image image

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası  ADAU ilə əməkdaşlıq edəcək

image

 

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi və tələbələri ilə görüş keçirib. Görüşdə assosiasiya ilə universitet arasında qarşılıqlı əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub, birgə fəaliyyətin quşçuluq sahəsində yerli mütəxəssislərin yetişməsində əhəmiyyəti vurğulanıb və sonda əməkdaşlıq memorandumu imzalanıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov çıxışında bildirib ki, dünya əhalisinin sürətli artımı səbəbi ilə yaranan qlobal ərzaq qıtlığının qarşısının alınmasında kənd təsərrüfatının inkişaf etdirilməsi və məhsuldarlıq potensialının maksimum reallaşdırılması zəruri tədbirlərdəndir. Rektor qeyd edib ki, ərzaq təhlükəsizliyi hər zaman ölkə Prezidenti İlham Əliyevin birbaşa diqqətindədir, bu baxımdan Prezidentin bir il ərzində üç dəfə ADAU-da olması heç də təsadüfi deyil. Daha sonra assosiasiya ilə əməkdaşlığın tələbələrin təcrübə qazanmasında və gələcək karyeralarında önəmindən danışan İbrahim Cəfərov APEPEA nümayəndələrini universitetlərində qarşılamaqdan məmnun olduğunu bildirib, tələbələrə qazandıqları ixtisasın peşəkarı olmaq üçün daim araşdırmağı, özlərini inkişaf etdirmələrini tövsiyə edib.

Görüşdə APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli səmimi qarşılama üçün universitet rəhbərliyinə və tələbələrinə təşəkkür edib. Bu görüşün və əməkdaşlığın əsas təşəbbüskarlarından olan assosiasiya rəhbəri bildirib ki, ölkədə yerli mütəxəssislərin sayının artırılması aqrar sahənin əsas prioritetlərindəndir. Hazırda peşəkar, savadlı baytarlara, zootexniklərə ciddi ehtiyac var. Sahibkarlar işinin peşəkarı olan kadrlara çox yüksək ödəniş etməyə hazırdırlar. Buna görə də o, tədris prosesi ərzində ixtisasının nəzəri əsaslarını dərindən mənimsəmiş savadlı tələbələrə assosiasiyaya daxil olan şirkətlərdə təcrübə qazanmaq üçün əlindən gələn dəstəyi verməyə hazır olduğunu bildirib. O həmçinin qeyd edib ki, assosiasiyanın resursları eyni vaxtda 50 tələbəni təcrübə ilə təmin etməyə imkan verir və təcrübə keçən tələbələrə aylıq 500 AZN ödəniş nəzərdə tutulub.

Mürvət Həsənli son zamanlar dünyanın gündəmini zəbt edən qlobal ərzaq böhranı ilə bağlı da fikirlərini bildirib. Assosiasiya rəhbəri qeyd edib ki, ərzaq təhlükəsizliyi strateji əhəmiyyətli məsələlərindəndir və hər zaman ölkə rəhbərliyinin diqqətindədir. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev tərəfindən iki dəfə ərzaq təhlükəsizliyi üzrə dövlət proqramı qəbul olunub və uğurla icra edilib. O, hazırda assosiasiyanın fəaliyyət göstərdiyi sahədə yüksək məhsuldarlıq göstəricilərinin qeydə alındığını vurğulayaraq bildirib ki, süfrə yumurtası üzrə yerli istehsal daxili tələbatı 130 faiz ödəyir, hətta artıq BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və İsrail kimi ölkələrə yumurta ixrac etmək üçün razılıq əldə olunub. Quş ətinə olan tələbat da əsasən yerli istehsal hesabına təmin edilir.

Görüşdə ADAU-nun məzunu olmuş, özəl şirkətlərin birində baytar həkimi fəaliyyət göstərən İlqar Məmmədov və baytar həkim Əkbər Abdullayev də çıxış ediblər. Onlar bildiriblər ki, tələbə olduqları dövr ilə müqayisədə universitetdə indi çox şey dəyişib və inkişaf edib. Artıq universitetin balansında daha təkmil resurslar var və məlumatlar daha əlçatandır. Tələbələrin daha çox öyrənməyə və özlərini inkişaf etdirməyə daha böyük imkanları var. Ona görə də əzmkarlıq göstərmək və savadlı mütəxəssis kimi yetişmək tələbələrin öz əllərindədir.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası  ADAU ilə əməkdaşlıq edəcək Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası  ADAU ilə əməkdaşlıq edəcək Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası  ADAU ilə əməkdaşlıq edəcək



Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...