkilinin yüksək əməkhaqqı alan bir insan kimi yeni çıxan meyvələrdən ala bilməməsi fikri sosial şəbəkələrdə rezonans yaradıb.

 

Məlum fikirlərlə bağlı deputatı qınayanlar da oldu, yumoristik paylaşım edənlər də.

Məsələ ilə bağlı millət vəkili Fəzail Ağamalı news24.az-a fikirlərini bölüşüb.

 

Deputat açıqlamasında bildirib ki, ona qarşı qarayaxma kampaniyası həyata keçirilir: "Ərzaq bahalaşmasına mövzusuna toxunmaq istədim. Çünki jurnalistin sualı da bu səpkidə idi. Bu bahalaşmanın hər kəsə təsiri var. Qeyd etdim ki, bəli, bahalaşmanın mənim də büdcəmə təsiri var. Məsələnin ciddiliyini kənara qoyub, başqa yerlərə yozdular. Xüsusi bir şəbəkə var. Bu şəbəkə mənə qarşı neqativ münasibət sərgiləyir. Çox böyük təəssüf hissi keçirdim.

 

Qiymət artımı dünyada gedən proseslərlə birbaşa bağlıdır. Ancaq Azərbaycanda yetişdirilən məhsulların qiymət artımı başadüşülən deyil. Təkcə pensiya və aşağı əməkhaqqı alanlara yox, yüksək əməkhaqqı alan şəxslərə də bu qiymət artımının təsiri var. Mənim hər şeyi almağa imkanım çatmır. Vətəndaşlarımızın mövqeyini müdafiə edəndə də ittihama məruz qalırsan, danışmayanda da ittihama məruz qalırsan. Bilmirsən ki, hansı mövqeyi tutasan. Sonra da deyirlər ki, niyə susursan? İndi nə edək, ölkədən çıxaq gedək? Sadəcə çox təəssüf edirəm".





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...