image image

Deputat: “RÜŞVƏTXORLUĞUN OLDUĞU DÖVLƏT ŞIKƏSTDIR.”

image

 

“Rüşvətxorluq ağır cinayət növüdür, korrupsiyanın tərkib hissəsidir. Rüşvətxorluğun olduğu dövlət şikəstdir. Bu qanunsuzluqla bağlı müxtəlif zamanlarda fərmanlar verilib, proqramlar qəbul edilib, “Rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır” deyirik, bəs niyə düzəlmir? Sistem düzəlməlidir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

 

T.Kərimli rüşvətxorluq və korrupsiya faktları ilə bağlı cinayət işlərinin başlanılmasını təklif edib: “Müstəqillik uğrunda mübarizə aparanda “Azərbaycan” qəzetinə müsahibə vermişdim, bildirmişdim ki, məqsədim Sovet rüşvət sistemini dağıtmaqdan ibarətdir. O zamanlar da məhkəmə sistemi rüşvətə bulaşmışdı. Müstəqillik əldə etdikdən sonra vəzifədə olduğum zamanlar deyənlər var idi ki, Sizə “hörmət edək”, məsələ həll edilsin. Mən də deyirdim, elə Sovetin rüşvət sistemində işləyirdik, bəs niyə dağıtdıq?!” Halal məhkəmə sistemi qurmaq istəyirdik ki, qanun şah olsun. Ali Məhkəmənin sədri olan zaman iş masamın üzərində Qurani-Kərim vardı. Hər dəfə deyirdim ki, Quran mənə görə qoyulmayıb, özümə arxayınam, bu, mənə rüşvət təklif edənlər üçündür. Ali Məhkəmənin keçmiş işçiləri iclasdakı çıxışımı yaxşı xatırlayarlar. Əlimi Qurana basıb and içmişdim ki, kimsə rüşvət alarsa, işinə şəxsən baxacağam, güllələnmə cəzası çıxaracağam. Deyirdim, çəkinin belə şeylərdən. Dövləti dağıdan korrupsiya və rüşvətxorluqdur. Amma maraqlı məqam ondan ibarətdir ki, Sovet dövründə rüşvət haqqında məlumatlar yayılan kimi dərhal tədbir görülürdü. Məsələn, hazırda təhsil sistemində-orta və ali məktəblərdə rüşvətxorluqla bağlı o qədər məlumatlar yayılıb ki, doğrusu, cinayət işinin başlanmamasını qınamıram. Bu qədər faktla bağlı neçə cinayət işi açıla bilər ki... Amma bunu etmək vacibdir. Rüşvətə bulaşmayan kadrları önə çəkmək, rüşvət alanları cəzalandırmaq lazımdır. Məhkəmələri icra orqanlarının nəzarətindən çıxarmalıyıq. Rüşvət ədalətsizliyin mənbəyidir. Rüşvət olan yerdə ədalət ola bilməz, çəkişmə, nifrət olar. Narahatam. Vətənimdə ədalətin bərqərar olmasını istəyirəm. Təcili məhkəmə-hüquq və iqtisadi islahatlar həyata keçirmək lazımdır. Malayziyaya, Honkonqa, Sinqapura diqqət edək. Sinqapurun baş naziri rüşvət aldığına görə ən yaxın qohumunu edam etdirib. O ölkə hazırda Orta Asiya respublikalarının cəmindən çox məhsul istehsal edir. Biz rüşvət cəhalətindən, qaranlığından qurtarmalıyıq”.



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...